İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzi — Vikipediya

Azərbaycan Respublikasının İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzi
Ümumi məlumatlar
Ölkə Azərbaycan Azərbaycan
Yaradılma tarixi 20 aprel 2016
Tabelik Prezident
Ünvan AZ 1073, Bakı şəhəri, Yasamal rayonu, Landau küçəsi, 16.
Rəhbərlik
Rəhbər Vüsal Qasımlı

Rəsmi saytı ereforms.gov.az

İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzi (rəsmi adı: “İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzi” publik hüquqi şəxs) — Azərbaycan Respublikasındakı publik hüquqi şəxslərdən biri. Mərkəz Bakı şəhərində yerləşir. İcraçı Direktoru Vüsal Qasımlıdır.[1]

Tarixi[redaktə | mənbəni redaktə et]

İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzi (IITKM) Azərbaycan Respublikası Prezidenti İlham Əliyevin 2016-cı il 20 aprel tarixli 879 nömrəli Fərmanı əsasında yaradılıb[2].

Məqsədi[redaktə | mənbəni redaktə et]

İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin (İİTKM) fəaliyyətinin məqsədləri ölkənin dayanıqlı iqtisadi inkişafının təmin edilməsi istiqamətində makro və mikro iqtisadi səviyyədə təhlil və tədqiqatlar aparmaqla, analitik məlumatlar əsasında iqtisadi islahatların həyata keçirilməsi üçün təkliflər hazırlamaq, dövlət orqanlarını və qurumlarını həmin proqnozlarla təmin etməkdən, həmçinin iqtisadiyyatın müxtəlif sahələrində Azərbaycan Respublikasının nailiyyətlərinin təbliğini təşkil etməkdən ibarətdir[3]

İstiqamətləri[redaktə | mənbəni redaktə et]

İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzi üç əsas funksional istiqaməti əhatə edir:

  1. İqtisadi təhlil;
  2. Monitorinq və qiymətləndirmə;
  3. İslahatların və iqtisadi nailiyyətlərin kommunikasiyası.

Missiyası[redaktə | mənbəni redaktə et]

Aparılan iqtisadi islahatların əhatə dairəsinin genişləndirilməsini və bu sahədə işlərin səmərəli əlaqələndirilməsini təmin etmək.[4]

İdarə olunması[redaktə | mənbəni redaktə et]

Mərkəz Müşahidə Şurası və İcraçı direktor tərəfindən idarə olunur.

Müşahidə Şurası[redaktə | mənbəni redaktə et]

20 aprel 2016-cı il tarixli 879 nömrəli Fərmana əsasən Mərkəzin fəaliyyətinə ümumi rəhbərliyi 3 nəfərdən ibarət Müşahidə Şurası həyata keçirir. Şuranın sədrini və digər üzvlərini Azərbaycan Respublikasının Prezidenti vəzifəyə təyin və vəzifədən azad edir. Şura üzvlərinin səlahiyyət müddəti 5 ildir.

Prezident İlham Əliyevin tapşırıqları əsasında İİTKM 12 strateji yol xəritəsi, habelə ərzaq təhlükəsizliyi, məşğulluq, rəqəmsal ödənişlər və s. sahələrdə strategiyalar, dövlət proqramları və tədbirlər planlarının monitorinq və qiymətləndirməsini həyata keçirir. Bu əsasda İİTKM-də dövlət sənədlərinin icracı barədə “böyük verilənlər bazası” – “Big Data” yaranır. Öz növbəsində “Big Data”nın emalı əsasında yeni islahatlar barədə təklifləri formalaşdırmaq mümkündür. Təkcə onu qeyd etmək kifayətdir ki, 2016-cı ildə cənab Prezidentin tapşırığı əsasında strateji yol xəritələri hazırlananda İİTKM-in platformasında dövlət, özəl, akademiya, beynəlxalq təşkilatlar və vətəndaş cəmiyyətini təmsil edən 400 nəfər ekspert cəmlənmişdi. Beləliklə, monitorinq və islahat arasında qarşılıqlı təsir mübadiləsi idarəetməni yeni mərhələyə qaldırır: data əsaslı qərar qəbuletmə mexanizmi işləyir. İİTKM-in təqdim etdiyi Azranking.az və Monitoring.az platformaları funksional əlaqələndirilməklə islahatlar və monitorinqin iş axınlarını rəqəmsal olaraq bir-birinə bağlayır: yeni islahat yeni monitorinqdi və yeni monitorinq yeni islahat deməkdir. Faktiki olaraq İİTKM-də islahatların “həyat tsikli”nə aid olan bütün mərhələlər tam rəqəmsallaşdırılmışdı. Bu isə prosesin səmərəliliyini, şəffaflığını, inklüzivliyini və hesabatlılığını təmin edir. Hazırda İİTKM-in balansında olan 40-a yaxın internet resursu güclü kommunikasiya vasitəsi olmaqla islahatların işıqlandırılmasına yardımçı olur. Digər tərəfdən isə İİTKM-in yerli və beynəlxalq miqyasda təşkil etdiyi və qoşulduğu tədbirlərdə islahatların kommunikasiyası uğurla həyata keçirilir. İslahatların kommunikasiyasında iki vacib hədəf var:

  1. Mesajları əhali, biznes, beynəlxalq təşkilatlar, vətəndaş cəmiyyəti və digər istiqamətlərdə düzgün çatdırmaq;
  2. Əks-əlaqə qurmaqla islahatların icrası zamanı yaranan fikir və rəyləri yenidən “islahat gündəliyi”nin formalaşmasında istifadə etmək.

Beləliklə, İİTKM-də idarəetmə sacayağı yaranıb: İslahat-Monitorinq-Kommunikasiya. Bu sacayağın funksionallığını artırmaq üçün İİTKM-in təqdim etdiyi institutlar vacib rol oynayır: Azexport.az, Rəqəmsal Ticarət Qovşağı, “Bir Pəncərə” İxraca Dəstək Mərkəzi, Azranking.az, Monitoring.az,Enterpriseazerbaijan.com və Azerp.az.

İstinadlar[redaktə | mənbəni redaktə et]

  1. "Azərbaycan Respublikasında biznes mühitinin əlverişliliyinin artırılması və beynəlxalq reytinqlərdə ölkəmizin mövqeyinin daha da yaxşılaşdırılması ilə bağlı əlavə tədbirlər haqqında AZƏRBAYCAN RESPUBLİKASI PREZİDENTİNİN SƏRƏNCAMI". 2020-08-01 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2018-10-19.
  2. "İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin yaradılması və fəaliyyətinin təmin edilməsi haqqında AZƏRBAYCAN RESPUBLİKASI PREZİDENTİNİN FƏRMANI". 2017-04-22 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2018-10-19.
  3. "İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin fəaliyyətinin məqsədləri". 2021-04-15 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2016-08-31.
  4. "İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin Missiyası". 2021-04-15 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2016-08-31.

Xarici keçidlər[redaktə | mənbəni redaktə et]

  • iqtisadiislahat.org — İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin rəsmi saytı