İmadəddin Nəsimi (film, 1973) — Vikipediya

İmadəddin Nəsimi
Janr bioqrafik
Rejissor Nazim Abbas
Ssenari müəllifləri Rasim İsmayılov
Semyon Kuşner
Operator Georgi Şiryayev
İstehsalçı "Azərbaycantelefilm"
Filmin növü qısametrajlı sənədli televiziya filmi
Ölkələr SSRİ SSRİ
İl 1973
Texniki məlumatlar 3 hissə
790 metr
35 mm
Rəng rəngli

İmadəddin Nəsimi — "Azərbaycanfilm" Kinostudiyasında istehsal olunmuş sənədli film.

Məzmun[redaktə | mənbəni redaktə et]

Film dahi Azərbaycan şairi İmadəddin Nəsiminin anadan olmasının 600 illiyinə həsr olunmuşdur. Burada şairin həyat və yaradıcılığından söhbət açılır. Film şairin doğulduğu Şamaxı, Naxçıvan, BakıDəməşq şəhərlərində, Nəsiminin yaşadığı və yaradıcılıqla məşğul olduğu Hələb şəhərində çəkilmişdir. Şairin yaradıcılığı barədə şair N. Tixonov, yazıçı Mirzə İbrahimov, şair S. Vasilyev, kinorejissor və yazıçı Həsən Seyidbəyli söz deyirlər. Filmdə Nəsiminin qəzəlləri, lirik şerləri və fəlsəfi fikirləri səslənir. Nəsiminin yubileyini keçirən komissiyanın gördüyü tədbirlərdən danışılır. Nəsiminin müəllimi Fəzlullah Nəiminin adı ilə bağlı olan yerlər filmdə öz əksini tapmışdır.

Filmin heyəti[redaktə | mənbəni redaktə et]

Film üzərində işləyənlər[redaktə | mənbəni redaktə et]

Rejissor: Nazim Abbas
Ssenari müəllifi: Rasim İsmayılov, Semyon Kuşner
Operator: Georgi Şiryayev
Səs rejissoru: İsgəndər Kərimov
Məsləhətçi: A.Ağayev (filologiya elmləri doktoru)