Şəhriyar Məmmədyarov — Vikipediya

Şəhriyar Məmmədyarov
2018-ci ildə Şahmat Olimpiadasında
2018-ci ildə Şahmat Olimpiadasında
Ölkə
Doğum tarixi 12 aprel 1985(1985-04-12)[2][3][…] (39 yaş)
Doğum yeri
Təhsili
  • Sumqayıt şəhər 23 nömrəli tam orta məktəb[d]
Titulu Qrossmeyster
Son reytinqi 2770 (may 2022)
Maksimal reytinqi 2820 (sentyabr 2018)
FİDE nömrəsi 13401319
Mükafatları "Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyi" yubiley medalı
İmza
mamedyarov.com
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Şəhriyar Həmid oğlu Məmmədyarov (12 aprel 1985[2][3][…], Sumqayıt, Azərbaycan SSR, SSRİ[4][5]) — Azərbaycanın şahmat qrosmeysteri.

O, dünyada 20 yaşadək şahmatçılar arasında ikiqat Dünya çempionu tituluna sahib olan yeganə kişi şahmatçıdır.[6]

2017-ci ilin may ayında dünya şahmat tarixində 2800 Elo reytinq balını keçmiş 13-cü şahmatçı olub.[7][8] Şəhriyar Məmmədyarov bu uğura imza atmış ilk müsəlman idmançı kimi də tarixə düşüb.[7]

Həyatı[redaktə | mənbəni redaktə et]

Erkən illəri[redaktə | mənbəni redaktə et]

Şəhriyar Məmmədyarov 1985-ci il aprelin 12-də Sumqayıtda anadan olub.[9] Sumqayıtda 23 nömrəli məktəbi bitirib.[6] Sinif yoldaşları ilə hər zaman yaxşı münasibəti olub.[6]

Şahmat karyerası[redaktə | mənbəni redaktə et]

1993[redaktə | mənbəni redaktə et]

1993-cü ildə Şəhriyarın atası ona şahmat oynamağı öyrədib və həmin ilin yayında Şəhriyar, onun ilk şahmat məşqçisi olan Validə Bayramovanın işlədiyi Sumqayıt şahmat məktəbində dərslərə başlayıb.[6]

1996[redaktə | mənbəni redaktə et]

O, 1996-cı ildə Şirvan şəhərində keçirilən turnirdə iştirak edərək, turnirin qalibi olmuşdur. Həmin ildə Şəhriyar Məmmədyarov Beynəlxalq açıq turnirin C qrupunda birinci yerin sahibi olmuşdur.

1997[redaktə | mənbəni redaktə et]

1997-ci ildə Şəhriyar Məmmədyarov Azərbaycan Milli Şahmat Çempionatında ilk dəfə iştirak edərək, 2-ci yer sahibi oldu.[10]

1998[redaktə | mənbəni redaktə et]

1998-ci ildə Şəhriyar Məmmədyarov Azərbaycan Çempionatında 2-ci yerə sahib olaraq, Avstriyada keçirilən Avropa Çempionatlarında iştirak hüququ qazandı. O, həm də Azərbaycanın Zaqatala şəhərində keçirilən uşaqlar arasında Dünya Olimpiadasında 2-ci yerin sahibi olaraq Azərbaycan Milli Komandası tərkibində iştirak hüququnu qazanmışdı. Şəhriyar Məmmədyarov Türkiyədə keçirilən uşaqlar arasında Dünya Olimpiadasında öz lövhəsində gümüş medalın sahibi olmuş və bununla beynəlxalq turnirlərdə birinci müvəffəqiyyətini qeyd etmişdi.

2000[redaktə | mənbəni redaktə et]

2000-ci ildə Şəhriyar Məmmədyarov 16–18 yaşadək Azərbaycan Şahmat Çempionatının qalibi olmuşdur.[10]

2001[redaktə | mənbəni redaktə et]

2001-ci ildə Məmmədyarov 16 yaşadək Avropa Şahmat Çempionatında gümüş medalın sahibi olmuşdur.[10]

2002[redaktə | mənbəni redaktə et]

2001-ci ildə Məmmədyarov Bakıda keçirilən gənclər arasında Avropa Şahmat Çempionatında gümüş medalın sahibi oldu.[10] O, həmin ildə 18 yaşadək Avropa Şahmat Çempionatında 11 xaldan 10-u udaraq rekord yazmışdır.[10]

2003[redaktə | mənbəni redaktə et]

2003-cü ildə Məmmədyarov Azərbaycanın Naxçıvan Muxtar Respublikasında keçirilən U20 Dünya Çempionatında qızıl medalın sahibi oldu.[10] O, həmin ildə 18 yaşadək Dünya Çempionatında qızıl medal qazanmışdır.[10]

2004[redaktə | mənbəni redaktə et]

O, 2004-cü ildə Türkiyədə keçirilən Klublar arası Avropa Çempionatında 1-ci lövhədə 1-ci yerin sahibi və "Dubay Open" turnirinin qalibi olmuşdur.

2005[redaktə | mənbəni redaktə et]

2005-ci ildə Məmmədyarov İstanbulda 20 yaşadək gənclər arasında keçirilən Dünya Çempionatında yenidən çempion titulu qazanaraq, dünyada 20 yaşadək şahmatçılar arasında ikiqat Dünya çempionu tituluna sahib olan yeganə şahmatçı oldu.[10]

2017[redaktə | mənbəni redaktə et]

2017-ci ildə Məmmədyarov Azərbaycanın şahmat tarixində ilk dəfə dünyanın 3 ən güclüsü sırasında yer alıb.[11] O, dünya şahmat tarixində 2800 Elo reytinq balını keçmiş 13-cü şahmatçı olub.[7] Şəhriyar Məmmədyarov bu uğura imza atmış ilk müsəlman idmançı kimi də tarixə düşüb.[7]

2018[redaktə | mənbəni redaktə et]

Klassik[redaktə | mənbəni redaktə et]

Şəhriyar Məmmədyarov və Vladimir Kramnik. Namizədlər Turniri, Berlin.

2018-ci il ərzində Şəhriyar Məmmədyarov şəxsi yarışlarda Tata Stil Maters (13 – 28 yanvar, Veyk an Zee, Niderland), FİDE Namizədlər (10 – 28 mart, Berlin, Almaniya), Vüqar Həşimovun xatirəsinə həsr olunmuş Şəmkir Şahmat (19 – 28 aprel Şəmkir, Azərbaycan), Altiboks Norveç Şahmat (27 may – 8 iyun, Stavanger, Norveç) turnirləri, Bil Beynəxalq Şahmat Festivalı (22 iyul – 1 avqust, Bil, İsveçrə), Sinquefield Kubokunda (18 – 27 avqust, Sent-Luis, ABŞ), komanda yarışlarında isə Azərbaycan Milli Komandasının tərkibində 43-cü Dünya Şahmat Olipmiyadası (Batumi, Gürcüstan) və Odlar Yurdu klubunun tərkibində 34-cü Avropa Klup Kubokunda (Çaldikidi, Yunanıstan) (ümumilikdə 8 beynəxalq turnir) iştirak etdi[12].

Şəhriyar Tata Still Mastersi 8.5 xalla 4-cü bitirdi. Bu yarışdakı nəticələrindən sonra dünya reytinq sıralamasında 2-ci yerə yüksəldi.[13]

Namizədlər turnirində isə o 3 qələbə (Segey Karyakin (qara fiqurlarla), Vladimir Kramnik (ağ fiqurlarla) və Aleksandr Grişuk (ağ fiqurlarla) üzərində qələbələr), 10 heç-heçə və 1 məğlubiyyətlə (Dinq Liren (ağ fiqurlarla)) turnirin qalibi Amerika şahmatçısı Fabiano Karuanadan 1 xal az toplayaraq 8/14 xalla turniri ikinci yerdə bitirdi. Nəticədə Şəhriyar dünya çempionluğu maçına gedə bilmədi.[14]

Şəmkir Şahmat turnirində 4.5/9 xalla 4-cü oldu.[15]

Şəhriyar Altiboks Norveç Şahmat turnirində 3.5/8 xal toplayaraq 7-ci oldu.[16]

Bil Beynəxalq Şahmat Festivalı Şəhriyarın 2018-ci ildə ən uğurlu yarışı oldu. Burada o 9-cu turda dünya çempionu Maqnus Karlsenə ağ fiqurlarla 57-ci gedişdə qalib gələrək[17] 7.5/10 xalla (ümumlikdə 5 qələbə, 5 heç-heçə) turnirin qalibi oldu həm də şəxsi canlı reytinq rekordunu yenilədi.[18]

Şəhriyar Sinquefield Kubokunda 5/9 xalla 4-cü oldu. Bu turnində Amerika şahmatçısı Uesli So üzərindəki qələbəsi diqqət çəkmişdir.[19]

Şahmat Olimpiyadası da Şəhriyar Məmmədyarov üçün şəxsi baxımdan yaddaqalan oldu. O burada Mixayıl Adams (İngiltərə), Levon Aronyan (Ermənistan), David Navara (Çexiya), üzərində qələbələr qazandı[20]. Levon Aronyana qarşı qara fiqurlarla keçirdiyi oyun isə xüsusilə diqqət çəkdi. Bu oyunda etdiyi "fil g2" gedişi chess24.com şahmat saytında "ŞAH hücumu" başlığı ilə yerləşdirilmişdir[21]. Ardından David Navara üzərindəki qələbə ilə öz canlı ELO reytinqini 2826.2-ə çatdıraraq şahmat tarixinin 6-cı ən güclü şahmatçısı olmuşdur[22].

Avropa Klub Kuboku Şəhriyarın 2018-ci ildə iştirak etdiyi sonuncu klassik şahmat turniri oldu. Odlar Yurdu komandasının tərkibində 5 oyundan 3.5 xal topladı[23]. Odlar Yurdu komandası isə yarışı 9-cu sırada bitirdi.[24]

Rapid və Blits[redaktə | mənbəni redaktə et]

Şəhriyar Məmmədyarov 2018-ci il ərzində Tal Memorialı (2 – 4 mart, Moskva, Rusiya), Sənin Növbəti Gedişin – Böyük Şahmat Turu 2018 birinci hadisə (Your Next Move Grand Chess Tour) (12 – 16 iyun, Leven, Belkçika), Paris – Böyük Şahmat Turu 2018 ikinci hadisə (20 – 24 iyun, Paris, Fransa), Sent-Luis – Böyük Şahmat Turu 2018 üçüncü hadisə (11 – 15 avqust, Sent-Luis, ABŞ), Tata Stil Hindistan (9 – 14 noyabr, Kolkata, Hindistan) və Dünya Çempionatı (26 – 30 dekabr, Sankt-Peterburq, Rusiya) daxil olmaqla 6 turnirdə iştirak etdi[12].

Şəhriyar Sent-Luis turnirini 21/36 xal toplayaraq üçüncü yerdə tamamaladı[25].

2018-ci ildə iştirak etdiyi turnirlərdən ən uğurlusu Dünya Çempionatı oldu. Belə ki, Dünya Çempinatının rapid yarışarında Şəhriyar 10.5/15 xalla Rusiya şahmatçısı Danil Dubovdan 0.5 xal az toplayaraq dünya ikincisi oldu[26]. Blitz yarışarında isə 13.5/21 xalla 13 oldu[27].

Statistika və mükafatlar[redaktə | mənbəni redaktə et]

Şəhriyar Məmmədyarov 2018-ci ildə ümumilikdə 272 oyun keçirib: 79 oyun klassik (20 qələbə, 54 heç-heçə, 5 məğlubiyyət), 60 oyun rapid, 133 oyun blitz. Klassik oyunlarda Dinq Liren (Namizədlər Turniri), Veselin Topalov (Şəmkir Şahmat), Levon Aronyan (Altiboks Norveç Şahmat) və Fabiano Karuanaya (Şahmat Olimpiyadası) məğlub olub.

43-cü Şahmat Olmpiyadasındakı nətcələri ilə özünün canlı ELO reytinqini yeniləyərək 2826.2-ə çatdraraq şahmat tarixinin 6-cı ən güclü şahmatçısı olub[22]. Bu nəticələrlə o, o 2018-ci ili dünya reytinq sıralaması 3-cü yerdə bitirib.[28]

Şəhriyar 2018-ci ildə "İlin İdmançısı" nominasiyasına laiq görülüb.[29] O, həmçinin "chess.az" saytının facebook istifadəçiləri arasında keçirdiyi səsvermədə Azərbaycanda "İlin Şahmatçısı" seçilib.[30]

2019[redaktə | mənbəni redaktə et]

Klassik[redaktə | mənbəni redaktə et]

Şəhriyarın 2019-cu ildə ilk turniri "Tata Stil Masters" oldu. Burada çıxışı uğursuz oldu və 5/13 xal toplayaraq turniri 12-ci yerdə bitirdi.[31][32]

FİDE Qrand Priks seriyası[redaktə | mənbəni redaktə et]

17 – 29 may Moskvada keçirilinən Qrand Priks seriyasının ilk etapında birinci turda Radoslav Voytayşekə məğlub olaraq mübarizəni dayandırdı.[33]

12 – 24 iyul Latviyanın paytaxtı Riqada keçirililən Qrand Priks seriyasının ikininci etapında finalda Maksim Vaşer Laqravı armagedon partiyasında məğlub edərək ikinci etapın qalibi oldu.[34][35]

10 – 24 dekabr Yerusəlimdə Qrand Priks seriyasının sonuncu — dördüncü mərhələsində səkkizdə bir finalın tay-brek qarşılaşmasında Dimitri Yakovenkoya məğlub oldu. Bununla da 2020-ci il Namizədlər Turnirində iştirak etmək şansını itirdi.[36]

Rapid və Blits[redaktə | mənbəni redaktə et]

2020[redaktə | mənbəni redaktə et]

Şəhriyarın ilk yarışı Cəbəli-Tariq Ustaları açıq turniri oldu. Ancaq xəstəliyi səbəbindən yarışı 8-ci turda tərk etməli oldu.[37]

2021[redaktə | mənbəni redaktə et]

Rumıniyanın paytaxtı Buxarestdə keçirilən və "Grand Chess Tour"un etaplarından biri olan "Superbet Chess Classic 2021"in 6/9 xalla qalibi olmuşdur.[38]

2022[redaktə | mənbəni redaktə et]

30 may-10 iyun tarixlərində Norveçin Stavanger şəhərində keçirilən "Norway Chess 2022"ə qatıldı və ilk gündə keçirilən blitz mərhələsini 3-cü yerdə bitirdi.[39] Sonrakı günlərdə keçirilən klassik mərhələni 15.5 xalla 2-ci yerdə başa vurdu.[40]

Şəxsi həyatı[redaktə | mənbəni redaktə et]

Şahmat icmasında "Şah" ləqəbi ilə tanınır.[41][42] Futbol həvəskarıdır, Barselona klubunun azarkeşidir.[41]

Məmmədyarovlar ailəsi Azərbaycanda yeganə şahmat ailəsidir ki üç qrosmeysterdən ibarətdir: Şəhriyar Məmmədyarov, böyük bacısı Zeynəb Məmmədyarova və kiçik bacısı Türkan Məmmədyarova.[6]

Şəhriyar Məmmədyarov 2012-ci ildə Nərmin adlı xanımla ailə həyatı qursa da, cütlük daha sonra müəyyən səbəblərdən ayrılıb.[43] 2017-ci ildə ikinci dəfə evlənib.[43] Bu evlilikdən Raul və Həmid adlı iki oğlu var.[44][45]

Oyun stili[redaktə | mənbəni redaktə et]

Şəhriyar Məmmədyarovun oyun tərzi taktiki və aqressiv olduğu üçün, vəzirlə oynamağı daha üstünlük verir.[6][46] Qrossmeyster Qriqori Serper Məmmədyarovun oyunda yaradıcı və klassik hücum tərzi, onun Azərbaycan şahmat üsulu ilə əlaqələndirir.[47]

Reytinqi[redaktə | mənbəni redaktə et]

FİDE-nin may ayının 1-nə olan reytinq sıralamasında 2770 ELO xalı ilə 7-ci sırada qərarlaşıb.[28] Ən yüksək canlı reytinqi 30 sentyabr 2018-ci ildə 2826.2 olub. Bu nəticə ilə o şahmat tarixinin 6-cı ən güclü şahmatçısı olub.[22]

İstinadlar[redaktə | mənbəni redaktə et]

  1. 1 2 FIDE Ratings and Statistics (ing.).
  2. 1 2 Top 100 Players October 2007.
  3. 1 2 Top 100 Players January 2013.
  4. 1 2 Shakhriyar Mamedyarov player profile.
  5. 1 2 Shakhriyar Mamedyarov.
  6. 1 2 3 4 5 6 ""Kasparovla hər dəfə görüşəndə ölkəmizi soruşur, onun dahi şahmatçı olmasında Azərbaycanın çox böyük rolu olub" – Şəhriyarla MÜSAHİBƏ". xeberle.com. 2021-05-11 tarixində arxivləşdirilib. İstifadə tarixi: 21 yanvar 2018.
  7. 1 2 3 4 "Şəhriyar Məmmədyarov Azərbaycan idman tarixinin yeni səhifəsini yazdı". istipress.com. istipress.com. 2018-01-21 tarixində arxivləşdirilib. İstifadə tarixi: 21 yanvar 2018.
  8. Barden, Leonard. "Shak Mamedyarov surges to No5 in rankings after remarkable run of form". www.theguardian.com. www.theguardian.com. 2020-11-11 tarixində arxivləşdirilib. İstifadə tarixi: 21 yanvar 2018.
  9. Hacı Əli Sobulu. Sobu ensiklopediyası. Bakı: Zərdabi Nəşr MMC. 2023. səh. 211. ISBN 978-9952-553-66-6.
  10. 1 2 3 4 5 6 7 8 "Chess games: Shakhriyar Mamedyarov". www.chessgames.com. 2012-10-24 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2018-01-22.
  11. "Planetin 3 ən güclü şahmatçısından biri Bakıda imiş..." www.apasport.az. www.apasport.az. 2021-05-15 tarixində arxivləşdirilib. İstifadə tarixi: 21 yanvar 2018.
  12. 1 2 "Arxivlənmiş surət". 2021-09-27 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2019-01-25.
  13. "Arxivlənmiş surət". 2021-05-06 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2019-01-25.
  14. "Arxivlənmiş surət". 2021-11-26 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2019-01-25.
  15. "Arxivlənmiş surət". 2021-05-06 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2019-01-25.
  16. "Arxivlənmiş surət". 2021-05-06 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2019-01-25.
  17. "Arxivlənmiş surət". 2021-05-06 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2019-01-25.
  18. "Arxivlənmiş surət". 2021-05-06 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2019-01-25.
  19. "Arxivlənmiş surət". 2021-05-16 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2019-01-25.
  20. http://chess-results.com/tnr368908.aspx?lan=1&art=20&fed=AZE&turdet=YES&flag=30
  21. "Arxivlənmiş surət". 2022-08-03 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2019-01-25.
  22. 1 2 3 Live Chess Ratings Arxivləşdirilib 2021-12-11 at the Wayback Machine. 2700chess.com
  23. "Arxivlənmiş surət". 2021-01-24 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2019-01-25.
  24. "Arxivlənmiş surət". 2018-11-06 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2019-01-25.
  25. "https://chess24.com/en/watch/live-tournaments/grand-chess-tour-saint-louis-rapid-and-blitz-2018/27/1/". 2021-05-06 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2019-01-26.
  26. "Arxivlənmiş surət". 2021-05-06 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2019-01-26.
  27. "Arxivlənmiş surət". 2021-05-06 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2019-01-26.
  28. 1 2 Standard Top 100 Players may 2022 Arxivləşdirilib 2018-08-26 at the Wayback Machine. ratings.fide.com
  29. "Arxivlənmiş surət". 2021-05-12 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2019-01-26.
  30. "Arxivlənmiş surət". 2021-05-12 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2019-01-26.
  31. "Arxivlənmiş surət". 2019-01-19 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2019-02-10.
  32. "Arxivlənmiş surət". 2020-03-14 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2019-02-10.
  33. FIDE Grand Prix to kick off in Moscow Arxivləşdirilib 2019-06-05 at the Wayback Machine. Chess24.com
  34. Mamedyarov wins dramatic Riga Grand Prix Finall Arxivləşdirilib 2021-05-06 at the Wayback Machine. Chess24.com
  35. Latviyada"Grand Prix 2019" seriyasının ikinci mərhələsi başa çatdı Arxivləşdirilib 2021-05-12 at the Wayback Machine. Chess.az
  36. Jerusalem GP R1 Tiebreaks: Mamedyarov falls Arxivləşdirilib 2021-05-06 at the Wayback Machine. Chess24.com
  37. Gib Masters 7–8: Mamedyarov drops out Arxivləşdirilib 2022-05-06 at the Wayback Machine. Chess24.com
  38. 2021 Superbet Chess Classic — Day 9 Recap Arxivləşdirilib 2022-01-25 at the Wayback Machine. grandchesstour.org
  39. Norway Chess | Blitz Arxivləşdirilib 2022-05-30 at the Wayback Machine. chess24.com
  40. Magnus Carlsen wins 5th Norway Chess title Arxivləşdirilib 2022-07-03 at the Wayback Machine. Chess24.com
  41. 1 2 "Şəhriyar Məmmədyarov: «Şahmatsız da yaşaya bilərəm»". www.azadliq.org. www.azadliq.org. 2021-04-17 tarixində arxivləşdirilib. İstifadə tarixi: 21 yanvar 2018.
  42. "Şəhriyar Məmmədyarov Moskva Qran-prisində ikinci yeri tutub". report.az. report.az. 2021-05-15 tarixində arxivləşdirilib. İstifadə tarixi: 21 yanvar 2018.
  43. 1 2 "Şəhriyar Məmmədyarov ikinci dəfə evləndi". sfera.az. sfera.az. 2021-10-28 tarixində arxivləşdirilib. İstifadə tarixi: 21 yanvar 2018.
  44. "Arxivlənmiş surət". 2018-10-24 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2019-01-26.
  45. https://www.instagram.com/p/Bn9rcwkALXY/
  46. "Chess24: Shakhriyar Mamedyarov". chess24.com. chess24.com. 2022-03-10 tarixində arxivləşdirilib. İstifadə tarixi: 22 yanvar 2018.
  47. Serper, Qriqori. "Mamedyarov's Secret For Classic, Modern Chess". www.chess.com. 2018-01-22 tarixində arxivləşdirilib. İstifadə tarixi: 22 yanvar 2018.

Xarici keçidlər[redaktə | mənbəni redaktə et]