Şamaxı qalası — Vikipediya

Şamaxı qalası
Şamaxı qalası 1583-cü ildə. Əsəfi Dal Mehmed Çələbi
Ölkə  Azərbaycan
Şəhər Şamaxı
Aidiyyatı Şirvanşahlar dövləti
Sifarişçi Şirvanşah Qubad
Tikilmə tarixi 1045
Üslubu Şirvan-Abşeron memarlıq məktəbi
Material əhəng daşı
İstinad nöm.55
KateqoriyaQala
ƏhəmiyyətiDünya əhəmiyyətli
Şamaxı qalası (Azərbaycan)
Şamaxı qalası

Ümumi məlumat[redaktə | mənbəni redaktə et]

Şamaxı qalası – Orta əsrlər Şamaxı şəhərini müdafiə etmək üçün inşa edilmiş qala.

XI – XII yüzillərdə Şirvan şəhərlərinin bir çoxu böyüyüb inkişaf etmiş, bəzilərinin müdafiə tikililəri yenidən qurulmuşdu. 1045 – ci ildə Şirvanşah Qubad (1043-1049) Şirvanın baş şəhəri Şamaxıya yonulmuş ağ daşdan yeni möhkəm qala divarı çəkdirmiş, dəmir qapılar qoydurmuşdu.[1]

Arxeoloqların SSRİ dövründə Şamaxıda qazıntılar zamanı aşkar etdikləri divar qalığı Şirvanşah Qubadın tikdirdiyi Şamaxı İçqalasının (Bala qala) qalığı sayılır. Bu çağda Bala qalada Şirvanşahların yeni saray kompleksi inşa edilmişdir.

Şamaxının ikinci iç qalası olan Gülüstan qalası da XII əsrdə yenidən qurularaq möhkəmləndirilmişdir. Belə geniş quruculuq işlərindən sonra bitkin paytaxt şəhərinə çevrilən Şamaxını o çağın yazarları dəmir qapılı, daş divarlı alınmaz qala, cah-cəlallı gözəl şəhər kimi təsvir edirlər.[2]

İstinadlar[redaktə | mənbəni redaktə et]

  1. C Qiyasi – Nizami dövrü memarlıq abidələri, Bakı, İşıq nəşriyyatı, 1991, səh. 19.
  2. C Qiyasi – Nizami dövrü memarlıq abidələri, Bakı, İşıq nəşriyyatı, 1991, səh. 20

Həmçinin bax[redaktə | mənbəni redaktə et]