İsa xan Şeyxavənd — Vikipediya

İsa xan Şeyxavənd
İsa xan Səfəvi
İsa xan Səfəvi
İsa xan Səfəvi
1612 – 1631
ƏvvəlkiAllahqulu bəy Qacar
SonrakıÇıraq xan Pirzadə
Şəxsi məlumatlar
Vəfat tarixi
Vəfat yeri Kərbəla
Vəfat səbəbi edam
Atası Səid bəy Səfəvi
Həyat yoldaşı Zibeydə bəyim Səfəvi
Uşaqları 3 oğlu və 1 qızı (Cahanbanu Sultan)
Hərbi xidmət
Rütbəsi general

İsa xan Şeyxavənd və yaxud İsa xan Səfəvi (v. 1632, Kərbəla) — I Abbasın şəxsi alay komandiri (qorçubaşı).

Həyatı[redaktə | mənbəni redaktə et]

Vəzir Məsum bəy Səfəvinin nəvəsi idi. 1612-ci ildə qorçibaşı təyin olunmuşdur.[1] 30 iyun 1625-ci ildə gürcü üsyançılarını yatırmaq üçün göndərilən orduya komandir təyin olunmuşdu. I Səfinin hakimiyyətə gəlməsindən sonra oğulları ilə birlikdə 1631-ci ildə edam edilmişdir. Mavzoleyi II Abbas dövründə ucaldılmışdır, Kərbəladadır.

Ailəsi[redaktə | mənbəni redaktə et]

Məsum bəy Səfəvinin nəvəsi, Səid bəy Səfəvinin oğlu idi. I Abbasın qızı Zibeydə bəyim Səfəvi (ö. 20 fevral 1632) ilə evlənmişdir. 3 oğlu və 1 qızı olmuşdur. Qızı Cahanbanu Sultan Kartli knyazı II Simon ilə evlənmişdi.

İstinadlar[redaktə | mənbəni redaktə et]

  1. Newman, Andrew J. (2008). Safavid Iran: Rebirth of a Persian Empire. I.B.Tauris. pp. 1–281. ISBN 9780857716613