İqor Viktoroviç — Vikipediya

İqor Viktoroviç
İqor Viktoroviç Turıtsin
Doğum tarixi
Doğum yeri Krasnoyarsk
Vətəndaşlığı Rusiya Rusiya
Elm sahəsi Tarix
Elmi dərəcələri professor, fəxri doktor

İqor Viktoroviç Turıtsin (1963, Krasnoyarsk) — AMEA A.A.Bakıxanov adına Tarix İnstitutunun fəxri doktoru, “Elmi-Tədqiqat Tarix, İqtisadiyyat və Hüquq İnstitutu”nun prezidenti, “Sovremennaya nauçnaya mısl” jurnalının baş redaktoru, tarix elmləri doktoru, professor.

Fəaliyyəti[redaktə | mənbəni redaktə et]

  • 1963-cü ildə Krasnoyarsk şəhərində anadan olub.
  • 1985-2000-ci illərdə Armavir Dövlət Pedaqoji İnstitutunda pedaqoji fəaliyyətlə məşğul olub.
  • 2000-2003-cü illərdə Krasnodarda Rusiya DİN-in Hüquq İnstitutunda tarix və sosial-siyasi elmlər xüsusi fakültəsinin kafedra müdiri olub.
  • 2003-cü ildən Sankt-Peterburq xarici iqtisadi əlaqələr, iqtisadiyyat və hüquq İnstitutunun ictimai-humanitar elmlər kafedrasının rəhbəri (Krasnodar şəhərində filial), Moskva şəhərində sosial münasibətlər sahəsi Akademiyasının professoru olub.
  • 2012-ci ilin fevralından “Elmi-Tədqiqat Tarix, İqtisadiyyat və Hüquq İnstitutu”nun prezidentidir.
  • 2017-ci il mart ayının 13-də İqor Turıtsin Azərbaycan Respublikası və Rusiya Fedrasiyası arasında elmi əlaqələrin inkişafında verdiyi böyük töhfəyə görə AMEA A.A.Bakıxanov adına Tarix İnstitutunun fəxri doktoru adına layiq görülüb.
  • “Sovremennaya nauçnaya mısl” jurnalının baş redaktorudur.

Həmçinin bax[redaktə | mənbəni redaktə et]

İstinadlar[redaktə | mənbəni redaktə et]