İravadi çayı — Vikipediya

İravadi
birm. ဧရာဝတီ
Ölkə  Myanma
Mənsəbi Hind okeanı
Uzunluğu 2170 km
Su sərfi 13.000 m³/s
Hövzəsinin sahəsi 411000 km²
İravadi çayı (Myanma)
mənbəyi
mənsəbi
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

İravadi[1](birm. ဧရာဝတီ — Eyavadi[2]) — Myanmada çay. İravadi Myanmanın ən böyük çayıdır. Uzunluğu 2170 metrdir. Ölkənin vacib su nəqliyyatı arteriyasıdır. Çay hövzəsinin sahəsi 411 000 km²-dir. İravadi deltasında yaşayan bir çox xalqlar üçün çay müqəddəs hesab olunur. İravadi sözü ehtimal olunur ki, sanskrit mənşəlidir — airavati, yəni "filli çay" deməkdir.

Ümumi məlumat[redaktə | mənbəni redaktə et]

İravadi çayı öz mənbəyini Kaçin milli diyarından, Mali və Nmay çaylarının birləşdiyi yerdən götürür. Bu çaylar birləşənə qədər Himalayın cənub-şərq bölgəsi boyu bir birinə paralel axırlar. İravadi ölkə ərazisini şimaldan cənuba doğru kəsib keçir. Yuxarı axarlarında çay və onun qolları dərin dərələrdən, cəngəlliklərdən keçir və çay dərələri ensiz olur. Miçina şəhərində İravadi çayının dərəsi genişlənir və 800 metrə çatır. Daha sonra çay Şan yaylasının qərb hissəsindən keçir. Bu zaman İravadi 3 dərə formalaşdırır. Dərələrin hər birinin eni 50–100 metrdir. Bu ərazilər gəmiçilik üçün təhlükəlidir. Çay orta və aşağı axırlarında İravadi düzənliyindən keçir və geniş terraslı vadi formalaşdırır. Mənsəbdən 300 km şimaldan düz, bataqlaşmış delta əraziləri formalaşır. Bu ərazilərdə sıx cəngəllik örtüyü üstünlük təşkil edir. İravadi çayının deltasının sahəsi 30 min km²-dir (digər mənbələrdə 48 min km²). Andaman dənizi sahilləri boyu çay 240 km uzanır. Çayı dənizdən qum dyunləri ayırır. Çay deltası 9 qola parçalanır.

İravadinin aşağı axarlarında yüksək qabarma müşahidə olunur. Yanqon şəhərində qabarmanın hündürlüyü 4–4,5 metr olur. Qabarma bütün delta ərazisini bürüyür və və dənizdən 120 km uzaqlıqda belə hiss olunur. Aşağı axarlarda çayın orta su sərfi 13–14 min m³/san-dir. Güclü yağışlar zamanı su həcmi 40 000 m³/saniyə olur. Bəzən daşqınlar ərazidə fəlakətlərə səbəb olur.

Müstəmləkə zamanında, dəmir və avtomobil yollarının çəkilmədiyi zamanda çay "Mandalay yolu" adlanırdı. Baxmayaraq ki, çay gəmiçilik üçün yararlıdır, ancaq çay boyu bir çox dayazlıqlara və adalara rast gəlinir. Miçina şəhərinə kimi, okeandan 1600 km məsafədə çay gəmiçiliyə yararlıdır. Uzun illər boyu İravadi çayı üzərində tikilmiş yeganə körpü — İnva idi. Son 20 ildə çay üzərində onlarca yeni körpü tikilmişdir.

İravadi çayında xüsusi delfin cinsi — İravadi delfinləri (Orcaella brevirostris) yaşayır. Delfin əslində çay yox dəniz-okean delfinidir. Bu cinsə daxil növlər əsasən Hind okeanında Benqal körfəzindən Avstraliyanın şimal sahillərinə qədər olan ərazilərdə yayılmışdır.

İstinadlar[redaktə | mənbəni redaktə et]

  1. Иравади // Словарь географических названий зарубежных стран / отв. ред. А. М. Комков. — 3-е изд., перераб. и доп. — М. : Недра, 1986. — С. 135.
  2. Инструкция по русской передаче географических названий Бирмы. — М.: Наука, 1978. — С. 25.