Şifer — Vikipediya

Şifer — bir-birinin üstünə yığılmış tək elementlərdən ibarət dam örtüyü. Bu elementlər adətən düz və düzbucaqlı formalıdır və hər biri özündən aşağıdakı ilə bir qədər üst-üstə düşməklə damın aşağı qurtaracağından başlayaraq üzü yuxarı düzülür. Şiferlər ağac, metal, plastmaskompozit materiallar kimi müxtəlif materiallardan hazırlanır. Avropada və Asiyanın bəzi yerlərində hələ də üstünlük təşkil edən kirəmit dam plitələrinə hələ də adətən şifer deyilir.

Tarixi[redaktə | mənbəni redaktə et]

20-ci əsrə qədər gil şistə "şifer" deyilirdi. Bu söz bu mineralın almanca adıdır. Qatlı quruluşa görə, gilli şist asanlıqla ayrı-ayrı plitələrə bölünürdü, bu da tikinti işlərində istifadə etmək üçün əlverişli idi. ABŞ-də gilli şistlə örtülmüş damlar 1730-cu illərdən məlumdur və bu materialın istifadəsində əsl bum 19-cu əsrin sonu və 20-ci əsrin əvvəllərində baş vermişdir.[1]

İstinadlar[redaktə | mənbəni redaktə et]