Şəmsəddin Axundov — Vikipediya

Şəmsəddin Axundov
bayraq
Milli Aviasiya Akademiyasının ictimaiyyətlə əlaqələr üzrə prorektoru
bayraq2
bayraq
Azərbaycan Respublikası mədəniyyət nazirinin müavini
bayraq2
1991 – 7 sentyabr 2001
NazirPolad Bülbüloğlu
SonrakıVaqif Mustafayev

Təltifləri "Qırmızı əmək bayrağı" ordeni "Şərəf nişanı" ordeni “Əmək igidliyinə görə” medalı
XTNS qızıl medalı Azərbaycan SSR əməkdar mədəniyyət işçisi

Şəmsəddin Əşrəf oğlu Axundov ({{DVTY}} şablonu boşdur) — Milli Aviasiya Akademiyasında ictimaiyyətlə əlaqə üzrə prorektor, mədəniyyət nazirinin sabiq müavini.

Həyatı[redaktə | mənbəni redaktə et]

Şəmsəddin Axundov 1956-cı ildə Azərbaycan Dövlət Universitetini jurnalistika ixtisası üzrə bitirib. Mədəniyyət Nazirliyində metodist-inspektor, baş metodist, şöbə müdiri vəzifələrində çalışıb (1956-1965).

İctimai-siyasi fəaliyyəti[redaktə | mənbəni redaktə et]

Mədəniyyət İşçiləri Həmkarlar İttifaqı Respublika Komitəsində məsul katib, sədr (1965-1969) olmuş, Azərbaycan Həmkarlar İttifaqları Şurasında şöbə müdiri vəzifəsində işləmişdir (1969-1981). 1981-1987-ci illərdə M.F.Axundov adına Respublika Kitabxanasında elmi işlər üzrə direktor müavini vəzifəsində çalışmışdır. 1988-2001-ci illərdə Azərbaycan Mədəniyyət Nazirliyində mədəni-maarif müəssisələri idarəsində rəis, mədəni-maarif, kitabxana və muzey işləri baş idarəsində rəis, 1991-ci ildən nazir müavini vəzifələrində çalışmış, həmçinin Azərbaycan Respublikası Nazirlər Şurasının qərarı ilə Mədəniyyət Nazirliyinin Kollegiya üzvü kimi fəaliyyət göstərmişdir.

0, Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyevin 7 sentyabr 2001-ci il tarixli 802 nömrəli sərəcanmı ilə mədəniyyət nazirinin müavini vəzifəsindən azad edilmişdir.[1]

2005-2011-ci illərdə Milli Aviasiya Akademiyasında yaradılmış “Aviasiya tarixi muzeyi”nin direktoru olmuşdur.[2]

Təltifləri[redaktə | mənbəni redaktə et]

2001-ci ildən dövlət qulluğu təqaüdünə çıxmışdır. “Şərəf nişanı” və “Qırmızı əmək bayrağı” ordenləri, “Əmək rəşadətinə görə”, “Əmək igidliyinə görə”, “Uzunmüddətli fədakar əməyə görə” medalları, “SSRİ Xalq Təsərrüfatı Nailiyyətləri sərgisi”nin Qızıl medalı, “Əla mədəniyyət işçisi” və Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının “100 illik” medalları ilə təltif olunmuşdr. 1978-ci ildə isə Azərbaycan SSR Ali Sovetinin Rəyasət Həyətinin fərmanı ilə “Əməkdar mədəniyyət işçisi” fəxri adına layiq görülmüşdür.

İstinadlar[redaktə | mənbəni redaktə et]

  1. "Ş. Ə. Axundovun Azərbaycan Respublikası mədəniyyət nazirinin müavini vəzifəsindən azad edilməsi haqqında AZƏRBAYCAN RESPUBLİKASI PREZİDENTİNİN SƏRƏNCAMI". 2022-08-11 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2022-08-11.
  2. "Arxivlənmiş surət". 2016-09-26 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2018-11-17.