İldırım Ağbulud — Vikipediya

İldırım Ağbulud
türk. Yıldırım Akbulut
Türkiyənin 20-ci Baş naziri
9 noyabr 1989 – 23 iyun 1991
PrezidentTurqut Özal
ƏvvəlkiTurqut Özal
SonrakıMəsud Yılmaz
20 may 1999 – 30 sentyabr 2000
ƏvvəlkiHikmət Çətin
SonrakıÖmər İzgi
24 dekabr 1987 – 9 noyabr 1989
ƏvvəlkiNəcməddin Qaraduman
Sonrakıİsmət Qaya Ərdəm
Türkiyənin Daxili işlər naziri
26 oktyabr 1984 – 16 sentyabr 1987
ƏvvəlkiƏli Tanrıyar
SonrakıƏhməd Səlcuq
Ana Vətən Partiyasının 2-ci sədri
16 noyabr 1989 – 15 iyun 1991
ƏvvəlkiTurqut Özal
SonrakıMəsud Yılmaz
Türkiyə Böyük Millət Məclisinin 17, 18, 19 və 21-ci dövr millət vəkili
Şəxsi məlumatlar
Doğum tarixi 2 sentyabr 1935(1935-09-02)
Doğum yeri
Vəfat tarixi 14 aprel 2021(2021-04-14)[1] (85 yaşında)
Vəfat yeri
Dəfn yeri
Partiya
Təhsili
Fəaliyyəti siyasətçi, vəkil
Həyat yoldaşı Samiya Ağbulud
Uşağı 3
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

İldırım Ağbulud (2 sentyabr 1935, Ərzincan14 aprel 2021[1], Ankara[1]) Türkiyəli siyasətçi, Ana Vətən Partiyasının rəhbəri, Türkiyənin Baş naziri və iki dəfə Türkiyə Böyük Millət Məclisinin sədri.[2][3]

Həyatı[redaktə | mənbəni redaktə et]

İldırım Ağbulud 2 sentyabr 1935-ci ildə Türkiyənin Ərzincan şəhərində poçtalyon atanın oğlu olaraq doğulub. İbtidai təhsilini Əskişəhərdə, orta təhsilini isə Samsun və Ərzincanda davam etdirib. Daha sonra İstanbul Universitetinin Hüquq fakültəsində hüquq təhsili alıb. Universiteti bitirdikdən sonra hüquqşünas kimi çalışıb.[4]

Siyasi fəaliyyəti[redaktə | mənbəni redaktə et]

İldırım Ağbulud siyasi arenaya daxil olarkən Ərzincan vilayətindən millət vəkili seçilib.

O, 1983-cü ildə Ana Vətən Partiyasının qurucularından biri olub. 1983-cü ilin ümumi seçkilərdə Parlamentə daxil olub və 1984-cü ildə Ana Vətən Partiyasının rəhbəri Turqut Özalın və Baş nazirin yanında Daxili İşlər naziri olub. Ağbulud 1987-ci ilədək xidmət edib, daha sonra onun partiyası Türkiyə Böyük Millət Məclisi sədrliyinə namizəd olaraq irəli sürülüb və qalib gələrək 1989-cu ilədək xidmət edib.

24 dekabr 1987 – 9 noyabr 1989-cu illər arasında Türkiyə Böyük Millət Məclisinin sədri olub.

1989-cu ildə Turqut Özal prezident seçkilərində iştirak edərək Türkiyənin 8-ci prezidenti seçilib. Bundan sonra həmin il o, Baş nazirin varisi kimi Ağbuludu seçərək onun Türkiyənin 20-ci Baş naziri vəzifəsini tutmasına və Ana Vətən Partiyasının lideri olmasına səbəb olub. İldırım Ağbuludun qərəzsiz mövqeyinə rəğmən hökumətə qarşı çıxmaqda ittiham olunub, eləcə də uzun zaman ona Prezident "Turqut Özalın kuklası" kimi baxılıb.

O, Turqut Özalın Türkiyə prezidenti seçilməsindən sonra Türkiyənin 47-ci hökumətini qurub və 1989-cu il 9 noyabr tarixinədək baş nazir olaraq fəaliyyət göstərib. 1991-ci ildə isə o, Ana Vətən Partiyası liderliyində keçirilən seçkilərdə Məsud Yılmaza məğlub olub və vəzifədən gedib.

1992-ci ildə Turqut Özalın tələbi ilə o, Ana Vətən Partiyasından istefa versə də, bir müddət sonra yenidən Partiyaya qayıdıb.

1999-cu il 20 mayda Türkiyə Böyük Millət Məclisinin ikinci dəfə sədri seçilib və 30 sentyabr 2000-ci ilədək bu vəzifədə qalıb. 17, 18, 19-cu dövr Ərzincan millət vəkili və 21-ci dövr Ankara millət vəkili olub.

Türkiyənin siyasi tarixində bu günədək "İldırım Ağbulud" "siyasi kukla" sözü ilə sinonim görülüb və yüksək vəzifədə xidmət edən siyasətçini ifadə etsə də, amma əslində özündən yuxarıda dayanan biri adına xidmət etmək anlamına gəlir. 2014-cü ildə Rəcəb Tayyib Ərdoğan Prezident seçiləndə Ərdoğanın "İldırım Ağbulud"unun kim olacağı ilə bağlı mediada fərziyyələr yayılıb (yəni Ərdoğanın adından baş nazir).

Son olaraq o, Prezident yanında Ali Məşvərət Şurasının üzvü vəzifəsində çalışıb.

Ailəsi[redaktə | mənbəni redaktə et]

Türkiyənin keçmiş Konstitusiya Məhkəməsinin üzvü Samiya Ağbulud ilə (1939-cu il təvəllüdlü) ailə quran İldırım Ağbulud üç qız atası olub.

Vəfatı[redaktə | mənbəni redaktə et]

O, 14 aprel 2021-ci ildə aterosklerotik ürək xəstəliyi, ürək çatışmazlığı və kardiostimulyator diaqnozu ilə Ankara Universiteti Tibb Fakültəsi Xəstəxanasında 85 yaşında vəfat edib.[5] 15 aprel 2021-ci ildə Türkiyə Böyük Millət Məclisində təşkil edilən rəsmi vida mərasimindən sonra Əhməd Həmdi Akseki Məscidində cənazə namazı qılınıb. Daha sonra Türkiyə Dövlət Qəbiristanlığında dəfn edilib.

Türkiyə Prezidentinin 1 iyul 2021-ci il tarixli qərarı ilə Ərzincan Hava Limanının adı Ərzincan İldırım Ağbulud Hava Limanı olaraq dəyişdirilib.

Sələfləri 
Əli Tanrıyar
Türkiyənin Daxili İşlər naziri
26 oktyabr 1984 - 16 sentyabr 1987
Xələfləri 
Əhməd Səlcuq
Sələfləri 
Nəcməddin Qaraduman
Türkiyə Böyük Millət Məclisinin sədri
24 dekabr 1987 - 9 noyabr 1989
Xələfləri 
Qaya Ərdəm
Sələfləri 
Turqut Özal
Türkiyənin 20-ci Baş naziri
9 noyabr 1989 - 23 iyun 1991
Xələfləri 
Məsud Yılmaz
Sələfləri 
Turqut Özal
Ana Vətən Partiyasının sədri
16 noyabr 1989 - 15 iyun 1991
Xələfləri 
Məsud Yılmaz
Sələfləri 
Hikməd Çətin
Türkiyə Böyük Millət Məclisinin 15-ci sədri
20 may 1999 - 30 sentyabr 2000
Xələfləri 
Ömər İzgi

İstinadlar[redaktə | mənbəni redaktə et]

  1. 1 2 3 4 Eski başbakanlardan Yıldırım Akbulut hayatını kaybetti (türk.). 2021.
  2. "Türkiye Büyük Millet Meclisi" [Grand National Assembly of Turkey] (Turkish). 7 July 2018 tarixində arxivləşdirilib. İstifadə tarixi: 17 April 2021.
  3. Toy, Hakan; Elmacı, Defne. Kronolojik Türkiye Cumhuriyeti Tarihi (Turkish). Karma Kitaplar. 2007. səh. 425. ISBN 978-9944321518. İstifadə tarixi: April 17, 2021.
  4. Hürriyet, 7/2/2002.
  5. "Arxivlənmiş surət" (Türkçe). 2021-04-14 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2023-02-01.