Şamil Fətullayev — Vikipediya

Şamil Fətullayev
Şəxsi məlumatlar
Doğum tarixi
Doğum yeri Bakı, Azərbaycan SSR, SSRİ
Vəfat tarixi (86 yaşında)
Vəfat yeri Bakı, Azərbaycan
Vətəndaşlığı  SSRİ
 Azərbaycan
Təhsili
İşləri və nailiyyətləri
Elmi işləri Bax: #Əsərləri
Mükafatları
"Azərbaycan SSR əməkdar arxitektoru" fəxri adı — 1979 Azərbaycan SSR Dövlət mükafatı — 1988
"Şöhrət" ordeni — 2000 "Şərəf nişanı" ordeni — 1986 "Əmək veteranı" medalı — 1989

Şamil Seyfulla oğlu Fətullayev (24 dekabr 1928, Bakı9 mart 2015, Bakı) — Azərbaycan-sovet memarı, memarlıq elmləri doktoru, professoru, AMEA-nın həqiqi üzvü (akademik) (2014)[1], Azərbaycan SSR əməkdar arxitektoru (1979), Azərbaycan Memarlar İttifaqının üzvü (1965).

Bioqrafiya[redaktə | mənbəni redaktə et]

Şamil Seyfulla oğlu Fətullayev-Fiqarov 24 dekabr 1928-ci ildə Bakı şəhərində anadan olmuşdur. 1953-cü ildə Azərbaycan Politexnik institutunun memarlıq-inşaat fakültəsini bitirmişdir. 1956-cı ildə AMEA-nın "Memarlıq və İncəsənət İnstitutu" nun aspirantı olmuş, 1963-cü ildə namizədlik, 1980-ci ildə doktorluq dissertasiyasını müdafiə etmiş, 1990-cı ildə professor adını almışdır. 10 mart 2015-ci ildə Bakı şəhərində vəfat edib.

Təltif və mükafatları[redaktə | mənbəni redaktə et]

  • Azərbaycan SSR Dövlət mükafatı — 26 aprel 1988 ("XIX əsr və XX əsrin əvvəlində Azərbaycanda şəhər tikintisi və memarlığı" kitabı üçün)
  • "Şərəf nişanı" ordeni — 1986
  • "Əmək veteranı" medalı — 25 aprel 1989
  • "Azərbaycan SSR əməkdar arxitektoru" fəxri adı — 5 dekabr 1979
  • "Şöhrət" ordeni — 19 aprel 2000
  • İAAEC arxitekturanın inkişafı sahəsindəki nailiyyətlərinə görə diplom — 16 yanvar 1999
  • Dizayn və memarlıq üzrə "Memarlıq mükafatı − 2005" diplomu
  • Polşanın qızıl medalı — 2008

Əsərləri[redaktə | mənbəni redaktə et]

  • "Архитектура жилых домов Баку ХIХ-ХХ вв.",
  • "Градостроительство Баку ХIХ – начала ХХ веков", Ленингра́д, "Стройиздат", 1978. 216 ст.
  • "XIX-XX əsrin əvvəlləri Bakının şəhərsalma memarlığı (1978)".
  • "XIX-XX əsrin əvvəlləri Azərbaycanın şəhərsalma və memarlığı (1986)".
  • "Azərbaycan məscidləri(1996)".
  • "İran şəhərləri Qacarlar dövründə(Tehran — 2000)".
  • "Bakının Memarlıq ensiklopediyası(1998)".
  • "Abşeron memarlığı(2003)".
  • "Memar-Məşədi Mirzə Qafar İzmaylov (2013)".
  • Abşeron memarlığı, Bakı, "Şərq-Qərb" Nəşriyyat Evi, 2013, 476 səh.[2]
  • Bakının Memarlıq Ensiklopediyası, Bakı, "Şərq-Qərb" Nəşriyyat Evi, 2013, 528 səh.[2]
  • 19–20-ci əsrin əvəllərində Azərbaycanda şəhərsalma və memarlıq, Bakı, "Şərq-Qərb" Nəşriyyat Evi, 2013, 480 səh.[2]
  • Bakıda şəhərsalma – 19-cu əsr və 20-ci əsrin əvəllərində, Bakı, "Şərq-Qərb" Nəşriyyat Evi, 2013, 340 səh.[2]
  • Bakı memarları 19-cu əsrin sonu – 20-ci əsrin əvvəlində, Bakı, "Şərq-Qərb" Nəşriyyat Evi, 2013, 356 səh.[2]

İstinadlar[redaktə | mənbəni redaktə et]

  1. "Arxivlənmiş surət". 2014-08-17 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2014-07-04.
  2. 1 2 3 4 5 "Azərbaycan mədəniyyəti kitabxanası: Memarlıq" (az.). 1001kitab.az. 2014. 2014-11-24 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2014-11-03.

Xarici keçidlər[redaktə | mənbəni redaktə et]