Şəhər iqlimi — Vikipediya

Şəhər iqlimi - şəhərin təbii mühitinin tikinti, sənaye, nəqliyyat, şəhər əhalisinin təsiri nəticəsində dəyişərək formalaşan iqlim. İri şəhərlərdə temperaturun yüksək olması (şəhərətrafı əraziyə nisbətən 3-5 dərəcə yüksək); yay mövsümündə buxarlanmanın, nisbi rütubətin az olması; konveksiyanın yüksəlməsi nəticəsində leysan yağışlarının tez-tez və çox olması; günəş işıqlanması saatının azalması; dumanın çox olması və havanın sənaye və şəhər tozları, karbon qazı, kükürd, azot, qurğuşun, benzopirin və s. ilə yüksək dərəcədə çirklənməsi ilə səciyyələnir. Şəhər daxilində müxtəlif mikroiqlim tipləri yaranır. Şəhər iqlimi spesifik fauna və floranın əmələ gəlməsinə səbəb olur.[1]

Həmçinin bax[redaktə | mənbəni redaktə et]

İstinadlar[redaktə | mənbəni redaktə et]

  1. Məmmədov Q.Ş., Xəlilov M.Y., Ensiklopedik ekoloji lügət. Bakı-Elm-2008