İvan Pıryev — Vikipediya

İvan Pıryev
rus. Иван Александрович Пырьев
Doğum adı İvan Aleksandroviç Pıryev
Doğum tarixi
Doğum yeri Kamen kəndi, Barnaul qəzası, Tomsk quberniyası, Rusiya İmperiyası
Vəfat tarixi (66 yaşında)
Vəfat yeri Moskva, SSRİ
Vəfat səbəbi infakt
Dəfn yeri
Vətəndaşlığı  Rusiya İmperiyası
SSRİ SSRİ
Fəaliyyəti aktyor, kinorejissor, ssenarist
Fəaliyyət illəri 19211968
İstiqamət Komediya, dram
Üzvlüyü
Mükafatları

"Lenin" ordeni "Lenin" ordeni "Lenin" ordeni "Qırmızı əmək bayrağı" ordeni "Qırmızı əmək bayrağı" ordeni "Qırmızı əmək bayrağı" ordeni

"Qırmızı əmək bayrağı" ordeni "1941–1945-ci illər Böyük Vətən müharibəsində rəşadətli əməyə görə" medalı "Moskvanın 800 illik xatirəsinə" medalı

"SSRİ xalq artisti" fəxri adı RSFSR əməkdar incəsənət xadimi "Stalin" mükafatı "Stalin" mükafatı "Stalin" mükafatı "Stalin" mükafatı "Stalin" mükafatı "Stalin" mükafatı
IMDb ID0701576
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar
İvan Pıryev, 1947

İvan Aleksandroviç Pıryev (rus. Иван Александрович Пырьев; 17 noyabr 19017 fevral 1968) — rus sovet rejissoru, ssenarist və aktyoru[1][2]. SSRİ Kinematoqrafçılar İttifaqının banisi və ilk sədri. SSRİ xalq artisti (1948). Altıqat Stalin mükafatı laureatı (1941, 1942, 1943, 1946, 1948, 1951). 1956-cı ildən Sovet İttifaqı Kommunist Partiyası üzvü.

Həyatı[redaktə | mənbəni redaktə et]

İvan Pıryev 1901-ci ildə indiki Altay diyarının Kamen kəndində anadan olmuşdur. 1904-cü ildə atası davada həlak olmuş, İvan babasının himayəsində qalmışdır. 1915-ci ildə Pıryev kəndin digər gəncələri ilə birgə müharibəyə yollanır. Döyüşlərdə iki dəfə yaralanır, göstərdiyi igidliklərə görə 3-cü və 4-cü Georgi ordeni ilə təltif olunur. 1918-ci ilin mayında tif xəstəliyində tutulur. Daha sonra Qızıl Ordu sıralarına yazılır. 1921-ci ildən Proletkultun Fəhlə teatrında aktyor kimi fəaliyyətə başlayır, tamaşalarda Sergey Eyzenşteyn ("Meksikalılar") və Vsevolod Meyerhold ("Meşə"). 1923-cü ildə QEKTAMES-in aktyorluq bölməsini bitirmişdir. 1925-ci ildən kinoda fəaliyyət göstərməyə başlamışdır. Pıryev bu illərdə müxtəlif kinostudiyalarda (Qoskino, Proletkino, Soyuzkino) işləyirdi. 1936-cı ildə Pıryevin "Partiya bileti" adlı filmi SSRİ ekranına çıxdı. İvan Pıryevin "Varlı gəlin" (1938), "Traktorçular" (1939), "Donuzabaxan qız və çoban" (1941), "Müharibədən sonra axşam saat altıda" (1944 ), "Kuban kazakları" (1950) filmləri sovet kinosunun qızıl fonduna daxildir. Böyük Vətən müharibəsi illərində partizan hərəkatı haqqında film yaradan ilk rejissorlardandır. ("Raykom katibi", 1942). 1957-1965-ci illərdə SSRİ Kinematoqrafçılar İttifaqının sədri, SSRİ Ali Sovetinin deputatı olmuşdur. Fyodor Dostoyevskinin əsərləri üzrə "İdiot" (1958), "Bəyaz gecələr" (1960), "Karamazov qardaşları" (1969) filmlərini çəkmişdir. Bir neçə filmi beynəlxalq kino festivallarında mükafata layiq görülmüşdür. İvan Pıryev 7 fevral 1968-ci ildə Moskvada vəfat etmiş, Novodeviçiya qəbiristanlığında dəfn olunmuşdur.

Mükafat və fəxri adları[redaktə | mənbəni redaktə et]

Filmoqrafiya[redaktə | mənbəni redaktə et]

Filmin çəkilmə ili Filmin adı Şəkil Filmin orijinal adı Fəaliyyəti
1923 Qlumovun gündəliyi rus. Дневник Глумова Aktyor
1928 Qopardılmış qol rus. Оторванные рукава Ssenarist
1929 Yad qadın rus. Посторонняя женщина Rejissor
1930 Dövlət çinovniki rus. Государственный чиновник Rejissor
1931 Anlaşılan sonuncu səhv rus. Понятая ошибка последняя) Rejissor, ssenarist
1933 Konveyer ölümü
rus. Конвейер смерти Rejissor
1936 Partiya bileti
rus. Партийный билет Rejissor
1937 Varlı gəlin
rus. Богатая невеста Rejissor
1939 Traktorçular
rus. Трактористы Rejissor
1940 Sevimli qız
rus. Любимая девушка Rejissor
1941 Donuzabaxan qız və çoban
rus. Свинарка и пастух Rejissor
1942 Raykom katibi
rus. Секретарь райкома Rejissor
1944 Müharibədən sonra axşam saat altıda
rus. В 6 часов вечера после войны Rejissor
1947 Sibir torpağı haqqında hekayə
rus. Сказание о земле Сибирской Rejissor
1949 Kuban kazakları
rus. Кубанские казаки Rejissor
1951 Biz dünya arxasındayıq rus. Мы за мир Rejissor
1954 Sədaqət imtahanı
rus. Испытание верности Rejissor
1958 İdiot
rus. Идиот Rejissor, ssenarist
1959 Bəyaz gecələr
rus. Белые ночи Rejissor, ssenarist
1962 Bizim ümumi dostumuz rus. Наш общий друг Rejissor, ssenarist
1964 Uzaq ulduzun işığı
rus. Свет далёкой звезды Rejissor
1968 Karamazov qardaşları[10][11]
rus. Братья Карамазовы Rejissor, ssenarist

Xatirəsi[redaktə | mənbəni redaktə et]

Moskvada rejissorun məzarı

Xarici keçidlər[redaktə | mənbəni redaktə et]

İstinadlar[redaktə | mənbəni redaktə et]

  1. Beumers, Birgit. Directory of World Cinema: RUSSIA 2. Intellect Ltd. 2015. 40–41. ISBN 978-1-7832-0010-8. 2018-08-10 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2018-03-03.
  2. Ирина Гращенкова, Пырьев Иван Александрович, Arxivləşdirilib 2013-01-13 at Archive.today Кинобраз. Accessed 18 July 2008.
  3. Трактористы на 1films.ru Arxivləşdirilib 2009-03-22 at the Wayback Machine  (Yoxlanılıb 13 iyul 2009)
  4. Кадр с письмом из фильма «Свинарка и пастух»
  5. Секретарь райкома Arxivləşdirilib 2021-11-28 at the Wayback Machine на сайте «Дом Кино»
  6. «В 6 часов вечера после войны»Internet Movie Database saytında.
  7. «Сказание о земле Сибирской»Internet Movie Database saytında.
  8. «Кубанские казаки» Arxivləşdirilib 2013-12-19 at the Wayback Machine в онлайн-кинотеатре «Мосфильма»
  9. Иван Александрович ПЫРЬЕВ * Биография * Фотография
  10. "«Братья Карамазовы» — Энциклопедия отечественного кино". 2015-02-23 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2018-03-03.
  11. «Братья Карамазовы» Arxivləşdirilib 2013-12-19 at the Wayback Machine в онлайн-кинотеатре «Мосфильма»
  12. "Пырьев Иван Александрович". 2021-12-04 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2018-03-03.
  13. "«Звезда» экрана, или Кинотеатр сегодня". 2020-11-06 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2018-03-03.