İlham Qasımov — Vikipediya

İlham Qasımov
Doğum tarixi 20 avqust 1977(1977-08-20) (46 yaş)
Doğum yeri
Həyat yoldaşı Ayla Qasımova
Atası Zakir Qasımov
Fəaliyyəti aktyor
IMDb ID2957257

İlham Zakir oğlu Qasımov[1] (20 avqust 1977, Bakı) — televiziya aparıcısı, aktyor, rejissor, ssenari müəllifi, Oğlan eviOğlan evi 2 filmlərinin ssenari həmmüəllifi,[2] "Bomba Awards" mükafatını almış rejissor[3], Kintamani Filmin yaradıcısı, rəhbəri,[4] Yuxu filmində "Əliabbas" obrazı ilə ekranlarda məşhurlaşan aktyor,[5] Planet Parni İz Baku KVN teatrı və komandasının əvvəlki üzvü,[6] Heydər Əliyev Sarayının direktoru (2023-cü ildən).[7]

Həyat və fəaliyyəti[redaktə | mənbəni redaktə et]

İlham Qasımov 20 avqust 1977-ci ildə Bakı şəhərində dünyaya gəlib. 261 saylı məktəbdə oxuyub. Məktəbdə oxuyarkən İlham müxtəlif səhnəciklər hazırlayıb və çıxış edirmiş. Məktəbi bitirəndən sonra İlham Azərbaycan Texniki Universitetinə daxil olub. Universitet illərində də sənətə maraq göstərən İlham "Azərbaycan Dövlət İqtisad Universiteti"nin KVN komandasında (Biz biznesdənik) çıxış edib və komandayla 1994 və 1995-ci ildə Azərbaycan çempionu olub. Yaradıcılığına "Bakılı oğlanlar" ŞHK komandasında əvvəlcə aktyor, sonralar isə ssenari müəllifi və rejissor qismində davam edib. Gənc yaşında 1994-cü ilin mayında "Yuxu" filmində Əliabbas rolunda çəkilib. İlhamə Quliyevanın "İncitmə qəlbimi" klipində rejissorluq edib. Aparıcı qismində isə ABA TV-də "Məhəbbət Üçbucağı", "Music ball", "Nərdivan" verilişlərində çıxış edib. Daha sonra Space telekanalında "Piramida", "Zəfər Zəngi" və "Auksion" verilişlərini aparıb. 2001–2006-cı illərdə "Planet Parni iz Baku" KVN teatrının üzvü olub. "Məhəllə 1" və "Məhəllə 2" filmlərində Ruslan (Rusik) obrazını canlandırıb. Bir çox baxımlı verilişlərin müəllifi və rejissoru olub. Hazırda İlham Qasımov reklam çəkilişləri və kommersiya filmləri istehsalı ilə məşğul olan şirkətin rəhbəridir. Özü isə son zamanlar ssenarist, rejissor və prodüser kimi fəaliyyət göstərir. 2015-ci ildə Tural Sevdimalı və DJ Fateh-lə birgə rejissorluğunu elədiyi Oğlan evi kinokomediyası ekranlara çıxıb. 2016-cı ildə isə filmin 2-ci hissəsi [[Oğlan evi 2] təqdim olundu. 2017-ci ildə İranla Azərbaycanın müştərək istehsalı olan qurluşçu rejissor Babək Şirinsefat baş produsser isə İlham Qasımov olan "Tayson" kinokomediyası ekranlara çıxdı.

Ailəsi[redaktə | mənbəni redaktə et]

İlham Qasımov 2014-cü ilin martında Ayla xanımla ailə həyatı qurmuşdur.[8]

Filmoqrafiya[redaktə | mənbəni redaktə et]

  1. Yuxu (film, 2001)
  2. Məhəllə (film, 2003)
  3. Məhəllə 2 Moskvada (film, 2004)
  4. Xəyallar gündəliyi (film, 2008)
  5. Oğlan evi
  6. Oğlan evi 2
  7. Tayson (film, 2017)

İstinadlar[redaktə | mənbəni redaktə et]

  1. "İlham Qasımov". 2021-11-27 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2017-08-19.
  2. "İlham Qasımov Oğlan Evi filminin belə izlənməsini gözləmirdik". 2021-11-27 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2017-08-19.
  3. "Rejissor İlham Qasımov mükafat aldı". 2021-04-15 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2017-08-19.
  4. Kintamani film
  5. Yuxu filminin Əliabbası [1] Arxivləşdirilib 2021-04-13 at the Wayback Machine
  6. "KVN komandası". 2021-11-27 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2017-08-19.
  7. "İlham Qasımov Heydər Əliyev Sarayına direktor təyin olundu". 2023-11-25 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2023-11-25.
  8. Şirəli Məmmədov. ""Məhəllə"nin Rusikinin toyu oldu (FOTO)" (az.). anspress.com. 11.03.2014. 2021-12-05 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2016-03-05.

Xarici keçidlər[redaktə | mənbəni redaktə et]