Şahzadə Ulaf sahili — Vikipediya

Şahzadə Ulaf sahili (Antarktida)
Şahzadə Ulaf sahili
Şahzadə Ulaf sahili Antarktida xəritəsində

Şahzadə Ulaf sahili[1][2] (ing. Prince Olav Coast; norv. Kronprins Olav Kyst) — Şərqi Antarktidanın Kraliça Mod Torpağında yerləşən sahil. Qərbdən Lyutsov körfəzi, şərqdən isə Alaşeev körfəzi ilə əhatələnir. Sahilin uzunluğu 250 km təşkil edir. Buz qatı sahildə hündür sıldırımlı qayalar əmələ gətirir. Sahildən 50 km məsafədən buz qatının qalınlığı 1500 metr təşkil edir.

Sahil ilk dəfə 1930-ci ildə Norveç ekspedisiyasının rəhbəri Yalmar Riser-Larsen tərəfindən kəşf edilmiş və norveç şahzadəsi V Ulafın şərəfindən ibarətdir.

Mənbə[redaktə | mənbəni redaktə et]

İstinadlar[redaktə | mənbəni redaktə et]

  1. "SCAR Gazetteer Ref. No 11619 Prince Olav Coast". 2022-02-05 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2016-10-10.
  2. "SCAR Gazetteer Ref. No 11619 Kronprins Olav Kyst". 2022-02-05 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2016-10-10.