İosif Stalinin heykəli (Qax) — Vikipediya

İosif Stalinin heykəli
Ölkə  Azərbaycan
Yerləşir Əlibəyli, Qax rayonu
Sifarişçi İosif Amzaşvili
Hündürlüyü 7-8 metr (təxmini)

İosif Stalinin heykəli — sakinlərinin əksəriyyətini gürcülər təşkil edən Azərbaycanın Qax rayonunun Əlibəyli kəndində yerləşən keçmiş SSRİ rəhbəri İosif Stalinin heykəli.

Haqqında[redaktə | mənbəni redaktə et]

Heykəl 1940-1950-ci illərdə hazırlanıb.[1][2] Hündürlüyü təxminən 7-8 metrə çatan heykəl kəndin mədəniyyət evinin binası qarşısında ucaldılıb.[2]

Heykəl milliyyətcə gürcü olan həmin kənd sakini İosif Amzaşvilinin təşəbbüsü ilə qoyulub. Həmin illərdə Əlibəyli kənd sovetinin sədri işləyən Amzaşvilinin dediyinə görə, heykəlin ayaq hissəsində betonun içinə bir şüşə çaxır da qoyulub.[2]

Kəndin sakinləri İosif Stalinin anadan olmasının və vəfatının ildönümlərində heykəli ziyarət edirlər.[1] Kəndin sakinləri heykəli qoruyur və hər il ətrafda təmir işləri də aparırlar.[3]

Həmçinin bax[redaktə | mənbəni redaktə et]

İstinadlar[redaktə | mənbəni redaktə et]

  1. 1,0 1,1 "Azərbaycanın ucqar kəndində Stalinin heykəlini hələ də qoruyurlar - FOTOLAR". Modern.az (az.). 2022-03-27 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2019-11-15.
  2. 2,0 2,1 2,2 "Azərbaycanda hələ də ucalan Stalin heykəlləri: bir rayonda iki abidə – VİDEO". Cumhuriyyet.net (az.). 2022-03-27 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2019-11-15.
  3. "Azərbaycanda İosif Stalinin vəfatının ildönümü qeyd olunub". Trend.az (az.). 2022-03-27 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2019-11-15.

Xarici keçidlər[redaktə | mənbəni redaktə et]