Şəmkir SES — Vikipediya

Şəmkir SES
Şəmkir su elektrik stansiyası
Xəritə
Ümumi məlumatlar
Sahəsi 115 km²
Çay Kür
Sahibi Azərenerji ASC
Status İşlək
Tikilmə tarixi 1982
İstismara verilib 1982
İstismarçı Azərenerji ASC
Əsas xüsusiyyətləri
İllik elektroenerji istehsalı 810 mln. kVt⋅s
Elektrik enerjisi gücü 380 MVt
Avadanlıq xüsusiyyətləri
Turbin tipi Hidroaqreqat
Turbin sayı 2
Əsas qurğular
Bənd tipi Torpaq
Bəndin hündürlüyü 70 m
Bəndin eni 4500 m
Yerləşməsi
40°59′24″ şm. e. 45°59′26″ ş. u.
Ölkə  Azərbaycan
Region
Rayon
Yer Cənubi Qafqaz
Şəmkir SES xəritədə
Şəmkir SES
Şəmkir SES
Şəmkir SES (Azərbaycan)
Şəmkir SES
link=:Şəkil:
Şəmkir SES
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Şəmkir SES (tam adı: Şəmkir Su Elektrik Stansiyası) — Cənubi Qafqazda Azərbaycana məxsus 1982-ci ildə Ulu Öndər Heydər Əliyevin təşəbbüsü ilə inşa edilmiş, Yenikənd SES ilə birlikdə kaskad yaradan ölkənin ikinci böyük su elektrik stansiyası.[1] Şəmkir SES Kür çayının üzərində, Şəmkir şəhərinin yaxınlığında yerləşir.

Şəmkir SES-in tikintisi SSRİ respublika rəhbərləri sırasında öz işgüzarlığı və siyasi uzaqgörənliyi ilə seçilən Heydər Əliyevin dəstəyi ilə reallaşmağa başlayıb. 1982-ci il dekabr ayının 22-də Heydər Əliyevin xeyir-duası ilə SES-in ilk bloku işə salınıb. Bir müddət sonra ikinci blok da işə düşüb. Beləliklə, ölkənin enerji sisteminə 380 meqavatlıq dəyərli bir obyekt qoşulmuş oldu.[2]

Kür çayının üstündə əzəmətlə ucalan Şəmkir SES-də ötən illər ərzində təxminən 25 milyard kilovat-saat ucuz və keyfiyyətli elektrik enerjisi istehsal edilərək Azərbaycan energetika sisteminə ötürülmüşdür ki, bu da azı 700 milyon manat civarında əmtəə məhsulu deməkdir. Ümummilli Lider Heydər Əliyevin stansiyanın inzibati binasının həyətində mərmər lövhəyə həkk olunan "Mən fəxr edirəm ki, vaxtilə Kür çayı üzərində Şəmkir Su Elektrik Stansiyasının təməlini qoydum və onu qurub-yaratdım" kəlamı burada çalışan hər bir energetikin qürur mənbəyinə çevrilib.[2]

Texniki göstəriciləri[redaktə | mənbəni redaktə et]

2 hidroaqreqata (hər biri 190 Mvt) malik olan Şəmkir SES-in müəyyən olunmuş gücü 380 Mvt, orta illik elektrik enerjisi istehsalı 56 milyon kvt/saat-dır. Bəndinin hündürlüyü 70 m, uzunluğu 4500 m-dir. Bənd Şəmkir su anbarını əmələ gətirmişdir.

Təmiri[redaktə | mənbəni redaktə et]

40 il əvvəl tikilən Şəmkir SES-in hidroaqreqatlarında təmir-bərpa işləri aparılıb və 2 saylı hidroaqreqatın ehtiyat hissələri dəyişdirilib, 330 kilovoltluq blok avtotransformatoru əsaslı təmir olunub. Bununla “itirilmiş” güc bərpa olunaraq dayanıqlılıq və etibarlılıq artırılıb.

Hazırda əsas diqqət Şəmkir SES-in su tullayıcı qurğusuna yönəlib. Çünki 1983-cü ildə stansiya istismara veriləndən sonra su tullayıcı qurğuda heç bir təmir işləri aparılmayıb. Ona görə də bu qurğunun döşəməsində, tavanında, orta aşrımında, çıxış başlıq hissəsində, istinad divarlarında aşınmalar və çatlar əmələ gəlsə də, qurğuda su sızmalarının qarşısını almaq üçün yerli və xaricdən dəvət edilən mütəxəssislərin iştirakı ilə layihə hazırlanıb və əsaslı təmir işləri aparılır.[3] Planlaşdırılan işlər çərçivəsində Şəmkir SES-in açıq paylayıcı qurğusunun, təsirlənmə və SCADA dispetçer idarəetmə sistemlərinin, tezliyin, o cümlədən aktiv gücün avtomatik tənzimlənməsinin yenidən qurulması planlaşdırılıb.[1]

Həmçinin bax[redaktə | mənbəni redaktə et]

İstinadlar[redaktə | mənbəni redaktə et]

  1. 1 2 "Şəmkir su elektrik stansiyasının su anbarı qəzalı vəziyyətdən çıxarılır" (az.). https://azertag.az. 16.02.2023 tarixində arxivləşdirilib. İstifadə tarixi: 16 fev 2023.
  2. 1 2 "Şəmkir SES və Yenikənd SES. Ulu öndərin əvəzsiz yadigarı" (az.). http://www.anl.az. Archived from the original on 2023-02-16. İstifadə tarixi: 16 fev 2023.
  3. "Şəmkir SES-də təmir-bərpa işləri davam edir" (az.). https://www.gununsesi.info. Archived from the original on 2023-02-16. İstifadə tarixi: 16 fev 2023.

Xarici keçidlər[redaktə | mənbəni redaktə et]