İstilikkeçirmə — Vikipediya

İstilik keçirmə — İstilik ötürülməsinin bir növü olub, istilik enerjisinin cismin bir hissəsindən digər hissəsinə və ya təmasda olan bir cisimdən digər cismə ötürülməsi prosesidir. İki cisim bir-biriləri ilə təmasda olarkən daxili enerjilərini bərabərləşdirmək ehtiyacı duyulur. Bu proses istilik tarazlığı qanunu ilə belə izah edilir:

Toxunan cisimlərin temperturları müxtəlifdirsə, istilik tarazlığı yaranana qədər bu cisimlər arasında istilik mübadiləsi gedir.

İki cisim təmasda olarkən onlar arasında istilik mübadiləsi gedir. Eyni qanun cismin daxilində də baş verir. Cismin bir hissəsini qızdırdıqda cismin digər hissələri də tədricən qızır. Bu proses cismin bütün hissələrində daxili enerji bərabərləşənə qədər dəvam edir. Bu proses müxtəlif cisimlərdə müxtəlif sürətlə gedir. İstilik enerjisinin keçiriciliyi elektrik keçiriciliyi ilə bənzərdir. Çünki hər ikisində enerji (istilik və elektrik enerjisi) cisimdəki sərbəst elektronlar və ya atomlar vasitəsilə bir-birinə ötürülür. Elektriki yaxşı keçirən metallar istiliyi də yaxşı keçirir. Qeyri-metallarda bu sürət tədricən azalır. Mayelərdə istilik enerjisinin ötürülmə sürəti olduqca azdır. Qaz halında maddələr isə istilikkeçirmə prosesi demək olar ki, baş vermir.

İstilikkeçirmə prosesi daha çox bərk halda maddələrə məxsusdur. Hər bir maddənin özünə məxsus istilikkeçiriciliyi vardır:

Maddələrin xüsusi istilikkeçiricilik qabiliyyəti
Maddə İstilikkeçirmə qabiliyyəti [[W·m−1·K−1]]
Akril 0,170–0,200
Spirtləryağlar 0,100
Aliminium 237
Mis 401
Almaz 1000–2000
Poliuretan 0,03
Polistirol 0,033–0,046
Manqan 7810
Su 0,5918
Mərmər 2070–2940
Aerogellər 0,02
Qar (quru) 0,050–0,250
Teflon 0,250

Həmçinin bax[redaktə | mənbəni redaktə et]