İordaniya Universiteti — Vikipediya
İordaniya Universiteti | |
---|---|
32°00′50″ şm. e. 35°52′22″ ş. u.HGYO | |
Əsası qoyulub | 1962 |
Tip | Dövlət |
Tələbə sayı | 37.692 (2009/2010) |
Şəhər | Amman |
Ölkə | |
Sayt | ju.edu.jo |
Vikianbarda əlaqəli mediafayllar |
İordaniya Universiteti (ərəb. الجامعة الأردنية) — İordaniyanın paytaxtı Amman şəhərində yerləşən dövlət dəstəkli universitet. Əsası 1962-ci ildə qoyulan universitet İordaniyanın ən böyük və ən yaşlı ali təhsil müəssisəsidir.
Universitet ölkədə ən yüksək qəbul göstəricilərinə malik olmaqla İordaniyanın bir nömrəli və ərəb dünyasının ən prestijli universiteti hesab edilir.[1] Universitet Ammanın Universitet rayonunun Cübəyha bölgəsində yerləşir. Hazırda universitetin 1400 işçisi və 37 min tələbəsi var.[2]
Tarixi
[redaktə | mənbəni redaktə et]Universitet 1962-ci ildə kral sərəncamı ilə yaradılmışdır. Universiteti əhatələyən bölgə Ammanın mərkəzi hissələrindən biridir və Universitet rayonu adlanır.
Tədris
[redaktə | mənbəni redaktə et]İordaniya Universiteti 20 fakültə və institutda bakalavr və magistr təhsili təqdim edir.
Mərkəzlər və institutlar
[redaktə | mənbəni redaktə et]İnstitutlar:
- Arxeologiya institutu [1] Arxivləşdirilib 2014-09-10 at the Wayback Machine
- Başqa dildə danışanlar üçün beynəlxalq ərəb dili öyrətmə institutu [2]
- Sosial işlər institutu [3] Arxivləşdirilib 2012-08-02 at the Wayback Machine
- Kənd təsərrüfatı araşdırmalarının təkmilləşdirilməsi və tədrisi institutu
- Müasir Dünyada İslamın Tədrisi İnstitutu
Universitet xəstəxanası
[redaktə | mənbəni redaktə et]Universitet xəstəxanası 1973-cü ildə yaradılmışdır. Universitet, həmçinin Kral Hüseyn Xərçəng Mərkəzi ilə də əlaqələrə malikdir. Bu mərkəz ABŞ-dən kənarda JCI Spesifik Xəstəlik Sertifikasiyasından keçmiş ilk xərçəng mərkəzidir. (noyabr 2007)[3]
Beynəlxalq əlaqələr və razılaşmalar
[redaktə | mənbəni redaktə et]İkitərəfli razılaşmalar
[redaktə | mənbəni redaktə et]İordaniya Universiteti əsasən tələbə mübadilə proqramları üzrə yüzlərlə razılaşma imzalamışdır ki, onlardan 16-sı ABŞ universitetləridir.[4][5]
Üzv olduğu təşkilatlar
[redaktə | mənbəni redaktə et]- Beynəlxalq Universitetlər Assosiasiyası
- İslam Dünyası Universitetləri Federasiyası
- Aralıq dənizi hövzəsi Universitetləri İttifaqı
- Ərəb Universitetləri Assosiasiyası
Tələbələr
[redaktə | mənbəni redaktə et]Universitetin tələbə təşkilatı olan İordaniya Universiteti Tələbə Birliyi illik seçilən 80 üzvdən ibarət tələbə şurasıdır və tələbələr üçün xüsusi maraq kəsb edən məsələlərdə tələbələrlə universitet rəhbərliyi arasında vasitəçi kimi çıxış edir. Təşkilat həmçinin aylıq "Savt əl-Tələbə" (azərb. "Tələbələrin səsi") qəzetini nəşr etdirir.[6]
İstinadlar
[redaktə | mənbəni redaktə et]- ↑ "Arxivlənmiş surət". 2011-08-03 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2016-07-22.
- ↑ "Arxivlənmiş surət" (PDF). 2011-03-13 tarixində orijinalından (PDF) arxivləşdirilib. İstifadə tarixi: 2016-07-22.
- ↑ "Medical Tourism Magazine". 2011-05-16 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2016-07-22.
- ↑ Bilateral agreement University of Jordan and Vanderbilt University Arxivləşdirilib 2012-02-24 at the Wayback Machine.
- ↑ Agreements Arxivləşdirilib 2011-09-27 at the Wayback Machine University of Jordan
- ↑ "Arxivlənmiş surət". 2010-07-31 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2016-07-22.
Xarici keçidlər
[redaktə | mənbəni redaktə et]- ju.edu.jo — Rəsmi saytı
- Jordan Ministry of Education
- Jordan Ministry of Higher Education and Scientific Research
- American University of Madaba (AUM)
- University of Jordan Guys Forum
- Faculty of Agriculture
- Faculty of Foreign Languages
- Faculty of Arts
- Center for Strategic Studies Jordan Arxivləşdirilib 2013-05-25 at the Wayback Machine