İslam Məmmədov — Vikipediya

İslam Məmmədov
bayraq
Jdanov Rayon Xalq Deputatları Soveti İcraiyyə Komitəsinin sədri
bayraq2
1979 – 1983
Şəxsi məlumatlar
Doğum tarixi 1 iyul 1935(1935-07-01) (88 yaş)
Doğum yeri
Təhsili
Fəaliyyəti siyasətçi, zootexnik

Təltifləri "Azərbaycan SSR əməkdar zootexniki" fəxri adı

İslam Həsən oğlu MəmmədovJdanov Rayon Xalq Deputatları Soveti İcraiyyə Komitəsinin sədri, Azərbaycan SSR-in əməkdar zootexniki.

Həyatı[redaktə | mənbəni redaktə et]

1 iyul 1935-ci ildə Naxçıvan Muxtar Respublikasının Sədərək rayonunda anadan olmuşdur. 1952-ci ildə Sədərək rayonu kənd orta məktəbini bitirmiş, 1952–1957-ci illərdə Azərbaycan Kənd Təsərrüfatı İnstitutunun zootexnika fakultəsində təhsil almışdır.

Ailəlidir, 3 övladı var.

Fəaliyyəti[redaktə | mənbəni redaktə et]

1957-ci ildə Beyləqan rayonu (Jdanov) Stalin adına kolxozda baş zootexnik vəzifəsinə təyin edilmişdir. 1979–1983-cü illərdə Jdanov Rayon Xalq Deputatları Soveti İcraiyyə Komitəsinin sədri vəzifəsinə yüksəlmiş, 1983–1990-cı illərdə "Dostluq" sovxozunun direktoru olmuşdur. 1990–1993-cü illərdə Beyləqan broyler quşçuluq fabrikinin direktoru, Kənd Təsərrüfatı Nazirliyi "Damazlıq"birliyində baş ekspert vəzifəsində çalışmışdır.

Mükafatları[redaktə | mənbəni redaktə et]

Azərbaycan SSR-in əməkdar zootexniki adına layiq görülmüşdür.[mənbə göstərin]

İstinadlar[redaktə | mənbəni redaktə et]