İmam Hüseyn Universiteti — Vikipediya

İmam Hüseyn Universiteti
دانشگاه امام حسین
Loqonun şəkli
Xəritə
35°45′02″ şm. e. 51°35′15″ ş. u.
Əsası qoyulub 1986
Tələbə sayı 6.000
Ölkə
Sayt ihu.ac.ir
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

İmam Hüseyn adına Universitet Kompleksi (həmçinin "İHU" və ya "İmam Hüseyn Universiteti" də adlandırılır; fars. دانشگاه امام حسینrom. Daneşgahi Emam Hossein) — hərbi və mülki mütəxəssislərin təlimi, təhsili və inkişaf etdirilməsi üçün peşə təhsili müəssisəsidir. İranın paytaxtı Tehran şəhərinin şimal-şərq hissəsində yerləşir. Üçüncü şiə İmamı Hüseyn ibn Əlinin adını daşıyır.

İmam Hüseyn Universiteti, 1986-cı ildə İranın paytaxtı Tehranın şimal-şərqində qurulmuş dövlət nəznində bir ali təhsil müəssisəsidir. Universitet daxilində akademik fakültələr; hərbi elmlər fakültəsi, sosial elmlər fakültəsi, dəqiq elmlər fakültəsi və mühəndislik fakültəsi mövcuddur. Universitetdə 6000 tələbə təhsil alır.

1986-cı ildə İran Elm, Tədqiqat və Texnologiya Nazirliyi tərəfindən İmam Hüseyn Kolleci olaraq təsis edilmişdir. 1987-ci ildə universitet olaraq tanınıb. 1987-ci ildə açılan Tibb Fakültəsi 1994-cü ildə universitetdən ayrılıb.

Fakültələr[redaktə | mənbəni redaktə et]

  • Mühəndislik fakültəsi
    • Maşınqayırma
    • Mülki mühəndislik
    • Elektrik mühəndisliyi
    • Kompyuter mühəndisliyi
    • Sənaye mühəndisliyi
    • Kimya mühəndisliyi
    • Aerokosmik mühəndis
  • Dəqiq elmlər fakültəsi
    • Fizika
    • Kimya
    • Riyaziyyat
  • İctimai elmlər fakültəsi
    • İqtisadiyyat
    • İnformasiya texnologiyaları
    • İdarəetmə

Əsasları[redaktə | mənbəni redaktə et]

İmam Hüseyn Adına Universitet 1986-cı ildə açılmışdır. Hal hazırda bu təşkilata iki ali təhsil müəssisəsi daxildir: Ali Hərbi Zabitlər Məktəbi və Açıq Universitet.

Zabitlər Məktəbi hərbi elmlər, mühəndislik, təbiət və ictimai elmlərdən ibarətdir və İslam İnqilabı Keşikçiləri Korpusu üçün zabit hazırlayır.

Açıq Universiteti aşağıdakı ixtisaslar üzrə magistratura pilləsinə qəbul imtahanlarının nəticələrinə əsasən tələbələri qəbul edir: elektrik mühəndisliyi, kompüter mühəndisliyi, maşınqayırma, mülki mühəndislik, aerokosmik mühəndislik, sənaye mühəndisliyi, informasiya texnologiyaları, riyaziyyat (tətbiqi), fizika, kimya, molekulyar hüceyrə biologiyası və mikrobiologiya, aviasiya, siyasi coğrafiya, hərb elmi, mülki müdafiə, hüquq, sənayenin idarəedilməsi, iqtisadiyyat, logistika, bədən tərbiyəsi və idman, siyasi elmlər.

Universitetin İranın nüvə proqramında iştirakı haqqında məlumatlar mövcuddur.