İslam Datıyev — Vikipediya

İslam Datıyev
1929 – 1932
ƏvvəlkiDadaş Bünyadzadə
SonrakıHüseyn Musayev
Şəxsi məlumatlar
Doğum tarixi 1884
Vəfat tarixi 1965
Vəfat yeri
Fəaliyyəti iqtisadçı

İslam Maqometoviç Datıyev (18841965, Bakı) — Azərbaycan iqtisadçısı, professor. Azərbaycan SSR Əkinçilik Xalq Komissarının müavini.

Həyatı[redaktə | mənbəni redaktə et]

1929-1932-ci illərdə Gəncədəki Azərbaycan Kənd Təsərrüfatı İnstitutunun rektoru vəzifəsində çalışmış və onun ilk təşkilatçılarından olmuşdur. Aqronomluq fakültəsinin tərkibində bitkiçilik kafedrasının ilk müdiri olmuşdur. Onun rəhbərliyi dövründə bitkiçilik fakültəsinin nəzdində 3 şöbə: meyvəçilik, subtropik və texniki bitkilər, üzümçülük və şərabçılıq və meşəçilik və tərəvəzçilik şöbələri, heyvandarlıq fakültəsinin nəzdində isə ipəkçilik, qoyunçuluq və südçülük şöbələri yaradılmışdır.

Onun təşəbbüsü ilə Azərbaycan Kənd Təsərrüfatı İnstitutu 1931-ci ildə Bakıdan Gəncəyə köçürülmüşdür. Xalq Təsərrüfatı İnstitutunun "İqtisadiyyatın planlaşdırılması" kafedrasının müdiri vəzifəsində işləmişdir.

Mənbə[redaktə | mənbəni redaktə et]

  • Böyük İqtisadi Ensiklopediya. I hissə.

Xarici keçidlər[redaktə | mənbəni redaktə et]