İstifadəçi müzakirəsi:Sortilegus — Vikipediya

Abşeron (qəzet) səhifəsinin silinməyə namizəd göstərilməsi[mənbəni redaktə et]

Abşeron (qəzet) səhifəsinin Vikipediyada saxlanıb-saxlanılmaması ilə bağlı müzakirə aparılır.

Konsensus əldə olunanadək səhifə Vikipediya:Silinməyə namizəd səhifələr/Abşeron (qəzet) səhifəsində müzakirə olunacaqdır. Hər kəs, o cümlədən siz müzakirəyə qatıla, fikirlərinizi bölüşə bilərsiniz.

İstifadəçilər müzakirə zamanı səhifəni redaktə edə, eləcə də müzakirə zamanı bildirilən problemləri həll etmək üçün səhifəni təkmilləşdirə bilərlər. Bununla belə, səhifənin yuxarı hissəsində yerləşdirilmiş silinmə şablonunu götürməyin.

samral müzakirə 03:46, 16 dekabr 2023 (UTC)[cavabla]

Müzakirə səhifəsində olan rəyimi silmisiniz.[mənbəni redaktə et]

Salam hərvaxtınız xeyr olsun. Zəhmət olmasa məlumat verə bilərsiniz bu səhifədə olan rəyimi nədən sildiyinizi?

Bildiyim qədər müzakirədə hər kəs öz rəyini bildirə bilər. Z.Elmar (müzakirə) 08:10, 23 dekabr 2023 (UTC)[cavabla]

Avropa (qəzet) səhifəsinin silinməyə namizəd göstərilməsi[mənbəni redaktə et]

Avropa (qəzet) səhifəsinin Vikipediyada saxlanıb-saxlanılmaması ilə bağlı müzakirə aparılır.

Konsensus əldə olunanadək səhifə Vikipediya:Silinməyə namizəd səhifələr/Avropa (qəzet) səhifəsində müzakirə olunacaqdır. Hər kəs, o cümlədən siz müzakirəyə qatıla, fikirlərinizi bölüşə bilərsiniz.

İstifadəçilər müzakirə zamanı səhifəni redaktə edə, eləcə də müzakirə zamanı bildirilən problemləri həll etmək üçün səhifəni təkmilləşdirə bilərlər. Bununla belə, səhifənin yuxarı hissəsində yerləşdirilmiş silinmə şablonunu götürməyin.

samral müzakirə 04:01, 10 yanvar 2024 (UTC)[cavabla]

Böyük Quruluş Partiyası səhifəsinin silinməyə namizəd göstərilməsi[mənbəni redaktə et]

Böyük Quruluş Partiyası səhifəsinin Vikipediyada saxlanıb-saxlanılmaması ilə bağlı müzakirə aparılır.

Konsensus əldə olunanadək səhifə Vikipediya:Silinməyə namizəd səhifələr/Böyük Quruluş Partiyası səhifəsində müzakirə olunacaqdır. Hər kəs, o cümlədən siz müzakirəyə qatıla, fikirlərinizi bölüşə bilərsiniz.

İstifadəçilər müzakirə zamanı səhifəni redaktə edə, eləcə də müzakirə zamanı bildirilən problemləri həll etmək üçün səhifəni təkmilləşdirə bilərlər. Bununla belə, səhifənin yuxarı hissəsində yerləşdirilmiş silinmə şablonunu götürməyin.

samral müzakirə 02:52, 11 yanvar 2024 (UTC)[cavabla]

Demokratik İslahatlar Partiyası səhifəsinin silinməyə namizəd göstərilməsi[mənbəni redaktə et]

Demokratik İslahatlar Partiyası səhifəsinin Vikipediyada saxlanıb-saxlanılmaması ilə bağlı müzakirə aparılır.

Konsensus əldə olunanadək səhifə Vikipediya:Silinməyə namizəd səhifələr/Demokratik İslahatlar Partiyası səhifəsində müzakirə olunacaqdır. Hər kəs, o cümlədən siz müzakirəyə qatıla, fikirlərinizi bölüşə bilərsiniz.

İstifadəçilər müzakirə zamanı səhifəni redaktə edə, eləcə də müzakirə zamanı bildirilən problemləri həll etmək üçün səhifəni təkmilləşdirə bilərlər. Bununla belə, səhifənin yuxarı hissəsində yerləşdirilmiş silinmə şablonunu götürməyin.

samral müzakirə 02:54, 11 yanvar 2024 (UTC)[cavabla]

Həmçinin bax[mənbəni redaktə et]

Güvəyəbənzər qırmızımtıl-sarı şibyəyeyən. Salam həmkar. Vaxtınız olanda bu məqaləyə də bir baxarsız. — Araz Yaquboglu (müzakirə) 08:45, 14 yanvar 2024 (UTC)[cavabla]

Salam. Zəhmət olmasa, Liza kateqoriyasının adını əsas məqaləyə uyğun şəkildə Liza (balıq) etmişəm, amma məqalələrdə kateqoriyalar hələ də Liza görünür. Düzəldə bilərsiz? Şiroi Akuma 16:58, 27 yanvar 2024 (UTC)[cavabla]

Salam. White Demon, düzəltdim.— Sortilegus (müzakirə) 12:08, 28 yanvar 2024 (UTC)[cavabla]

Salam. Təsadüfən belə bir məqalə çıxdı qarşıma. Deməli məqalə 2 dəfə SNS-lə silinib. Bu 2 SNS-in aralığında 1 dəfə də BNS olub, lakin bu dəfə də bərpa edilməməsinə qərar verilib. Bütün bunlardan sonra siz məqaləni bərpa etmisiz. Niyə? samral müzakirə 22:51, 4 fevral 2024 (UTC)[cavabla]

Samral, bunu qarlama adlar fəzasından çıxarıb məqalə fəzasına keçirəndə olub. Ehtimal ki, adını qaralama fəzasında yoxlamışam, orada müzakirələr görünməyib. Belə məqalələrlə bağlı 1-2 bu cür diqqətsizlik olmuşdu. Bu məqaləni də sildim.— Sortilegus (müzakirə) 02:14, 5 fevral 2024 (UTC)[cavabla]

On beş il cəmiyyətinə üzvlük dəvətnaməsi[mənbəni redaktə et]

On beş il cəmiyyətinə üzvlük dəvətnaməsi
Salam, hörmətli Sortilegus! On beş il cəmiyyəti istifadəçilərin 15 illik fəaliyyətini qeyd etmək, uzun müddətdir ki, fəaliyyət göstərən istifadəçiləri tanımaq, təcrübələrini və biliklərini bölüşmək üçün qurulmuşdur. 15 ildən çoxdur ki, fəaliyyət göstərdiyiniz üçün siz də bu cəmiyyətə üzv olmaq hüququ qazandınız.

Üzvlüyünüzü təsdiqləmək üçün Üzvlər bölməsində imza qoymağınız bəsdir. Ondan sonra isə istifadəçi səhifənizdə {{İstifadəçi On beş il cəmiyyəti}} və ya {{On beş il cəmiyyəti ikonası}} şablonlarından istifadə edə bilərsiz.

samral müzakirə 05:46, 27 fevral 2024 (UTC)[cavabla]

Yazdığınız[mənbəni redaktə et]

3 gündür Bakıda olmadığım, kompüterimdən uzaq olduğum üçün izlədiyim müzakirələrdə yazılanları indi oxuyuram. Bu yazdığınıza cavab verəcəm:

Maykl mənə yazdı ki, "Hə, düz deyirsən, baxdım, Samral kobud danışır. Ona xəbərdarlıq elədim" - belə xəbərdarlıq olar? Xəbərdarlıq olanda bax bu əfəndi → WMFOffice gəlir Samralın ya müzakirə səhifəsinə, ya istifadəçi səhifəsinə bir xəbərdarlıq yapışdırır, hamı bilir ki, Samrala xəbərdarlıq olundu.

Səhv bilirsiniz, birincisi Baskervillin səsverməsində də qeyd etdiyim kimi xəbərdarlıq fondun ikinci dərəcəli tədbir növüdür. Baskervilli 2021-ci ildəki davranışlara görə fonda şikayət etmişdim, onlar da göndərdiyim sübutları analiz edib nəticədə "conduct warning" verməyə qərar veriblər. WMFOffice profili qlobal blokları tətbiq etmək üçündür, vikidə xəbərdarlıq şablonu yerləşdirmir kiməsə. Çünki xəbərdarlıq həssas məlumatlar ehtiva edə bilər. Baskervillin mailin gəlməməsini iddia etməməsi məncə məsuliyyətdən qaçması üçün uydurduğu yalandır və bunu sübut da edə bilməz. Necə olur ki Pərdəşünasa xəbərdarlığı göndərirlər, amma Baskervillə yox? Nemoralis (müzakirə) 21:47, 3 mart 2024 (UTC)[cavabla]

Bütün İnzibatçılara Müraciət[mənbəni redaktə et]

Hörmətli İnzibatçılar! Yazlb Sizi məlum edirəm ki,  mən Emil Rəhimov Dünya Alpaqut federasiyası əməkdaşıyam. Vikipediyayada olan səhifələrimizə məlumatların yerləşdirilməsi, redaktə edilməsi, istinadların əlavə edilməsi üçün daxil olmuşam.  Vikipediyaya daxil olarkən mənə kömək etmək məqsədilə təyin olunmuş şəxs Moses bəydi. İlk öncə ona müraciət edərək Dünya Alpagut Federasiyası səhifəsiniinn digər dillərdə tərcümə edilib paylaşması üçün müraciət etdim. O, mənə "özünüzdə yarada bilərsiz deyə qaydaları izah etdi". Beləliklə mən rus dilində Dünya Alpagut Federasiyası səhifəsini yarardım hansı ki,  bu səhifə AzVikidə mövcuddur.  iki gün öncə rus dilli vikipediyada yaratdığım "Всемирная федерация Алпагут " adlı səhifə silinməyə çıxardılıb. İlk əvvəl elə anladım ki, bunu rusdilli adminlər edib. Daha sonra diqqət etdim ki, bunu Sura Shukurlu hesabında olan şəxs edib. Təsəvvür edin ki,   bu şəxs tərəfindən səhifə silinməyə qoyulmasına baxmayaraq rud dilli redaktorlardan biri yazır ki,  "çox maraqlıdır bu səhifə niyə silinməyə qoyulub" digər yazılar həmin səhifədə mövcuddur xahiş edirəm baxasınız. Ancaq mənim müraciətimin məğzi başqadı. Sura Shukurlu hesabında olan bu şəxs özü həmin səhifədə rus dilində bilmədiyini qeyd edir. Bu şəxsin rus dilini bilmədiyi halda rusdilli Vikipediyaya keçib bizim səhifəni silinməyə cəhd etməsi nə deməkdir ?  Rus dilli Vikipediyaya rus redaktor və İnzibatçılar yoxdur? yoxsa onların gözü görmür. Diqqət edin eyni hərəkəti Sura Shukurlu adlı bu şəxs türk dilində olan vikipediya səhifəsindədə etdi. Mən nə qədər cəhd etdim səhifənin silinməsin qarşısın ala bilmədim. Göstərilən arqumentlərə görə istinadlar və məlumatlar əlavə edə bilmirdim.  Çünki həmin səhifə mühafizə altında idi nəyi əlavə edirdim geri qaytarılırdı. Həmdə mən burda yeniyəm təcrübəsizəm deyə əlimdən heçnə gəlmədi. Mənim sualım hamınıza bundan ibarətdir ki,  biz Azərbaycanı dünyada təmsil edən,  iki millət vəkilinin rəhbərlik etdiyi, Azvikidə mövcüd olan Dünya Alpagut Federasiyası səhifələrinin digər dillərdə yaradılmasına niyə Sura Shukurlu adlı şəxs mane olur? bu şəxs bizdən nə istəyir? bu şəxs üzündən vaxtilə bizim federasiyanın vikidə öz səhifələrimizi silinməkdən müdafiə edən iki əməkdaşı blok edildi. İndidə məni kukla hesabı kimi Nemoralis bəyə şikayət edirki mən bloklanım və öz səhifələrimizi redaktə edə bilməyim və digər dillərdə olan səhifələrimizi yarada bilməyim. Burada biri mənə desin bu şəxsin etdiyi hərəkət vikipediya qaydalarına uyğundurmu? Xahiş edirəm münasibət bildirin. KülTegin.Alp (müzakirə) 06:06, 11 mart 2024 (UTC)[cavabla]

Yoxlayanlar topicon[mənbəni redaktə et]

salam. @Gadir bəyin bildirdiyi bu şablonu silmisiniz, indi bərpa edirəm və lütfən istifadə oluna bilən şablonları silməyin. xahiş edirəm. rica edirəm ki, səhifələri siləndə diqqətli olasınız. bu hal neçənci dəfədir baş verir. Atakhanli (müzakirə) 22:27, 14 mart 2024 (UTC)[cavabla]

Salam. Böyük ehtimal ki, istifadəsiz şablon olduğu üçün silinib. → İstifadəsiz şablonlar kateqoriyasına düşməyən hər hansısa şablonu sildiyimi xatırlamıram. — Sortilegus (müzakirə) 21:11, 17 mart 2024 (UTC)[cavabla]
bir daha salam bəy. xahiş edirəm, hər ora düşən şablonu silməyin. lazımlı şablonları da silirsiz arada. Atakhanli (müzakirə) 21:13, 17 mart 2024 (UTC)[cavabla]
Atakhanli, əslində heç çoxdandır o kateqoriya ilə maraqlanmıram. Amma orda əsas kriteriya şablonun lazımlı və ya lazımsız olması deyil, istifadə olunması və ya olunmamasıdır. İstifadəçi şablonu yaradanda onu çalışıb hansısa səhifədə tətbiq etməlidir. Yoxsa fikirləşməməlidir ki, bu lazımlı şablondu, nə vaxtsa istifadə oluna bilər, ona görə də indi hər hansısa səhifədə tətbiq olunmasa da qalsın. — Sortilegus (müzakirə) 21:16, 17 mart 2024 (UTC)[cavabla]

Silinən səhifələr[mənbəni redaktə et]

Salam. Aşağıda qeyd etdiyim səhifələri niyə silmisiniz? Heç biri yanlış və ya istifadəsiz deyil, digər dillərdə də həmin istiqamətləndirmələr var. Silib sonradan təkrar yaratdığınız biri çıxdı qarşıma, əvvəl yanlış istiqamətləndirmə idi, silib dəqiqələr sonra yenidən yaradıb yenə başqa bir yanlış istiqamətləndirmə qoymusunuz. Ya da buradakı kimi istiqamətləndirmə səhv olduqda səhifəni silib niyə yenidən yaradırsınız? Sadəcə istiqamətləndirməni dəyişmək mümkündür axı. Bu məqaləni də səbəbsiz silmisiniz. White Demon, Araz Yaquboglu, Solavirum, Nemoralis, Toghrul R, bu fəaliyyət nə vaxta qədər davam etməlidir? Çünki aşağıda qeyd etdiklərim sadəcə son bir aydan az müddətdə səbəbsiz silinənlərdir.

Sura Shukurlu (müzakirə) 21:24, 16 mart 2024 (UTC)[cavabla]

Sortilegusun fəaliyyəti artıq məni də narahat edir. Maraqlıdır, görəsən məntiqli açıqlaması var buna? Nemoralis (müzakirə) 22:23, 16 mart 2024 (UTC)[cavabla]
@Eminn, @Atakhanli, sizin də bu mövzuya münasibətiniz maraqlıdır. Sura Shukurlu (müzakirə) 09:31, 17 mart 2024 (UTC)[cavabla]
Mən bir neçə dəfə görmüşəm ki, həmkarımız məqalənin adını dəyişib köhnəni silmək əvəzinə, mövcud olanı silib sonra yeni, doğru adla yaradır. Amma ən yaxşı yolu addəyişmə edib köhnəni silməkdir. çünki onda köhnə tarixçə qalır. Araz Yaquboglu (müzakirə) 12:55, 17 mart 2024 (UTC)[cavabla]
Sura Shukurlu, NemoralisAraz Yaquboglu qeyd olunanlar hamısı yanlış istiqamətləndirmələrdir. Məsələn, Revealia stevioides, Carphochaete macrocephala, Oxylobus macrocephalus, Revealia macrocephala və s. hamısı Revealia səhifəsinə istiqamətləndirilmişdir. Halbuki Revealia bitki cinsi özü Carphochaete bitki cinsinin sinonimidir və ona istiqamətləndirilib. Bundan başqa bitki növü sinonim olaraq bitki cinsinə istiqamətləndirilməməlidir. Növ bir başqa növün sinonimi, cins bir başqa cinsin sinonimi ola bilər və istiqamətləndirmələr də buna uyğun aparılmalıdır. Revealianın özünün sinonim olması ilə bağlı məlumat → buradadır. 1. Revealia stevioidesCarphochaete macrocephala (məlumat burada) 2. Carphochaete macrocephala istiqamətləndirmə yox, özü məqalə olmalıdır (məlumat burada) 3. Oxylobus macrocephalusCarphochaete macrocephala (məlumat burada). 4. Revealia macrocephalaCarphochaete macrocephala (məlumat burada) - istiqamətləndirmələr və məqalələr bu cür olmalıdır. Yəni, Carphochaete macrocephala məqaləsi yaradılmalıdır və 1. Revealia stevioides 3. Oxylobus macrocephalus 4. Revealia macrocephala istiqamətləndirilmələri ona yönləndirilməlidir. Sadəcə mən bitkilər haqqında əlavə məzmunsuz məqalələrin yaradılması tərəfdarı deyiləm, ona görə də əsasən mövcud olanları redaktə edib zənginləşdirməyə çalışıram. Amma gələcəkdə təbii ki, kimsə Carphochaete macrocephala məqaləsini yaradarsa yuxarıda qeyd edilən və mənim tərəfimdən silinmiş 3 istiqamətləndirməni ora yönləndirə bilər. Amma indi o istiqamətləndirmələri silməsəm onları hara yönləndirməliyəm ki? Mövcud olmayan məqaləyə yönləndirmə olmaz, o istiqamətləndirmələr "havada qalacaq". Sura Shukurlu istəsəniz sizin qeyd etdiyiniz digər silinən istiqamətləndirmələr haqqında da tək-tək məlumat yaza bilərəm. Amma inanın ki, əsassız heç bir istiqamətləndirmə mənim tərəfimdən silinməyib. Sadəcə azvikidə çox sayda belə yanlış istiqamətləndirmələr var və siz onların hər biri haqqında məndən açıqlama istəsəniz, bir-bir onları sizə izah etmək mənim çox vaxtımı alacaq. O vaxta ən azı 20-30 məqalə zənginləşdirə bilərəm. Amma fəaliyyətimi çox diqqətlə və maraqla izləməyiniz məni çox sevindirir.— Sortilegus (müzakirə) 20:04, 17 mart 2024 (UTC)[cavabla]
Sura Shukurlu bu məqalənin (Galium flaccidum) silindiyinə etiraz etdiyinizi sonra gördüm, üzürlü sayın. Həmin bitki Galium californicum subsp. flaccidum bitki yarımnövünün, Galium mollugoGalium aschenbornii bitki növlərinin sinonimidir. Heç biri haqqında bizim vikidə məlumat yoxdur, ona görə birbaşa silmişəm. Bir neçə bitkinin sinonimi olan belə növlər qarşıma çıxdıqda əsasən bu cür (Picea menziesii) dəqiqləşdirmə səhifələri yaradıram. Çünki bu daha düzgündür, istiqamətləndirməni sadəcə bir məqaləyə yönləndirmək yanlışdır. Amma dəqiqləşdirmə səhifəsi yaratmaq üçün heç olmasa belə bitkinin sinonimi olduğu digər bitkilərdən biri haqqında bizim azvkidə məqalə olmalıdır. Galium flaccidum bitki növünün sinonim olması ilə bağlı məlumat → burada). Bəzən hansısa silinən istiqamətləndirməni yenidən yaratmağım halları da olur. Bu onunla bağlıdır ki, bir bitkinin sinonimlərini qeyd edəndə 1 və ya 2 istiqamətləndirmənin o bitkinin sinonimi olmadığı və yanlışlıqla onun səhifəsinə yönləndirildiyi ortaya çıxır. Ona görə istiqamətləndirməni silməli oluram. Amma üstündən müəyyən vaxt keçdikdən sonra (bu vaxt 1 il də, 10 dəqiqə də ola bilər) bir başqa bitkinin sinonimləri qeyd olunanda həmin silinən istiqamətləndirmədəki bitkinin məhz bu bitkinin sinonimi olduğu anlaşılır. Ona görə istiqamətləndirmə yenidən yaradılıb ona yönləndirilir və ya bir neçə bitkinin sinonimidirsə Picea menziesii kimi dəqiqləşdirmə səhifəsi yaradıram. Amma bu hallar tək-tük olur, bəlkə 100 istiqamətləndirmədə 1-2 dənə belə hal ola, ya olmaya. Ümid edirəm ki, cavabım sizi qane etdi. Sizə fəaliyyətinizdə uğurlar arzulayıram.— Sortilegus (müzakirə) 20:20, 17 mart 2024 (UTC)[cavabla]
Carphochaete və Revealia dəqiq həmin mənbəyə əsasən eyni cinsdirlər? Envikidə ayrı məqaləsi var ikisinin də: en:Revealiaen:Carphochaete Şiroi Akuma 21:56, 17 mart 2024 (UTC)[cavabla]
EnVikidəki məqalədə qeyd ediblər ki, Revealia macrocephala əvvəllər Carphochaete cinsinin növü olub, sonra həmin cinsdən ayırıb yeni - Revealia cinsinə aid ediblər. Şiroi Akuma 22:01, 17 mart 2024 (UTC)[cavabla]
White Demon, bitkilərlə bağlı məlumatları müəyyən qədər güncəl olan vikilər enwiki və cebwiki-dir. Amma onlar da məlumatları Plants of the World Online saytından yeniləyirlər. O saytda demək olar ki, gündəlik yenlənir məlumatlar. Mən də həmin sayta istinadla verirəm bizim vikidə məlumatları. Amma buna qədər azwiki əsasən The Plant List-ə istinad edib, o sayt artıq arxiv sayt kimi bir şeydir. Bitkilər haqqında məlumatlar yenilənmir.— Sortilegus (müzakirə) 22:53, 17 mart 2024 (UTC)[cavabla]

Salam, həmkar, axşamınız xeyir. Aktiv inzibatçı sizi gördüm, lütfən "La casa de papel" səhifəsini silə bilərsinizmi? Addəyişmə üçün. Təşəkkür edirəm. Hörmətlə, Gadirmüzakirə 22:32, 14 aprel 2024 (UTC)[cavabla]

✔ Yerinə yetirildi GadirSortilegus (müzakirə) 22:36, 14 aprel 2024 (UTC)[cavabla]