İordaniyanın dövlət quruluşu — Vikipediya

İordaniyanın dövlət quruluşu
المملكة الأردنية الهاشمية
(əl-Məmləka əl-Ürduniyə əl-Haşimiyə)
Bayraq Gerb
Bayraq Gerb
الله، الوطن، الملك‎ (Allah, Vətən, Kral)
Himn: السلام الملكي الأردني‎ (Əs-səlam əl-məlaki əl-ürduni)
Paytaxt Amman
İdarəetmə forması konstitusiyalı monarxiya
kral II Abdallah [ 7.II.1999 ]
baş nazir Abdullah Nsur [11.X.2012 ]
Sahəsi Dünyada 112-ci
 • Ümumi 92000 km²
 • Su sahəsi (%) 0,8
Əhalisi
 • Əhali 6 920 min nəfər (101-ci)
 • Siyahıyaalma (2.X.2004) 5 103 639 nəf.
 • Sıxlıq 75 nəf./km²
ÜDM (AQP)
 • Ümumi 79,6 milyard dollar (89-cu)
 • Adambaşına 11 900 dollar (120-ci)


İordaniyanın dövlət quruluşu — 1952-ci ildə qəbul edilmiş Konstitusiyaya əsasən hüquqi-siyasi, inzibati, iqtisadi və ictimai münasibətlər sisitemi.

Dövlət quruluşu[redaktə | mənbəni redaktə et]

İordaniya mütləq formalı idarəetmə üsuluna malik konstitusiyalı monarxiyadır. Milli bayram günü olan müstəqillik günü (1946) 25 mayda qeyd olunur. Ölkə Konstitusiyası 11 yanvar 1952-ci ildən qüvvədədir.

İnzibati bölgüsü[redaktə | mənbəni redaktə et]

İordaniya 52 rayondan ibarət olan 12 muhafaza (Aclun, Akaba, Amman, Balka, Caraş, Zarka, İrbid, Karak, Maan, Madaba, Mafrak və Tafila quberniyalarına) bölünür.

Dövlət başçısı[redaktə | mənbəni redaktə et]

Mövcud Konstitusiyaya görə ölkədə bütün hakimiyyət istisnasız olaraq Kralın və onun Nazirlər Şurasının əlində cəmlənmişdir.

Baş nazirin rəhbərlik etdiyi Hökumətin tərkibini, habelə bütün məhkəmə korpusunun hakimlərini və qubernatorları təyin etmək, Parlamentin qəbul etdiyi bütün qanunları imzalamaq və ya onlara veto qoymaq, Aşağı Palataya (Deputatlar Palatası) seçkiləri təyin etmək, Deputatlar Palatasını və Senatı buraxmaq, Senatın üzvlərini və spikerini təyin etmək və yaxud onların istefasını qəbul etmək, mülki və hərbi rütbələrlə təltif etmək, əfv fərmanı vermək və məhkəmənin qərarını ləğv etmək, Konstitusiyaya dəyişiklikləri təsdiq etmək, müharibə elan etmək və sülh bağlamaq və s. mühüm səlahiyyətlərə malik olan Kral dövlətin başçısı və İordaniyanın quru, hərbidəniz və hərbi-hava qüvvələrinin ali baş komandanıdır.

Qanunverici hakimiyyət[redaktə | mənbəni redaktə et]

İkipalatalı İordaniya Parlamenti — Yuxarı Palata olan Ayanlar Məclisindən (60 yer; tərkibinin yarısı 2 ildən bir yenilənmək şərti ilə, üzvləri Kralın sərəncamı ilə ölkənin görkəmli nümayəndələri arasından 4 illik müddətə təyin edilirlər) və 120 yerlik Deputatlar Palatasından (Aşağı Palatada 9 yer xristianlar, 3 yer çərkəz və çeçenlər, 12 yerlik kvota isə xüsusi olaraq qadınlar üçün nəzərdə tutulmuşdur) ibarətdir.

Parlament ənənəvi qanunvericilik hakimiyyətini Kralla birlikdə həyata keçirir. Kralın qanunlar üzərinə qoyduğu veto hər iki palatanın 2/3 səs çoxluğu ilə ləğv edilə bilər. Konstitusiyaya əsasən Kral Parlamenti buraxa və bir il ərzində dövləti Parlamentsiz idarə edə bilər.

İcraedici hakimiyyət[redaktə | mənbəni redaktə et]

Kral Baş nazirin rəhbərlik etdiyi Nazirlər Kabineti vasitəsilə icra hakimiyyətini həyata keçirir.

Dövlətin daxili və xarici siyasət strategiyasının müəyyən edilməsində və həyata keçirilməsində kifayət qədər geniş səlahiyyətlərə malik olan Nazirlər Kabineti, ümumi siyasət məsələləri üzrə fəaliyyətinə görə Deputatlar Palatası qarşısında kollektiv və fərdi məsuliyyət daşıyır.

Nazirlər Kabineti ilk növbədə, fəaliyyət proqramını Parlamentə təqdim edərək onun etimadını qazanmalı və daha sonra funksiyalarının icrasına başlamalıdır. Mövcud Konstitusiyaya görə, Deputatlar Palatası Hökumətə etimadsızlıq göstərdiyi təqdirdə, Nazirlər Kabineti tam tərkibdə istefaya getməlidir.

Məhkəmə hakimiyyəti[redaktə | mənbəni redaktə et]

Mövcud Konstitusiyaya əsasən ölkədə mülki, dini və ixtisaslaşmış məhkəmələr fəaliyyət göstərir. Ən yüksək məhkəmə instansiyası sayılan Kasasiya Məhkəməsi, habelə Apelyasiya və birinci instansiya məhkəmələri İordaniyada mülki məhkəmə hakimiyyətini həyata keçirir.

Mənbə[redaktə | mənbəni redaktə et]

  • Густерин П. В. Города Арабского Востока. — М.: Восток—Запад, 2007. — 352 с. — (Энциклопедический справочник).
  • Густерин П. На родине христианства // Азия и Африка сегодня. — 2006. — № 5.
  • Густерин П. Джераш — Помпеи Востока // Азия и Африка сегодня. — 2006. — № 10.
  • Сычёва Л. Наши люди в Иордании. // "РФ сегодня", 2010, № 16.
  • Helen Chapin Metz, ed. Jordan: A Country Study. Washington: GPO for the Library of Congress, 1989.

Istinadlar[redaktə | mənbəni redaktə et]