İli-Qazax Muxtar dairəsi — Vikipediya

İli-Qazax Muxtar dairəsi
qaz. ىله قازاق اۆتونومىيالى وبلىسى; çin. 伊犁哈薩克自治州; uyğ. ئىلى قازاق ئاپتونوم ۋىلايىتى

44°26′59″ şm. e. 84°59′09″ ş. u.


Ölkə Çin
Daxildir Sincan-Uyğur Muxtar Rayonu
İnzibati mərkəz Külcə
Ən böyük şəhəri Külcə
Tarixi və coğrafiyası
Yaradılıb 1954
Sahəsi 273 200 km²
Saat qurşağı UTC+8
Əhalisi
Əhalisi 3 880 000 nəfər (2000)
Etnik tərkib xanlar — 45,2 %,
qazaxlar — 25,4 %,
uyğurlar — 15,9 %,
dunqanlar — 8,3 %,
monqollar — 1,69 %,
sibolar — 0,83 %
Rəqəmsal identifikatorlar
Poçt indeksi 833400
Avtomobil nömrəsi 新D、新F、新G、新H
Rəsmi sayt
İli-Qazax Muxtar dairəsi xəritədə
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

İli-Qazax Muxtar dairəsi[1] (qaz. ىله قازاق اۆتونومىيالى وبلىسى; çin. ; uyğ. ئىلى قازاق ئاپتونوم ۋىلايىتى) — Çinin Sincan-Uyğur Muxtar Rayonu ərazisinə daxil olan muxtar dairə. Dairə Çinin şimal-şərq hissində yerləşir.

Tarixi[redaktə | mənbəni redaktə et]

1757-ci ildə Cunqar xanlığının çinlilərin Sin sülaləsi imperatoru Aysinqioro Xunlinin hakimiyyəti dönəmində varlığına son qoması ilə ərazi çinlilərin əlinə keçir. 1761-ci ildə ərazidə Sinszyan (Yeni Torpaq) vilayəti yaradılır. İli çayı vadisində isə uyğur və qazaxların köçəri icmaları dərbəst yaşıyırdılar. Hətta ərazinin bir qismi Böyük Cuzun tərkibinə daxil idi. XIX əsrdə İli vilayəti ərazisində müstəqil İli sultanlığı yaradılır. Rusiya İmperiyası ilə münaqişədə sultanlıq müstəqilliyini itirərək imperiyanın tərkibinə keçir. Rusiya bir müddət sonra Sin imperiyası ilə imzaladığı Livadiy və Peterbur anlaşmaları ilə İli sultanlığının ərazisini Çinə qaytarır.

1916-ci ildə Rusiya ipmeriyasında yaşayan bir qrup qazaklar təqiblərə və işgəncələrə məruz qalmamaq məqsədi ilə bu əraziyə pənah aparmışlar. Rusiya vətəndaş müharibəsi zamanı ağlar, qazaxlar və uyğurlar əraziyə köç etmişlər.

1930-cı illərdə qazaxlar, uyğurlar, tatarlar və özbəklər artıq SSRİ-dən, Qazaxıstanda baş verən açlıqdan (1932-1933) və komunistlərin təqiblərindən əraziyə kütləvi şəkildə pənah gətirmişdilər.

1950-ci ildə ərazidə İli rayonu (伊犁专区) yaradılır və 12 uezdə bölünür.

1954-ci ildə bölgədə ərazinin etnik xüsusiyyətləri nəzərə alınaraq İli-Qazax Muxtar dairəsi yaradılır. 1955-ci ildə dairənin ərazisinə İli, Altay və Taçen rayonları daxil edilir.

1962-ci ildə Çində ölkə əhalisinin çinliləşdirilməsinə etiraz olaraq SSRİ-yə köç etmişlər.

1970-ci ildə Taçendə Çuquçaq vilayəti təşkil edilir. 10 sentyabr 1975-ci ildə İli-Qazax Muxtar dairəsinin inzibati mərkəsi Kulcadan Kuytun şəhərinə köçürülür.

Coğrafiyası və inzibati bölgüsü[redaktə | mənbəni redaktə et]

İli çayının keçdiyi ərazi

İli-Qazax Muxtar dairəsi Tyan-Şan dağları ilə iki hissəyə bölünür. Tyan-Şandan şimalda Cunqariyada Altay və Çuquçak vilayətləri, həmcinin Kuytun uezdi yerləşir. Tyan-Şan dağlarından cənubda dairənin dalan hissəsi yerləşir. Dairənin tərkibinə 2 Şəhər Uezdi, 7 Uezd və 1 Muxtar Uezd daxildir.

# Status Adı Heroqliflər Pinin Uyğurca
(ərəb əlifbası)
Uyğur dili
(latın əlifbası)
Əhali
(2003)
Sahəs
(/km²)
Əhalinin nisbəti
(/km²)
* Dairə Altay 阿勒泰地区 Ālètài Dìqū تارباغاتاي ۋىلايىتى Altay Wilayiti 561,667 117,800 5
Dairə Çuquçak 塔城地区 Tǎchéng Dìqū تارباغاتاي ۋىلايىتى Tarbaghatay Wilayiti 994.776 104,546 16
1 Şəhər uezdi Kulca 伊宁市 Yīníng Shì غۇلجا شەھىرى Ghulja Shehiri 430,000 629 684
2 Şəhər uezdi Kuytun 奎屯市 Kuítún Shì كۈيتۇن شەھىرى Küytun Shehiri 300,000 1,171 256
3 Uezd Kulca 伊宁县 Yīníng Xiàn غۇلجا ناھىيىسى Ghulja Nahiyisi 360,000 4,486 80
4 Uezd Xoçen 霍城县 Huòchéng Xiàn قورغاس ناھىيىسى Qorghas Nahiyisi 360,000 5,466 66
5 Uezd Tokkuztara 巩留县 Gǒngliú Xiàn توققۇزتارا ناھىيىسى Toqquztara Nahiyisi 160,000 4,124 39
6 Uezd Kyones 新源县 Xīnyuán Xiàn كۈنەس ناھىيىسى Künes Nahiyisi 300,000 7,583 40
7 Uezd Monqolkyore 昭苏县 Zhāosū Xiàn موڭغۇلكۈرە ناھىيىسى Mongghulküre Nahiyisi 160,000 10,465 15
8 Uezd Tesek 特克斯县 Tèkèsī Xiàn تېكەس ناھىيىسى Tékes Nahiyisi 160,000 8,080 20
9 Uezd Nilki 尼勒克县 Nílèkè Xiàn نىلقا ناھىيسى Nilqa Nahiyisi 160,000 10,130 16
10 Çapçal-Sibo muxtar uezdi 察布查尔锡伯自治县 Chábùchá'ěr Xībó Zìzhìxiàn ئاپتونوم يېزىسى چاپچال شىبە Chapchal Shibe Aptonom Nahiyisi 170,000 4,489 38

Ərazisi və Əhalisi[redaktə | mənbəni redaktə et]

Dairənin 273.200 km² təşkil edir. Ərazinin böyük hissəsi səhralıqlardan ibarətdir. Kontinental ilqimə malik ərazidə əhalinin bir hissəsi köçəri həyat sürür. Dairədə 2000-ci ilə olan məlumata əsasən 3.880.000 nəfər yaşayır. Əhalinin milli tərkibi Çinlilər (Xanlılar) 45,2 %, Qazaxlar 25,4 %, Uyğurlar 15,9 %, Dunqanlar (8,3 %), Monqollar (1,69 %), Sibolardan (0,83 %) ibarətdir. Daiənin mərkəzi Kulca şəhəridir. Ən böyük şəhər isə Altaydır.

İstinadlar[redaktə | mənbəni redaktə et]

Mənbə[redaktə | mənbəni redaktə et]

Həmçinin bax[redaktə | mənbəni redaktə et]