İngilis-holland müharibələri — Vikipediya

İngiltərənin Hollandiya ilə Avropa, Cənub-Şərqi Asiya, Aamerika və Afrika bazarlarında olan rəqabəti, eləcə də müstəmləkələrdə, xüsusən Hindistanda, ingilis və holland ost-hind şirkətləri arasında gedən müharibə səbəbindən başladı.

İngilis - holland müharibəsi nəticəsində Hollandiya öz ticari və iqtisadi qüdrətini itirdi. Beynəlxalq ticarətdə və müstəmləkələrin işğalında üstünlük - sənaye baxımından daha çox inkişaf etmiş İngiltərəyə keçdi. Dənizdə baş verən ingilis - holland müharibələri hərbi - dəniz texnikasının və sənətinin inkişafına təkan verdi. Onların əsnasında donanmaların, onların tərkibində öz növbəsində diviziyalara bölünən eskadraların təşkili təkmilləşdi; gəmilərin yeni sinifləri xətt gəmiləri, freqatlar müəyyən olundu. Əgər müharibənin əvvəlində döyüş qaydaları demək olar ki yox idi və döyüş mahiyətçə ayrı gəmilərin( top atəşi və abordaj) qarşıdurması kimi gedirdisə, müharibənin son mərhələsində, döyüşün əsas aparılma qaydası kimi kilvater sütunu ilə yürüyən gəmilərin top atəşi geniş tətbiq olunmağa başladı. Bu dəniz texnikasının sonrakı inkişafına və təkmilləşməsinə təkan verdi. -Dənizdə ağalığı qazanmaq ingilis - holland müharibəsi zamanı dəniz döyüşünün əsas strategiyası oldu.