Şeytan göz qabağında (film, 1987) — Vikipediya

Şeytan göz qabağında
Janr macəra
cinayət
müəmma
triller
Rejissor Oqtay Mirqasımov
Ssenari müəllifi Asim Cəlilov
Baş rollarda Fəxrəddin Manafov — Teymur
Larisa Xələfova — Sona
Həsən Məmmədov — Sabir
Rasim Balayev — Nəzərov
Hamlet Xanızadə — Paşayev
Yaşar Nuri — Nazimzadə
Operatorlar Ələsgər Ələkbərov
Nizami Abbasov
Bəstəkar Rafiq Babayev
Rəssamlar Elbəy Rzaquliyev
Rafiq Nəsirov
İstehsalçı "Azərbaycanfilm" Kinostudiyası
İlk baxış tarixi 20 noyabr 1987
Filmin digər adı Göz qabağında şeytan balası
Filmin növü tammetrajlı bədii film
Müddət 84 dəq.
Ölkələr Azərbaycan Azərbaycan SSR
Dil azərbaycanca
Texniki məlumatlar 9 hissə
2420 metr
35 mm
"Svema" kinolenti (Şostka kimya kombinatı)
Rəng rəngli
Çəkiliş yeri Bakı
Mingəçevir
IMDb ID0301107

Məzmun[redaktə | mənbəni redaktə et]

Filmdəki hadisələr bizim günlərdə cərəyan edir. Burada Azərbaycan jurnalistlərinin cəmiyyətimizin inkişafına mane olan mənfi hallara qarşı, mənəvi təmizlik, paklıq, prinsipiallıq uğrunda mübarizəsindən danışılır.

Kino əsərinin qəhrəmanı respublika qəzetinin əməkdaşı Teymurdur (Fəxrəddin Manafov). O, haqq-ədalət naminə əlində hakimiyyət olan adamlara qarşı mübarizəyə atılır. Şantaj, hədə-qorxular, açıq-açığına pul təklif olunması-bütün bu vasitələr işə salınır. Lakin namuslu jurnalisti ələ almaq mümkün olmur...

Festivallar və mükafatlar[redaktə | mənbəni redaktə et]

1) 1988-ci ildə Bakıda XXI Ümumittifaq kinofestivalı
*Filmə I Mükafat verilmişdir.

Filmin heyəti[redaktə | mənbəni redaktə et]

Film üzərində işləyənlər[redaktə | mənbəni redaktə et]

Ssenari müəllifi: Asim Cəlilov
Quruluşçu rejissor: Oqtay Mirqasımov
Quruluşçu operatorlar: Ələsgər Ələkbərov, Nizami Abbasov
Quruluşçu rəssamlar: Elbəy Rzaquliyev, Rafiq Nəsirov
Bəstəkar: Rafiq Babayev
Səs operatoru: Nataliya Nuriyeva (Natalya Nuriyeva kimi)
Rejissor-stajçı: T. Məmmədov
Rejissor: Nadir Əzməmmədov
Montaj edən: Tamara Nərimanbəyova
Geyim üzrə rəssam: Tatyana Əmirova
Əlbəsəçi: Anna Dubova
Qrim rəssamı: Berta Roqova
Dekor rəssamı: Nazim Hacıyev
Fotoqraf-rəssam: Fərhad Behbudov
Quraşdırılmış səhnələrin operatoru: Həmzə Əhmədoğlu
Quraşdırılmış səhnələrin rəssamı: Eduard Abdullayev
Rejissor assistentləri: A. İbrahimov, E. Şərifov
Operator assistentləri: Etibar Şirinov, V. Romanov
Montajçı assistentləri: S. Babayeva, L. Nuriyeva
İşıq texniki: Niyazi Zeynalov
İşıq ustası: N. Daşdəmirov, Əbdülnəsir Kutiyev, İ. Kramarenko
Məsləhətçi: K. Məmmədov (daxili işlər general-mayoru)
Çalır: Rafiq Babayevin İdarəsilə İnstrumental Ansambl
Trüklərin quruluşu: Nizami Musayev
Kaskadyorlar: A. Andreyev, V. İvanov, Y. Şmerkoviç
Redaktorlar: Ramiz Fətəliyev, Əhmədağa Qurbanov
İnzibati qrup: Ş. Balakişiyev, P. Sultanov, Liliya Zöhrabova
Filmin direktorları: Sahib Quluzadə, Tamara Kazaçenko, Nadir Əliyev

Rollarda[redaktə | mənbəni redaktə et]

Fəxrəddin Manafov — Teymur
Larisa Xələfova — Sona
Həsən Məmmədov — Sabir
Rasim Balayev — Nəzərov
Hamlet Xanızadə — Paşayev
Yaşar Nuri (Yaşar Nuriyev kimi) — Nazimzadə
Hacı İsmayılov — balıqçı
Radmila Əliyeva — Leyla
Nadir Əzməmmədov — "Kamaz" sürücüsü
Tahir Tahirov (T. Tahirov kimi) — Sultançik
Eldəniz Rəsulov — Oqtay
Rəşid Mahmudzadə — Fufa
Nəsir Sadıqzadə — mehmanxana müdiri
Ramiz Əzizbəyli — SES direktoru
Muxtar Maniyev — Rizvan
Hacımurad Yegizarov — Heydərov
Tofiq Mirzəyev — baş redaktor
Alim Məmmədov — Cəbiyev
Yasin Qarayev — birinci oğlan
Fərhad Hüseynov — ikinci oğlan
Gümrah Rəhimov — milis işçisi
Tariyel Qasımov
Təvəkkül İsmayılov — sürücü
Nazir Əliyev — bazar müdiri
Telman Əliyev — milis rəisi
Sadıq Hüseynov — dəmiryol işçisi
M. Qarayev
Vidadi Həsənov — brokanyer
E. Namazov
Elman Şeydayev
R. Qiyasov
A. İbrahimov
Dadaş Kazımov — aşpaz
D. Monaximova
Emin Mirabdullayev — Sabirin oğlu
Xuraman Abbasova
Nəcibə Hüseynova — Sabirin arvadı
A. Qurbanəliyev
Elman Qurbanov
Ömür Nağıyev — brokanyer
Oqtay Mirqasımov — özbək satıcı (titrlərdə yoxdur)
Fikrət Məmmədov — milis işçisi (titrlərə yoxdur)
Hüseyn Muradov — Teymuru güdən (titrlərdə yoxdur)
Gündüz Abbasov — redaksiya işçisi (titrlərdə yoxdur)
Nüsrət Kəsəmənli — redaksiyaya daxil olan (titrlərdə yoxdur)
Cahangir Aslanoğlu — redaksiyaya daxil olan (titrlərdə yoxdur)
Vəliəhd Vəliyev (titrlərdə yoxdur)

Filmi səsləndirənlər[redaktə | mənbəni redaktə et]

Nəcibə Hüseynova — Sona (Larisa Xələfova) (titrlərdə yoxdur)
Tələt Rəhmanov — bazar müdiri (Nazir Əliyev) (titrlərdə yoxdur)
Rəfael Dadaşov — Heydərov (Hacımurad Yegizarov) (titrlərdə yoxdur)
Həmidə Ömərova — katibə (titrlərdə yoxdur)
Həsən Əbluc — mehmanxana müdiri (Nəsir Sadıqzadə) (titrlərdə yoxdur)
Mübariz Əlixanoğlu — milis işçisi (titrlərdə yoxdur)
Ramiz Məlikov — sürücü (Təvəkkül İsmayılov) (titrlərdə yoxdur)
Zərnigar Ağakişiyeva — katibə (titrlərdə yoxdur)
Pərviz Bağırov — "Kamaz" sürücüsü (Nadir Əzməmmədov) (titrlərdə yoxdur)
Ramiz Əzizbəyli — Teymuru güdən (Hüseyn Muradov) (titrlərdə yoxdur)
Əliabbas Qədirov — baş redaktor (Tofiq Mirzəyev) (titrlərdə yoxdur)

Arxiv kadrlarda iştirak edənlər[redaktə | mənbəni redaktə et]

Mixail Qorbaçov (şəkil) (titrlərdə yoxdur)
Vladimir Lenin (şəkil) (titrlərdə yoxdur)

Çəkilişə köməklik edən qurum[redaktə | mənbəni redaktə et]

Mingəçevir Şəhər Partiya Komitəsi

Mənbə[redaktə | mənbəni redaktə et]

  • Xamis Muradov. Kinofabrikdən başlanan yol. Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi. C.Cabbarlı adına "Azərbaycanfilm" kinostudiyası. Aydın Kazımzadə. Bizim "Azərbaycanfilm". 1923-2003-cü illər. Bakı: Mütərcim, 2004.- səh. 4.
  • Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi. C.Cabbarlı adına "Azərbaycanfilm" kinostudiyası. Aydın Kazımzadə. Bizim "Azərbaycanfilm". 1923-2003-cü illər. Bakı: Mütərcim, 2004.- səh. 278-298.
  • Azərbaycan Milli Ensiklopediyası: Azərbaycan. Ramiz Məmmədov. Kino. Azərbaycan Milli Ensiklopediyası Elmi Mərkəzi, 2007.- səh. 816.
  • Aydın Dadaşov. "Bizim kino". Oqtay Mirqasımovun "Şeytan göz qabağında" filmi haqqında. 23.01.2016[ölü keçid]

Həmçinin bax[redaktə | mənbəni redaktə et]

Azərbaycan filmlərinin siyahısı

Xarici keçid[redaktə | mənbəni redaktə et]

Filmi izlə

Filmin musiqisi[redaktə | mənbəni redaktə et]

Musiqi-1