İrəvanlı (Tərtər) — Vikipediya

İrəvanlı
40°20′17″ şm. e. 47°02′57″ ş. u.
Ölkə
Tarixi və coğrafiyası
Saat qurşağı
Xəritəni göstər/gizlə
İrəvanlı xəritədə
İrəvanlı
İrəvanlı

İrəvanlı (əvvəlki adı: Yerevanlı) — Azərbaycan Respublikasının Tərtər rayonunun inzibati ərazi vahidində kənd. Azərbaycan Respublikası Milli Məclisinin 5 oktyabr 1999-cu il tarixli, 708-IQ saylı Qərarı ilə Tərtər rayonunun Soyulankənd inzibati-ərazi vahidi tərkibindəki Yerevanlı kəndi İrəvanlı kəndi adlandırılmışdır.[1]

Coğrafiyası və iqlimi[redaktə | mənbəni redaktə et]

Kəndin ərazisi 383 ha -dır. İrəvanli kəndindən Tərtər şəhər poçtamtınadək məsafə 11 km, kənd inzibati vahidininin mərkəzinə yaxın dəmiryolu stansiyası — Köçərli Dəmiryol Stansiyasınadək məsafə 11 km.

Əhalisi[redaktə | mənbəni redaktə et]

Əhalisi 2007-ci il 1 yanvar tarixinədək 954 nəfərdir, o cümlədən kişi 469, qadın 485 nəfərdir.

İqtisadiyyatı[redaktə | mənbəni redaktə et]

Əhalinin əsas məşğuliyyəti əkinçilik və heyvandarlıqdır.

Mədəniyyəti[redaktə | mənbəni redaktə et]

İnzibati ərazi vahidində Başçısının nümayəndəliyi, İrəvanli bələdiyyəsi, mədəniyyət evi, uşaq bağçası, EATS fəaliyyət göstərir.

İstinadlar[redaktə | mənbəni redaktə et]

  1. "Azərbaycan Respublikasının bəzi rayonlarının inzibati-ərazi bölgüsündə qismən dəyişikliklər edilməsi haqqında Azərbaycan Respublikası Milli Məclisinin 5 oktyabr 1999-cu il tarixli, 708-IQ saylı Qərarı". 2022-06-10 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2022-08-26.

Həmçinin bax[redaktə | mənbəni redaktə et]