Şeyx Mənsur — Vikipediya

Şeyx Mənsur
çeç. Мансур
Şəxsi məlumatlar
Doğum tarixi iyun 1762
Vəfat tarixi 13 aprel 1794(1794-04-13) (31 yaşında)
Vəfat yeri
Vətəndaşlığı
Hərbi fəaliyyəti
Rütbəsi hərbi lider[d]
Döyüşlər
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Şeyx Mənsur (çeç. Мансур; iyun 176213 aprel 1794, Şlisselburq[d], Sankt-Peterburq quberniyası[d]) — XVIII əsrin sonunda Qafqaz qaçaqlarının hərbi, dini və siyasi lideri; müridizmin yayıcısı.Sovet tarixşünaslığında o, ilk Qafqaz inqilabçısı kimi tanınır [1].

Həyatı[redaktə | mənbəni redaktə et]

Qafqazda müridizmin ilk yayıcısı 1760-ci ildə Çeçenistanda doğulmuş Şeyx Mənsur olmuşdur. O, istilaçılara qarşı cihad elan etmiş, on minlik qoşun yaradaraq 1783-cü ildə rusları Terek nəhri ətrafında məğlubiyyətə uğratmışdı. 1786-cı ildə Kabarda bölgəsinin bir hissəsini işğaldan qurtarmış, çərkəzləri də düşmənlər əleyhinə qaldırmağa müvəffəq olmuşdu. XVIII əsrin sonlarında Mənsur öz təlimini çeçenlər arasında təbliğ etməyə, onları Rusiyaya qarşı yönəltməyə başladı. Mənsurun müasirləri qeyd edirdi ki, onu digərlərindən daha çox dəstəkləyənlər çeçenlər olmuşdur [2], bu, yəqin ki, Şeyx Mənsurun çeçenlərlə birgə olduğu müddətdə onlara verdiyi dəstəklə bağlı idi. Çərkəzlərin torpaqlarına köçdükdən sonra onun əsas silahdaşları çərkəzlər olmuşdur. Mənsur Çeçenistanda fəaliyyətə başlayanda (Benniqsenin fikrincə, o, 1784-cü ildə özünü imam elan etmiş, 1785-ci ildə fəal təbliğata başlamışdır) Türkiyə Krımın qaytarılması üçün Rusiya ilə fəal şəkildə müharibəyə hazırlaşırdı. Tədqiqatçı Benniqsen hesab edir ki, Mənsur Çeçenistanda İslamı təbliğ etməyə başlayanda formal olaraq, İslamı qəbul etmiş, lakin bütpərəstlik inanclarını qoruyub saxlayan sadə dağlılardan fərqli olaraq,çeçen aristokratiyasının əksər hissəsi artıq İslamı qəbul etmişdi [3]. Rus komandanlığı Şeyx Mənsurun başladığı hərəkatdan vahiməyə düşərək, böyük qoşun dəstələri yaradır; iki diviziya, onlarla süvari polku, iki kazak alayı eyni vaxtda Mənsurun üzərinə yeridilir və Anapa döyüşlərində Şeyx Mənsur əsir alınır. Bu yenilməz mücahid Rusiya İmperiyasının çariçası Yekaterinanın əmri ilə 1794-cü ildə edam olunur. Bundan sonra İmam Mənsurun tərəfdarları dağılır və müridizm hərəkatı bir qədər səngiyir. Yalnız 1823-cü ildən sonra müridizm Dağıstanda və Çeçenistanda yeni zəmində dirçəlir və inkişaf edir.

Xarici keçidlər[redaktə | mənbəni redaktə et]

  1. Вопросы истории религии и атеизма: сборник статей. — М. : Издательство Академии наук СССР, 1950. — с. 14
  2. Петер Симон-Паллас. Заметки о путешествии в южные наместничества Российского государства в 1793-1794 г / В. Аталиков. — Нальчик: М. и В. Котляровых, 2010.
  3. Александр Беннигсен. Народное движение на Кавказе в XVIII в. («Священная война» Шейха Майсура (1785 - 1791 гг.) - Малоизвестный период и соперничество в русско-турецких отношениях). Рукописный фонд ИИЯЛ Дагестанского Филиала АН СССР.ф.1, ед.хр.469-а. Культурно-исторический фонд «тарих».