İtaliya Sosial Respublikası — Vikipediya

Tarixi dövlət
İtaliya Sosial Respublikası
Repubblica Sociale Italiana
Bayraq Gerb
Bayraq Gerb
 
 

Paytaxt Roma
Dilləri italyan dili
Rəsmi dilləri İtalyan dili
Dövlət dini katolisizm
İdarəetmə forması təkpartiyalı sistem, prezidentli rejim
Prezident
 • 1943–1945 Benito Mussolini
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

İtaliya Sosial Respublikası (it. Repubblica Sociale Italiana) və ya Salo RespublikasıII Dünya müharibəsində Nasist Almaniyasının dəstəyi ilə qurulan İtalyanın şimalındakı dövlət. 1943–1945-ci illərdə mövcud olmuşdu. Qurucusu və prezidenti Benito Mussolini idi.

Bu dövlət III Reyxin rəhbəri Adolf Hitlerin köməyi ilə qurulmuşdu. Müttəfiqlərin Sicilyada təşkil etdiyi "Haski hərəkatı"nda İtaliya Siciliyanı müdafiə edə bilməmiş və adanı tamamilə itirmişdi. Bundan sonra İtaliya, Appenin yarımadasının cənub hissəsini də tamamilə itirdi. Bu səbəbdən Mussolini və İtaliya faşist dairələrinin ali hakimiyyət orqanı olan "Böyük Faşist Şurası"nın üzvləri yeni bir ordunun hazırlanması və yeni bir dövlətin qurulmasının lazım olduğunu düşünürdü. Onlar bu düşüncələrini Romanın şimalında İtalya Sosial Respublikasını qurmaqla reallaşdırdılar. Eyni zamanda, İtaliya Sosial Respublikası ilə birlikdə "Respublikaçı Faşist Partiyası" da quruldu.

İSR əsgərləri, 1944-cü ilin martı

1945-ci il 25 aprel on doqquz aylıq İtaliya Sosial Respublikasının süqut etdiyi gündür və bu günü italyanlar "Qurtuluş günü" kimi qeyd edirlər. 27 apreldə isə Mussolini İtaliya partizanları tərəfindən öldürülmüş və "Loreto meydanı"nda başıaşağı asılaraq xalqa göstərilmişdi.

Xarici keçidlər

[redaktə | mənbəni redaktə et]