İsmixan Didərgin — Vikipediya

İsmixan Didərgin
İsmixan Müseyib oğlu Məmmədov
250 px
250 px
Doğum adı İsmixan Məmmədov
Təxəllüsü İsmixan Didərgin
Doğum tarixi
Doğum yeri Ağkilsə, Basarkeçər, Ermənistan SSR
Vəfat tarixi (61 yaşında)
Vəfat yeri Bayan, Daşkəsən rayonu, Azərbaycan
Dəfn yeri
Vətəndaşlığı SSRİ SSRİ
Azərbaycan Azərbaycan
Milliyyəti azərbaycanlı
Uşağı Hikmət Məmmədov
Atası Müseyib Məmmədov
Fəaliyyəti şair

İsmixan Didərgin (tam adı:Məmmədov İsmixan Müseyib oğlu; 25 aprel 1933, Ağkilsə, Basarkeçər rayonu5 iyun 1994, Bayan, Daşkəsən rayonu) — Azərbaycan şairi, jurnalist, müəllim.[1]

Həyatı[redaktə | mənbəni redaktə et]

İsmixan Didərgin 25 aprel 1933-cü ildə Göyçə mahalının Ağkilsə kəndində anadan olub. 6 yaşından atadan yetim qalıb. Uşaqlıq və gənclik illərində ağır zəhmətə qatlanmalı olmuşdur. İbtidai təhsilini öz doğma kəndində, orta təhsilini qonşu Zod kəndində almışdır. Gənc yaşlarından şer yazmağa başlamışdır.

1957-1962-cı illərdə Azərbaycan Pedaqoji İnstitutunun filologiya fakültəsində oxumuşdur. Doğulduğu Ağkilsə kənd orta məktəbində müəllim kimi əmək fəaliyyətinə başlamışdır.

1965-1970-ci illərdə Basarkeçər rayonununda çıxan "Bolluq uğrunda" qəzetində işləmişdir. 1970-1988-ci illərdə Ağkilsə kənd orta məktəbində dil-ədəbiyyat müəllimi işləmişdir.

1988-ci ildə doğma yurd-yuvasından məcburən ayrılmış, Daşkəsən rayonunun Bayan kəndində məskunlaşmışdır.

Daşkəsən rayonunun Bayan kəndində 5 iyun 1994-cü ildə vəfat etmiş və kənd qəbiristanlığında dəfn edilmişdir.

Kitabları[redaktə | mənbəni redaktə et]

  • "Ayırdılar qucağından Göyçənin". Bakı, "Yazıçı"-1992. 104 səh. 8000 tiraj.

Mənbə[redaktə | mənbəni redaktə et]

  • Ziyəddin Məhərrəmov. XX əsr Göyçə aşıq mühiti (1920-1950-ci illər). Bakı: NPB-1997, səh.31-32
  • Azərbaycan ədəbiyyatı inciləri. səh. 151-153, səh. 414-415, səh. 521-522.
  • Ələsgər ocağı. səh. 270-285.

İstinadlar[redaktə | mənbəni redaktə et]

  1. "Niftalı Göyçəli, "Göyçə şairlərindən İsmixan Didərgin"". 2016-03-04 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2015-06-01.

Xarici keçidlər[redaktə | mənbəni redaktə et]