"Şah İsmayıl" ordeni — Vikipediya

Bu məqalə Azərbaycan Respublikasının ali hərbi ordeni haqqındadır. Digər mənalar üçün Şah İsmayıl (dəqiqləşdirmə) səhifəsinə baxın.
"Şah İsmayıl" ordeni

Ölkə Azərbaycan Azərbaycan
Tip orden
Kimə verilir Hərbi və dövləti xidmətlərə görə
Status təqdim olunur
Statistika
Parametrlər 27 mm x 47,5 mm
Təsis tarixi 10 noyabr 1992
Ardıcıllıq
Yüksək mükafat "İstiqlal" ordeni
Aşağı mükafat "Azərbaycan Bayrağı" ordeni
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

"Şah İsmayıl" ordeniAzərbaycan Respublikasının ali hərbi ordeni.[1]

"Şah İsmayıl" ordeni Azərbaycan Respublikasının yeganə dövlət təltifidir ki, bu ordenlə heç kim təltif edilməyib.[2][3][4]

Statusu[redaktə | mənbəni redaktə et]

Azərbaycan Respublikasının ali hərbi ordeni olan "Şah İsmayıl" ordeni ilə Azərbaycan Respublikası Silahlı Qüvvələrinin ali zabitləri, hərbi hissələrin və birləşmələrin komandirləri təltif edilə bilərlər.

"Şah İsmayıl" ordeni aşağıdakılara görə verilə bilər:

— Azərbaycan Respublikası Silahlı Qüvvələrinin təşkilində və möhkəmləndirilməsində xüsusi xidmətlərinə görə;
— Azərbaycan Respublikasının ərazi bütövlüyünün və təhlükəsizliyinin təmin edilməsində xüsusi xidmətlərinə görə;
— görkəmli sərkərdəlik fəaliyyətinə görə;
— respublikada fövqəladə halların nəticələrinin aradan qaldırılmasında xüsusi xidmətlərinə görə.

"Şah İsmayıl" ordeni döşün sol tərəfinə, Azərbaycan Respublikasının digər orden və medalları olduqda "İstiqlal" ordenindən sonra taxılmalıdır.

Təsviri[redaktə | mənbəni redaktə et]

"Şah İsmayıl" ordeni düzgün səkkizguşəli ulduzşəklindədir, gümüşdəndir. Ulduzun mərkəzində, üzü qızıl suyuna çəkilmiş və minalanmış, səkkiz bərabər küncü olan lövhə fonunda Şah İsmayılın əksi profildən təsvir edilmişdir. Arxa tərəfi hamar səthlidir, ortasında "Şah İsmayıl" yazılmışdır, ondan aşağıda ordenin nömrəsi həkk olunmuşdur.

Təltif dəstinə aşağıdakılar daxildir:

— boyundan asmaq üçün 27 mm enində, qırmızı çalarlı lenti olan, 50 mm qabarit ölçülü orden;
— paltara bərkidilmək üçün elementi olan, beşguşəli 27 mm x 47,5 mm ölçüdə qırmızı çalarlı beşguşəli xara lentə halqa və ilgək vasitəsilə birləşdirilən, 35 mm qabarit ölçülü orden;

"Şah İsmayıl" ordeni poçt markası üzərində[redaktə | mənbəni redaktə et]

2011-ci ildə buraxılmış poçt markası

2011-ci ilin sentyabr ayının 5-də Bakı şəhərində Azərbaycan Respublikası Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin "Azərmarka" şirkəti tərəfindən Azərbaycan ordenlərinə həsr olunmuş yeni poçt markaları təqdim edilmişdir. Qiyməti 60 qəpik, tirajı isə 5000 ədəd olan həmin markalardan biri "Şah İsmayıl" ordeninə həsr olunmuşdur.[5][6]

İstinadlar[redaktə | mənbəni redaktə et]

  1. "Azərbaycan Respublikasının orden və medallarının təsis edilməsi haqqında" Azərbaycan Respublikasının 10 noyabr 1992-ci il tarixli, 370 nömrəli Qanunu. e-qanun.az Arxivləşdirilib 2012-03-30 at the Wayback Machine (az.)
  2. "Sahibini gözləyən ali mükafat — "Şah İsmayıl" ordeni niyə heç kimə verilmir?". 2021-10-22 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2020-03-02.
  3. "Elçibəyin təsis etdiyi "Şah İsmayıl" ordeni – Niyə indiyədək heç kimə verilməyib? – AÇIQLAMA". 2021-10-19 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2020-03-02.
  4. "Elçibəyin təsis etdiyi orden kimlərə verilib?". 2021-10-20 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2020-03-02.
  5. Yeni markalar çap olunub. ictnews.az Arxivləşdirilib 2016-03-10 at the Wayback Machine (az.)
  6. 05.09.2011. Azərbaycan Respublikasının Ordenləri. azermarka.az Arxivləşdirilib 2015-09-19 at the Wayback Machine (az.)

Həmçinin bax[redaktə | mənbəni redaktə et]

Mənbə[redaktə | mənbəni redaktə et]

Xarici keçidlər[redaktə | mənbəni redaktə et]