İslamda xüsusi günlər — Vikipediya

İslam dinində Ramazan bayramı və Qurban Bayramı olmaq üzrə iki böyük bayram vardır. Bayramlar mədəniyyət və məzhəblərin fərqliliyinə görə müxtəlif şəkillərdə qeyd edilir. İslami bayramlar ay təqviminə görə tənzimlənir. İslami təqvimdə 12 ay və 354–355 gün vardır. Sünni və şiə ay təqvimləri hər dəfə üst-üstə düşmür. Bəzən həm şiələrin həm də sünnilərin qeyd etdiyi bir bayram fərqli günlərə təsadüf edə bilər. İslami bayramlar ay təqviminə görə təşkil edildiyindən 1-2 günlük fərqliliklər ola bilər.[1]

Müqəddəs günlər, gecələr və bayramlar[redaktə | mənbəni redaktə et]

Müsəlmanlar tərəfindən müqəddəs sayılan gecələrdir. Bu gecələrə "qəndil gecələri" də deyilir. Qəndil gecələrini peyğəmbər keçirtməyib. Hicrət sonrası 3-cü əsrdən etibarən təsəvvüfi mühitlərdə qeyd edilməyə başlanmışdır.

Quranda müqəddəs gecələrlə əlaqəli:

"Açıq-aşkar olan Kitaba and olsun ki, biz onu müqəddəs bir gecədə endirdik. Şübhəsiz biz insanları xəbərdarlıq etməkdəyik".[2]

"Qədr gecəsi min aydan daha xeyirlidir". [3]

Qəndil gecələri namazların qılındığı, Quranın oxunduğu, duaların edildiyi və salavatların gətirildiyi gecələrdir. Qəndil gecələri bir Ay təqvimi olan Hicri təqvim əsas götürülərək müəyyən edilir.

Əsas günlər[redaktə | mənbəni redaktə et]

Dini ibadətlər[redaktə | mənbəni redaktə et]

Təqvim[redaktə | mənbəni redaktə et]

Hicri tarix Hicri 1435 Hicri 1436 Hicri 1437 Hicri 1438 Hicri 1439
Aşura günü 10 Məhərrəm 13 noyabr 2013 3 noyabr 2014 23 oktyabr 2015 11 oktyabr 2016 30 sentyabr 2017
Ərbəin günü 20 Səfər 23 dekabr 2013 12 dekabr 2014 2 dekabr 2015 20 noyabr 2016 9 noyabr 2017
Mövlud bayramı 12 Rəbiüləvvəl (sünnilər) 13 yanvar 2014 3 yanvar 2015 23 dekabr 2015 11 dekabr 2016 30 noyabr 2017
17 Rəbiüləvvəl (şiələr) 18 yanvar 2014 8 yanvar 2015 28 dekabr 2015 16 dekabr 2016 5 dekabr 2017
Əlinin doğum günü 13 Rəcəb 12 may 2014 2 may 2015 20 aprel 2016 10 aprel 2017 30 mart 2018
Merac 27 Rəcəb 26 may 2014 16 may 2015 4 may 2016 24 aprel 2017 13 aprel 2018
Məhəmməd Mehdinin doğumu 15 Şaban 13 iyun 2014 2 iyun 2015 22 may 2016 11 may 2017 1 may 2018
Ramazan 1 Ramazan 29 iyun 2014 18 iyun 2015 6 iyun 2016 27 may 2017 16 may 2018
Qədr gecəsi 19, 21, 23, 25, 27 ya da 29 Ramazan 17 ilə 26 iyul 2014 arası 7 ilə 16 iyul 2015 arası 25 iyun ilə 4 iyul 2016 arası 15 ilə 24 iyun 2017 arası 4 ilə 13 iyun 2018 arası
Chaand Raat 29 ya da 30 Ramazan 27 iyul 2014 16 iyul 2015 5 iyul 2016 24 iyun 2017 14 iyun 2018
Ramazan Bayramı 1 Şəvval 28 iyul 2014 17 iyul 2015 6 iyul 2016 25 iyun 2017 15 iyun 2018
Həcc 8–13 Zilhiccə 2–7 oktyabr 2014 22–27 sentyabr 2015 9–14 sentyabr 2016 30 avqust – 4 sentyabr 2017 19–24 avqust 2018
Arifə günü 9 Zilhiccə 3 oktyabr 2014 23 sentyabr 2015 10 sentyabr 2016 31 avqust 2017 20 avqust 2018
Qurban Bayramı 10 Zilhiccə 4 oktyabr 2014 24 sentyabr 2015 11 sentyabr 2016 1 sentyabr 2017 21 avqust 2018
Qədir-Xum 18 Zilhiccə 12 oktyabr 2014 1 oktyabr 2015 19 sentyabr 2016 9 sentyabr 2017 29 avqust 2018

İstinadlar[redaktə | mənbəni redaktə et]

  1. "İslami təqvim". 2019-04-17 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2017-06-13.
  2. Duxan44:2-3
  3. Qədr97:3