İlham Kərimli — Vikipediya

İlham Kərimli
İlham Rəhim oğlu Kərimli
Doğum tarixi
Doğum yeri Bakı

İlham Kərimli (1976, Bakı) — Azərbaycan, Hind və Ərəb rəqslərin mahir ifaçısı, "Buta" rəqs ansamblının rəhbəri.

Həyatı[redaktə | mənbəni redaktə et]

İlham Rəhim oğlu Kərimli 1976-cı ildə Bakıda anadan olub[1]. 1993-cü ildə Bakının Piralalhı qəsəbəsindəki 168 saylı məktəbi bitirdikdən sonra Bakı Mədəni-Maarif texnikumuna daxil olub. 2008-ci ildə Mədəniyyət və İncəsənət Universitetinin teatr kollektivi rejissorluğu fakültəsini bitirib. İ.Kərimli 6 yaşından rəqslə məşğul olur. İlk müəllimi də Vaqif Mustafayev adına Mədəniyyət Mərkəzində rəqs dərnəyinin rəhbəri Tatyana Alekseyevna olub. Sonra fəaliyyətini Kamil Dadaşov adına "Çənlibel" rəqs ansamblında davam etdirib. Bir çox televiziya müsabiqələrində, o cümlədən "7-17"-də, "İstedadlar sorağında" qalib olub.

İlham Kərimli rəqs bacarığını artırmaq üçün ərəb ölkəsi olan Bəhreyn şəhərində 4 il təhsil alaraq Şərq rəqslərinin incəliklərini öyrənib. Hindistanda bir neçə dəfə iki aylıq rəqs kurslarında iştirak edib. Rusiyanın Krasnoyarsk şəhərində rus milli rəqslərini öyrənmək üçün 6 ay rəqs kurslarında olub.

İ.Kərimli peşəkar rəqqas kimi nəinki Azərbaycan milli rəqslərini, həmçinin Avropa və Şərq ölkələrinin rəqslərini mükəmməl öyrənib. 1998-ci ildən "Respublika Uşaq Yaradıcılıq Mərkəzində rəqs ansamblının bədii rəhbəri kimi fəaliyyətə başalyıb və 14 il burada yüzlərlə uşağa rəqs sənətinin sirlərini öyrədib.

Hazırda böyüklər üçün "Buta" rəqs ansamblının rəhbəridir. Bu sənətin sirlərini 4 yaşından 16 yaşına qədər olan 200-dən çox uşağa öyrədir.

Filmoqrafiya[redaktə | mənbəni redaktə et]

  1. 3 bacı (film, 2012-2014) (bədii serial) (rol: rəqs müəllimi)
  2. Vicdan haqqı (teleserial, 2016)

İstinadlar[redaktə | mənbəni redaktə et]

  1. ""Təzadlar"ın yazısı düşərli oldu - rəqqaslarımız böyük uğur qazandı". 2013-09-27 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2013-10-03.