İvan Paliaşvili — Vikipediya

İvan Paliaşvili
gürc. ივანე პეტრეს ძე ფალიაშვილი
Ümumi məlumatlar
Doğum tarixi 1 (13) oktyabr 1868[1]
Doğum yeri
Vəfat tarixi 7 mart 1934(1934-03-07)[1] (65 yaşında)
Vəfat yeri
Dəfn yeri
  • Mtatsminda panteonu[d]
Vətəndaşlığı
Musiqiçi məlumatları
Fəaliyyəti musiqiçi
Janr klassik musiqi
Təhsili
  • Sankt-Peterburq Dövlət Konservatoriyası[d]
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

İvan Petroviç Paliaşvili (gürc. ივანე პეტრეს ძე ფალიაშვილი; 1 oktyabr 1868, Kutaisi - 7 mart 1934, Tbilisi) - gürcü dirijoru, pianoçu, orqan musiqi aləti ifaçısı. O, rus səhnəsində İvan Paliyev kimi tanınırdı. İvan Paliaşvili Gürcüstan SSR xalq artisti (1924) olub.

Həyatı[redaktə | mənbəni redaktə et]

İvan Paliaşvilinin valideynləri kilsə xorunda ifa edirdilər. O, belə bir ailədə anadan olub. Bu ailədə dünyaya gələn 18 uşaqdan 6-sı peşəkar musiqiçi olub.[2]

Tiflisdə Bethovenin Doqquzuncu simfoniyasının ifası. Dirijor — İvan Paliaşvili — 1927, 4 aprel

Tiflisdə Bethovenin Doqquzuncu simfoniyasında o, ilk ifasını tamaşaçılarına təqdim edir. Dirijor İvan Paliaşvili 1927-ci il, 4 aprel tarixində Peterburq Konservatoriyasını bitirib (Nikolay Rimski-Korsakovun kompozisiya sinfində və Viçislav ivanoviç Sukun dirijorluq sinfində təhsil alıb).

1889-cu ildən başlayartaq Perm, Xarkov, Kiyev, Peterburq, Riqa və Odessada əyalət teatrlarında dirijor kimi çalışmağa başlamışdır. Bu şəhərlərdə onun rəhbərliyi altında orkestrlər Rus və Qərbi Avropa klassik bəstəkarlarının əsərlərini ifa edilmişdir. Elə bu şəhərlərdə Paliaşvili gürcü opera və simfoniyasını təbliğ edirdi.

Tiflisdəki Gürcü Katolik Kilsəsində orqan musiqi aləti ifaçısı idi. 1888-ci ildə qardaşı Zaxaria Paliaşvili və Vladimir Aqniaşvili ilə birlikdə etnoqrafik ansamblda mahnı oxuyurdular. Fəaliyyətinə "Gürcü Teatrı" operasından başladı.

İvan Paliaşvili 1892-ci ildə Musiqi Dərnəyinə dirijoru olaraq dəvət edilir (Fyodor İvanoviç Çaliapin tamaşalarında iştirak edib).

Paliaşvili Gürcüstanda 1911-14-cü illərdə dirijor kimi çıxış etməyə başlamışdır.

1922-1934 -cü illərdə Tiflisdə Gürcüstan Operasının musiqi rəhbəri vəzifəsində çalışıb. Qardaşının "Alatoranlıq" (Tbilisi, 19 dekabr 1923) və "Latavra" (Tbilisi, 16 mart 1928) operalarının premyerasını İvan hazırlayır.

Gürcüstan Gənc Musiqiçilər Cəmiyyətinin simfonik orkestrinin qurucularından biri olub (1923-1928).

O, ifa sənəti, opera əsərlərinin ən yaxşı tərcüməçilərindən biri sayılırdı. 1922-1925-ci illərdə A.D.Kaçayev adına Tbilisi Konservatoriyasının Opera Studiyasında dərs demişdir.

İvan Paliaşvilinin repertuarına gürcü, rus və xarici bəstəkarların 80-dən çox operası daxil idi. Paliasvilinin çıxışları yüksək məharət və canlı emosiyalı olması ilə seçilirdi.

İvan Paliaşvilinin məzarı

İvan Paliaşvili Mtatsminda panteonunda dəfn olunub.

Ədəbiyyat[redaktə | mənbəni redaktə et]

Квирикадзе Т., Грузинская советская энциклопедия, т. 10, с. 215, 1986.

İstinadlar[redaktə | mənbəni redaktə et]

  1. 1,0 1,1 http://www.musenc.ru/html/p/paliaqvili.html.
  2. "Популярный справочник. Творческие портреты композиторов. М.: Музыка, 1990". 2009-05-25 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2017-10-25.

Xarici keçidlər[redaktə | mənbəni redaktə et]