Şarl Laval — Vikipediya

Şarl Laval
fr. Charles Laval
Doğum tarixi 17 mart 1862(1862-03-17)[1]
Doğum yeri
Vəfat tarixi 27 aprel 1894(1894-04-27)[1] (32 yaşında)
Fəaliyyəti rəssam
Təhsili
Janr portret
Stil Pont-Aven məktəbi
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Şarl Laval (fr. Charles Laval, 17 mart 1862[1], IX arondisman (Paris), İkinci Fransa İmperiyası27 aprel 1894[1]) — sintetizm incəsənət cərəyanın (postimpressionizm) və "Pont-Aven Məktəbi" ilə bağlı fransız rəssamı.

Bioqrafiyası[redaktə | mənbəni redaktə et]

Şarl Laval Parisdə anadan olub, anası — polyak, atası — fransız, peşə memarıdır idi. Leon BonnaFernan Kormonun şagirdi kimi Laval Paris salonuna bukolik mənzərə əsərləri "Barbizonda kənd həyəti" (Cour de ferme à Barbizon) göndərdi. 1883-cü ildə salona qatıldı. Onun dost sənətşünasları arasında Tuluz-Lotrek, Emil BernarLui Anketen kimi məşhur rəssamlar var idi.

Qogenlə görüşü[redaktə | mənbəni redaktə et]

Pol Qogen və Laval 1886-cı ildə Pont-Aven şəhərində yerləşən madam Qloanekin hostelində bir araya gəldi və daha sonra yoldaş oldular.

1887-ci ildə Qogen və Laval "digər" sənətə açar tapmaq üçün ekzotik axtarışları Panamaya yola düşdülər. Əlavə pul qazanmaq üçün Laval Leon Bonna studiyasında əldə etdiyi təcrübəsini istifadə edərək bir neçə akademik portret yazmışdır. Bir sıra uğursuzluqlar Laval və Qogenə materikdən ayrılaraq Martinikaya getməyə məcbur etdi.

Sintetizm[redaktə | mənbəni redaktə et]

Laval dizenteriya xəstəliyindən əziyyət çəkirdi, buna görə də bir neçə dəfə özünə qəsd etmək istəyib. 1888-ci ildə Laval Antil adalarından qayıtdı və Qogenə rəsm əsərlərini və akvareli nümayiş etdirdi. Bu arada Qogen gənc rəssam olan Emil Bernar ilə yoldaşlıq edirdi.

Pont-Aven şəhərində Laval vərəm xəstəlindən əziyyət çəkirdi buna görə də çox az çəkiridi. Mübadilə üçün Vinsent van Qoq ona avtoportret sifariş etdi[2].

Seçilmiş əsərləri[redaktə | mənbəni redaktə et]

Həmçinin bax[redaktə | mənbəni redaktə et]

İstinadlar[redaktə | mənbəni redaktə et]

  1. 1,0 1,1 1,2 1,3 The Fine Art Archive. 2003.
  2. Van Gogh Museum Arxivləşdirilib 2013-04-01 at the Wayback Machine Retrieved April 6, 2011,

Xarici keçidlər[redaktə | mənbəni redaktə et]