İngiliscə Vikipediya — Vikipediya

İngiliscə Vikipediya
Saytın skrinşotu
Saytın skrinşotu
URL en.wikipedia.org
Layihənin mahiyyəti qeyri-kommersiya təşkilatı
Saytın tipi onlayn ensiklopediya
Qeydiyyat məcburi deyil
Dil ingilis dili
Sahibi Vikimedia Fondu
Yaradılma tarixi 15 yanvar 2001
Məqalələrin sayı 6.610.208
Faylların sayı 895.342
Səhifələrin sayı 57.427.011
Redaktələrin sayı 1.131.651.613
İstifadəçilərin sayı 44.923.908
Aktiv istifadəçilərin sayı 127.941
İnzibatçıların sayı 911
Dərinlik 1.164,6
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

İngiliscə Vikipediya (ing. English Wikipedia) — Vikipediyanın ingilis dilində olan bölməsidir. Bu günə qədər 6.610.208 məqalə yaradılıb.

18 yanvar 2012-ci il tarixində sayta giriş ABŞ Konqresində müzakirədə olan yeni qanun layihəsinə qarşı etiraz əlaməti olaraq 24 saat müddətinə bağlanılmışdır. Bu barədə saytda aşağıdakı məzmunda müraciət yerləşdirilmişdir:

"Son on il ərzində bəşəriyyətin tarixində ən böyük ensiklopediyanın yaradılmasına milyonlarla saat xərclədik. İndi ABŞ Konqresi azad və açıq internetə ciddi zərbə vura biləcək qanun layihəsinə baxır. Buna diqqəti cəlb etmək üçün, 24 saatlığa Vikipediya veb-saytını bağlayırıq".