İynəada Subasar Meşələri Milli Parkı — Vikipediya

İynəada Subasar Meşələri Milli Parkı
türk. İğneada Longoz Ormanları Millî Parkı
Sarmaşıqlı ağac
Sarmaşıqlı ağac
BTMB kateqoriyası — II (Milli park)
Sahəsi 31,55 km2 ha
Yaradılma tarixi 13 noyabr 2007
İdarəetmə orqanı Türkiyə Meşə və Su İşləri Nazirliyi
Yerləşməsi
41°49′10″ şm. e. 27°57′14″ ş. u.
Ölkə  Türkiyə
Vilayət Kırklareli
Rayon Dəmirköy
Yaxın şəhər İynəada
İynəada Subasar Meşələri Milli Parkı xəritədə
İynəada Subasar Meşələri Milli Parkı
İynəada Subasar Meşələri Milli Parkı
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

İynəada Subasar Meşələri Milli Parkı (türk. İğneada Longoz Ormanları Millî Parkı) — Türkiyənin Kırklareli ilində yerləşən, sahəsi 31,55 km2 olan milli park.[1] Milli park 13 noyabr 2007-ci ildə yaradılmışdır.

Əsas xüsusiyyətlər[redaktə | mənbəni redaktə et]

Milli park Bolqarıstanla sərhəddə yerləşir. Bu ərazi adını İnə bəydən almışdır və bir müddət sonra İynəada formasına düşmüşdür. İynəada Subasar Meşələri Milli Parkı Türkiyənin 39-cu milli parkıdır. Milli parkda bataqlıqlar, subasar meşələr, şorsulu və şirinsulu göllər yerləşir. Milli parkın Qara dənizə çıxış vardır.

Coğrafiya[redaktə | mənbəni redaktə et]

Sahil zonası.

Ulduz dağlarından Qara dənizə çatan dərələrin əmələ gətirdiyi subasar ərazilər boyunca meşələr uzanır. İynəadanın şimalında Ərikli gölü, cənubunda Mərt gölü yerləşir. Sahil boyunca uzanan səhra landşaftı İynəada yaşayış məntəqəsində pozulur. 50-60 metr genişliyindəki qumluqlar cənubdakı Saka gölünə qədər uzanır. Uzunluğu 10 km olan bu qumluqlarda quraqlığadavamlı bitkilər bitir. Qumluqlar qurudakı bataqlıq, göl, subasar kimi şirinsulu hövzələrlə dənizi bir-birindən ayırır.[2]

Milli parkda 5 göl var. Ərikli gölü laqun mənşəli göl olub yayda dənizlə əlaqəsi kəsilir. Çavuşdərə çayının dənizə töküldüyü yerdə Mərt gölü yerləşir. Parkın cənubunda dənizdən qumluqlarla ayrılan digər bir göl Saka gölüdür. Digər iki göl Pedina gölü və Hamam gölüdür.[3]

Flora və fauna[redaktə | mənbəni redaktə et]

Flora[redaktə | mənbəni redaktə et]

Subasar meşələr və qumluqlar milli parkdakı həssas ekosistemlərdir. Cənub-şərqi Avropaya xas olan palıd-qızılağac-göyrüş meşələrinin nümayəndələrindən — subasar ərazilərdə göyrüşqızılağac, quruda palıd ağacları yayılmışdır. Meşələrdə sarmaşıqlar geniş yayılmışdır.[2]

Fauna[redaktə | mənbəni redaktə et]

Çöl pişiyi, çöldonuzu, çöl dovşanı, Avropa cüyürü, ağac dələsi, adi canavar, porsuq, tülkü, gəlincik, su samuru, safsar, böyükqulaqlı yarasa milli parkda yaşayan məməli növləridir.

Quş növlərinə aiddir: ağquyruq dəniz qartalı, yaşıl ağacdələn, kiçik xallı qartal, bayquş, şanapipik, qara leylək, balıqçıl, boz vağ, qara ağacdələn. Qara dənizdə qış fəslində Avropa ançousu və tyurboya, yay fəslində stavrit, pikşadəniz dilinə rast gəlinir. Şirin su hövzələrində kefal, forel və gümüş balığı yaşayır.

Turizm[redaktə | mənbəni redaktə et]

Milli park fotoqrafiya, ekoturizim, ekstrim idman növləri, piknik kimi fəaliyyətlərə açıqdır.[2]

İynəadaya İstambuldan avtobusla çatmaq mümkündür. Milli parkda otellər fəaliyyət göstərsə də, çadır qurmaq imkanı da mövcuddur.[3]

İstinadlar[redaktə | mənbəni redaktə et]

  1. "Alan Profili". İğneada Longoz Ormanları Milli Parkı. bolge1.ormansu.gov.tr. 2016-03-04 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 11 aprel 2016.
  2. 2,0 2,1 2,2 "İğneada Longoz Ormanları Milli Parkı". parklarimiz.com. 2016-03-07 tarixində arxivləşdirilib. İstifadə tarixi: 11 aprel 2016.
  3. 3,0 3,1 "İĞNEADA LONGOZ ORMANLARI MİLLİ PARKI". 2014-12-13 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 11 aprel 2016.

Xarici keçidlər[redaktə | mənbəni redaktə et]