İvan Kojedub — Vikipediya

İvan Kojedub
ukr. Іван Микитович Кожедуб
Şəxsi məlumatlar
Ləqəbləri Batko, Boroda (rus. Батько, Борода)
Doğum tarixi
Doğum yeri Obrajievka, Çerniqov quberniyası, Ukrayna SSR
Vəfat tarixi (71 yaşında)
Vəfat yeri Moskva, SSRİ
Dəfn yeri
Vətəndaşlığı SSRİ SSRİ
Təhsili
  • Qaqarin adına Hərbi Hava Qüvvələri Akademiyası[d] (–1949),
  • Rusiya Federasiyası Silahlı Qüvvələri Baş Qərargahının Hərbi Akademiyası[d] (–1956)
Hərbi fəaliyyəti
Mənsubiyyəti ukraynalı
Qoşun növü SSRİ hərbi hava qüvvələri
Xidmət illəri 19401991
Rütbəsi Aviasiya marşalı
Vəzifəsi Aviasiya marşalı
Döyüşlər Böyük Vətən müharibəsi
Təltifləri

Sovet İttifaqı Qəhrəmanı Sovet İttifaqı Qəhrəmanı Sovet İttifaqı Qəhrəmanı
"Lenin" ordeni "Lenin" ordeni "Qırmızı bayraq" ordeni "Qırmızı bayraq" ordeni "Qırmızı bayraq" ordeni "Qırmızı bayraq" ordeni "Qırmızı bayraq" ordeni

"Qırmızı bayraq" ordeni "Qırmızı bayraq" ordeni "Qırmızı ulduz" ordeni "Qırmızı ulduz" ordeni Aleksandr Nevski ordeni"Moskvanın 800 illik xatirəsinə" medalı "Kiyevin 1500 illik xatirəsinə" medalı "1941–1945-ci illər Böyük Vətən müharibəsində Almaniya üzərində qələbəyə görə" medalı "1941–1945-ci illər Böyük Vətən müharibəsində qələbənin 20 illiyi" yubiley medalı "1941–1945-ci illər Böyük Vətən müharibəsində qələbənin 30 illiyi" yubiley medalı "Berlinin alınmasına görə" medalı "Varşavanın azad edilməsinə görə" medalı "SSRİ Silahlı Qüvvələri veteranı" medalı "Sovet Ordu və Donanmasının 30 illiyi" yubiley medalı "SSRİ Silahlı Qüvvələrinin 40 illiyi" yubiley medalı "SSRİ Silahlı Qüvvələrinin 50 illiyi" yubiley medalı "SSRİ Silahlı Qüvvələrinin 60 illiyi" yubiley medalı "SSRİ Silahlı Qüvvələrinin 70 illiyi" yubiley medalı "Döyüş xidmətlərinə görə" medalı 1-ci dərəcəli "Vətən müharibəsi" ordeni
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

İvan Nikitoviç Kojedub (ukr. Іван Микитович Кожедуб; 8 iyun 1920[1][2][…]8 avqust 1991[3], Moskva) — sovet hərbi xadimi, Böyük Vətən müharibəsi dövründə hərbi təyyarəçi. Üç dəfə Sovet İttifaqı Qəhrəmanı (04.02.1944[4], 1944, 1945).

Həyatı[redaktə | mənbəni redaktə et]

İvan Kojedub 8 iyul 1920-ci ildə Ukrayna SSR-in Çerniqov quberniyasının (indiki Sumı vilayəti) Obrejievka kəndində yoxsul kəndli ailəsində anadan olmuşdur. Onun arzusu təyyarəçi olmaq idi. Buna görə də, o əvvəlcə aerokulbda məşğul oldu, sonra təyyarəçilik məktəbini bitirdi. 1934-cü ildə Şostka şəhərində kimya-texnologiya texnikumunu bitirmişdir. 1940-cı ildə Qırmızı Ordu sıralarında hərbi xidmətə yola düşmüşdür. Elə bundan bir qədər sonra — 1941-ci ildə çavuş, 23 fevral 1942-ci ildə baş çavuş rütbəsinə layiq görülmüşdür. O, Böyük Vətən müharibəsi başladıqdan sonra, bir qədər gec — 1943-cü ilin iyulunda cəbhəyə göndərilmişdir. İvan Kojedub ilk qələbəsini Kursk səmasında, sonuncu qələbəsini Berlin göylərində qazanmışdır. 330 döyüş uçuşu keçirmiş, 120 hava döyüşündə iştirak etmiş, artıq 25 yaşında düşmənin 62 təyyarəsini vurmuşdur. O, bütün bu uğurları cəmi 2 ilə qazanmışdır. Müharibədən sonra Kojedub yazmışdır:

« Döyüşdə o kəs qələbə qazanır ki, təyyarə və silaha çox yaxşı yiyələnir, düşməni hücumda qabaqlayır, lazımi manevr edir və təşəbbüsü ələ alır». İ.N.Kojedub

İvan Kojedub da belə təyyarəçi olub. Elə buna görə də 2 ilə üç dəfə Sovet İttifaqı Qəhrəmanı adına layiq görülüb. (04.02.1944, 19.08.1944, 18.08.1945) Onun hazırladığı təyyarəçilərin bəziləri Sovet İttifaqı Qəhrəmanı adına layiq görülüb. Əlli ilə yaxın Sovet ordusunda xidmət edən Kojedub SSRİ Ali Sovetinin deputatı olmuş, dəfələrlə Sovet İttifaqı Kommunist Partiyasının qurultaylarında nümayəndə seçilmişdir. Aviasiya marşalı İvan Kojedub 8 avqust 1991-ci ildə Moskva şəhərində vəfat etmişdir.

Hərbi rütbələri[redaktə | mənbəni redaktə et]

Mükafatları[redaktə | mənbəni redaktə et]

Qalereya[redaktə | mənbəni redaktə et]

Kiyevdə abidə (Ukrayna) Sum şəhərində abidə Obrajievka kəndində abidə Moskvada abidə

Ədəbiyyat[redaktə | mənbəni redaktə et]

  • Uşaq ensiklopediyası. II cild. Bakı, 1988. səh. 120
  • Кожедуб И. Три сражения. — М.: Воениздат НКО СССР, 1945. — 40 с.
  • Служу Родине. — М. — Л.: Детгиз, 1949.
  • Праздник Победы. — М., 1963.
  • Кожедуб И. Н. Верность отчизне. — М.: Детская литература,, 1969, 1975. — 430 с. — 100 000 экз.
  • Друзья-однополчане. — М.: Детская литература, 1975.
  • Иван Кожедуб. Верность отчизне. Ищущий боя. — М.: Яуза, Эксмо, 2006. — 608 с. — (Сталинские соколы). — 5000 экз.
  • Кожедуб И. Н. Неизвестный Кожедуб. Служу Родине Arxivləşdirilib 2017-04-17 at the Wayback Machine. — М.: Яуза, Эксмо, 2009. — 368 с. — (Величайшие советские асы). — 4000 экз.

Xarici keçidlər[redaktə | mənbəni redaktə et]

İstinadlar[redaktə | mənbəni redaktə et]

  1. Кожедуб Иван Никитович // Большая советская энциклопедия (rus.): [в 30 т.]. / под ред. А. М. Прохоров 3-е изд. Москва: Советская энциклопедия, 1969.
  2. Bibliothèque nationale de France Ivan Nikitovič Kožedub // BnF identifikatoru (fr.): açıq məlumat platforması. 2011.
  3. Ivan Nikolayevich Kozhedub // TracesOfWar.
  4. Указ Президиума Верховного Совета СССР «О присвоении звания Героя Советского Союза офицерскому составу военно-воздушных сил Красной Армии» от 4 февраля 1944 года Arxivləşdirilib 2022-01-13 at the Wayback Machine // Ведомости Верховного Совета Союза Советских Социалистических Республик : газета. — 1944. — 17 февраля (№ 10 (270)). — С. 1