Şahzadələr türbəsi — Vikipediya

Şahzadələr türbəsi
Великокняжеская усыпальница
Xəritə
59°57′02″ şm. e. 30°19′02″ ş. u.
Ölkə  Rusiya
Şəhər Sankt-Peterburq
Yerləşir Dovşan adası kompleksinin tərkibində
Tikilmə tarixi 1896-1908
Vəziyyəti Muzey
Şahzadələr türbəsi (Sankt-Peterburq)
Şahzadələr türbəsi
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar
Türbə inqlabdan əvvəlki dövrə aid açıqcanın üzərində.

Şahzadələr türbəsi (rus. Великокняжеская усыпальница) — Rusiya, Sankt-Peterburqda, Petropavlovsk qalası daxilində, Pyotr və Pavel kafedralı yaxınlığında yerləşən və Rusiya imperator sülaləsinin taxta keçməyən şahzadələrinin dəfn olunduğu türbə. Obyektin ənənəvi adı olan "Böyük knyaz türbəsi" ifadəsi məkanın daşıdığı məzmunu dəqiq ifadə etmir: görünür bu ad ona görə yaranmışdır ki, türbədə şahzadələrdən başqa, böyük knyaz və knyaginya titulları daşıyan digər şəxslərin, həmçinin imperator qanı daşıyıb Boqarne ailəsində doğularaq Leyxtenberq knyazları titulu daşıyan şəxslərin də dəfninə icazə verilmişdir.

1959-cu ildən abidə Sankt-Peterburq Tarixi Dövlət Muzeyi kompleksinin tərkibinə daxil edilmişdir.

Tarixi[redaktə | mənbəni redaktə et]

Türbə binasının əsası 1896-cı ildə məşhur Rusiya memarı David Qrimmin layihəsi əsasında qoyulmuşdur. Layihənin həyata keçirilməsi ilə 1897–1908-ci illərdə A. O. TomişkoL. N. Benua məşğul olmuşlar. 1908–1916-cı illər arasında türbədə imperator soyadını daşıyan on üç nəfər (onlardan səkkizi Pyotr və Pavel kafedralından köçürülmüşdü) dəfn edilmişdi.

1992-ci ildə türbədə imperator II Aleksandrın nəticəsi knyaz Vladimir Kirilloviç Romanov, 2010-cu ildə isə onun həyat yoldaşı Leonida Georgiyevna (1995-ci ildə onun valideynlərinin cəsədləri də buraya köçürülmüşdü) dəfn edilmişdi.

Dəfn edilənlərin siyahısı[redaktə | mənbəni redaktə et]

1908-ci ildən əvvəl vəfat etmiş şəxslərin məzarı (II–IX nömrələr) Pyotr və Pavel kafedralından köçürülmüşdür. Kirill Vladimiroviç və Viktoriya Fyodorovnanın məzarları (XV–XVI nömrələr) isə 1995-ci ildə Koburqdan köçürülmüşdür.

  1. Böy. kn. Aleksey Aleksandroviç (1850–1908)
  2. Böy. kn. Aleksandr Vkadimiroviç (1875–1877, Valdimir Aleksandroviçin oğlu)
  3. Böy. kn. Konstantin Nikolayeviç (1827–1892)
  4. Böy. kn. Vyaçeslav Konstantinoviç (1862–1879)
  5. Böy. kn. Aleksandra Nikolayevna (1825–1844)
  6. Knyajna kr. imp. Nayaliya Konstantinovna (1905, Konstantin Konstantinoviçin qızı)
  7. Böy. kn. Mariya Nikolayevna (1819–1876)
  8. Kn. Sergey Maksimilianoviç Romanovski, Leyxtenberq hersoqu (1849–1877)
  9. Hersoginya Aleksandra Maksimilianovna Leyxtenberqskaya (1840–1843, Mariya Nikolayevnanın qızı)
  10. Kn. Vladimir Aleksandroviç (1847–1909)
  11. Böy. kn. Aleksandra İosifovna (1830–1911)
  12. Kn. Georgi Maksimilianoviç Romanovski, Leyxtenberq hersoqu (1852–1912)
  13. Böy. kn. Konstantin Konstantinoviç (1858–1915)
  14. Kn. Vladimir Romanov (1917–1992)
  15. Böy. kn. Kirill Vladimiroviç (1876–1938)
  16. Böy. kn. Viktoriya Fyodrovna (1876–1936)
  17. Leonida Georgiyevna Baqration-Muxranskaya (1914–2010)

Qorunması və bərpası[redaktə | mənbəni redaktə et]

Şahzadələr türbəsinin daxili memarlıq quruluşu SSRİ dövründə dağıdılmışdır, ikonostas saxlanılmamış, rəssam N. A. Bruninin eskizi əsasında hazırlanmış altar vitrajı isə Böyük Vətən Müharibəsi zamanı açılan atəşlər nəticəsində məhv edilmişdir. Abidədə 1950–1960-cı illərdə və 1980-ci illərdə bərpa işləri aparılmışdır.

2006-cı ildə Sankt-Peterburq Tarixi Muzeyinin fondlarında saxlanan layihələr əsasında türbənin İsanın dirilməsi təsvir edilmiş vitrajı bərpa edilmişdir. Bərpa işləri A. İ. Yakovlevin emalatxanasında aparılmışdır.[1]

2008-ci ildə türbənin damında və fasadında bərpa işləri aparılmışdır. Bərpa işlərinin 2008-ci ilin sonlarında yekunlaşdırılması nəzərdə tutulsa da, artıq may ayında işlər yekunlaşdırılmışdı.[2]

İstinadlar[redaktə | mənbəni redaktə et]

  1. Княжицкая Т. В. Два образа — две эпохи. Витражи по эскизам Н. А. Бруни. / "Антиквариат", № 6–8, 2009 г.
  2. Деловой Петербург со ссылкой на председателя КГИОП Веру Дементьеву и БИА Великокняжескую усыпальницу в Петропавловской крепости отреставрируют к концу года [ölü keçid] // Деловой Петербург ISSN 1606–1829 (Online). — 18:39 27 мая 2008 года.

Həmçinin bax[redaktə | mənbəni redaktə et]