Şota Rustaveli — Vikipediya

Şota Rustaveli
gürc. შოთა რუსთაველი
Doğum tarixi 1172[1][2][…]
Vəfat tarixi 1216[1][2][…]
Vəfat yeri
Dəfn yeri
Təhsili
Fəaliyyəti şair, yazıçı
Fəaliyyət illəri 12. əsr–13. əsr
Əsərlərinin dili gürcü dili
Tanınmış əsərləri
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Şota Rustaveli (gürc. შოთა რუსთაველი; 1172[1][2][…]1216[1][2][…], Qüds, Əyyubilər sülaləsi) — XII əsr gürcü şairi, Gürcüstan ədəbiyyatının böyük yazıçılarından birdir.

Onun yazdığı "Pələng dərili cəngavər" (gürc. ვეფხისტყაოსანი — Vepkhistkaosani) dünya poeziyasının ən parlaq nümunələrindəndir.

Həyatı[redaktə | mənbəni redaktə et]

Rustavelinin həyatı haqqında təxmini məlumatdan bəllidir ki, o, Mesxeti yaxınlığındakı Rustavidə anadan olub, XII əsrin ikinci yarısı, XIII əsrin əvvəllərində yaşamış, təhsilini Zərzəm monastrında, sonra da Kaxetiya ruhani akademiyası İkaltoda almışdır.

Şotaya çariça Tamara özü hamilik etmişdir. O, bir qrup gürcü gəncləri ilə bərabər Ş. Rustavelini də Bizansa göndərmişdir. Bəzi təxmini mülahizələrə görə Ş. Rustaveli Bizansdan qayıdandan sonra Tamaranın rəğbətini daha da qazanmış və onun sarayında yaşamışdır. "Pələng dərisi geymiş pəhləvan" poemasının ithaf hissəsində Ş. Rustavelinin Tamaranı vəsf etməsi onun hakimiyyətinə açıq pərəstişindən irəli gəlir.

Qalereya[redaktə | mənbəni redaktə et]

İstinadlar[redaktə | mənbəni redaktə et]

  1. 1 2 3 4 Chota ROUSTAVÉLI // NooSFere (fr.). 1999.
  2. 1 2 3 4 Shota Rustaveli // NUKAT. 2002.
  3. Çex Milli Hakimiyyət Məlumat bazası.

Ədəbiyyat[redaktə | mənbəni redaktə et]

  • Xəlilov Pənah İmran oğlu — SSRİ xalqları ədəbiyyatı. I hissə.- Bakı: Maarif, 1975.- 416 s