İkinci Çeçenistan müharibəsi — Vikipediya

İkinci çeçen müharibəsi
Rus-çeçen münaqişəsi
Tarix 7 avqust 1999-cu il — 16 aprel 2009-cu il[1]
Yeri Çeçenistan. Dağıstan, İnquşetiyaGürcüstanın bir hissəsi.
Nəticəsi

Rusiya qələbə qazandı

Münaqişə tərəfləri

Rusiya Rusiya

Çeçen İçkeriya Respublikası
(1999–2007)
Qafqaz cəbhəsi
(2005–2007)
Qafqaz Əmirliyi
(2007–2009)
Xarici döyüşçülər[2]

Komandan(lar)

Boris Yeltsin
Vladimir Putin
İqor Sergeyev
Viktor Kazantsev
Əhməd Kadırov
Ramzan Kadırov
Nikolay Patruşev
Alu Alxanov
Anatoli Serdyukov

Aslan Masxadov
İsa Munayev
Ruslan Gelayev
Doka Umarov
Şamil Basayev
Əmir Xəttab
Salman Raduyev
Sulim Yamadayev
Supyan Abdullayev

Tərəflərin qüvvəsi

80,000 nəfər[3]

22,000 nəfər[4]

İtkilər

3,536-3,635 nəfər hərbçi[5]
2,364-2,572 nəfər Daxili Qoşunlar əməkdaşı[6]
1,072 nəfər Çeçen polisi[7]
106 nəfər FTX əməkdaşı[8]
Ümumi öldürülüb: 7,217-7,425 nəfər

14,113 nəfər ölü
(1999-2002)[9]
2,186 nəfər ölü
(2003-2009)[10]
Ümumi öldürülüb: 16,299 nəfər

Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

İkinci çeçen müharibəsi (rus. Втора́я чече́нская война́) — Rus-çeçen münaqişəsinin bir hissəsi olaraq 26 avqust 1999-cu il tarixində ekstremist qruplaşmaların fəaliyyətinin məhdudlaşdırılması məqsədilə ÇeçenistanŞimali Qafqazın sərhəd bölgələrində Rusiya Federasiyası tərəfindən başladılmış hərbi əməliyyatlar. Müharibənin aktiv fazası döyüşlərin başladığı tarixdən 2000-ci ilin may ayına qədər davam etmişdir.[11] 1994-cü ilin dekabrından 1996-cı ilin avqust ayına qədər davam etmiş Birinci Çeçenistan müharibəsinin davamı oldu.

Tarixi[redaktə | mənbəni redaktə et]

1 oktyabrda Rusiya qoşunları Çeçenistan ərazisinə daxil olmuşdur.[12] Müharibə Çeçen İçkeriya Respublikasının de fakto müstəqilliyini itirməsi və Rusiyanın ərazi bütövlüyünün təmin olunması ilə başa çatmışdır.

Döyüş əməliyyatları çərçivəsində Rusiya Ordusu və rus yönümlü çeçen qüvvələri separatçı çeçenlərlə açıq döyüşlərə girmiş, 1999-cu ilin sonlarından 2000-ci ilə qədər olan müddətdə paytaxt Qroznı şəhəri tam mühasirəyə alınmışdır. Bəzi çeçen separatçıları Rusiya ərazisində mülki əhaliyə qarşı hücumlar həyata keçirmişdir. Beynəxalq müşahidələrə əsasən bu cür hücumlar nəticəsində həm Rusiya, həm də çeçenlər tərəfindən insan hüquqlarının pozulması aktları qeydə alınmışdır. 2000-ci ilin mayında rusların Çeçenistanda hakimiyyəti ələ keçirməsinə baxmayaraq, çeçenlər Şimali Qafqazın başqa bölgələrində müqaviməti davam etdirirdilər.

Əməliyyatların hərbi fazası 2002-ci ilin aprelində başa çatmışdır. Bu tarixdən etibarən quru əməliyyatlarının koordinasiyası Federal Təhlükəsizlik Xidmətinə, 2003-cü ilin yayından etibarən isə Daxili Qoşunlara keçmişdir.

2009-cu ildə Rusiya hökuməti çeçenlərə qarşı genişmiqyaslı hücum əməliyyatının başa çatdığını açıqlamışdır. Müharibə zamanı ən çox zərər çəkmiş ərazilərdən biri olan Qroznı şəhərində yenidənqurma işləri başlamışdır. Aktiv döyüş əməliyyatlarının başa çatmasına baxmayaraq, Şimali Qafqazda nadir hallarda tərəflər arasında kiçik miqyaslı toqquşmalar baş verir.[13]

Bu münaqişə nəticəsində ölənlərin sayı hələ də bəlli deyil. Qeyri-rəsmi rəqəmlərə görə, münaqişə nəticəsində əksəriyyəti mülki vətəndaşlar olmaqla 25,000-50,000 nəfər arası insan həyatını itirmişdir. Rusiya tərəfinin itkiləri isə rəsmi rəqəmlərə görə 5,200 nəfər olduğu halda, qeyri-rəsmi statistikaya əsasən təqribən 11,000 nəfər hesablanmışdır.[14][15]

Münaqişənin tarixi kökləri[redaktə | mənbəni redaktə et]

Rusiya İmperiyası[redaktə | mənbəni redaktə et]

border=none Əsas məqalə: Qafqaz müharibəsi
Çeçenistan və Qafqaz regionu

Şimali Qafqaz regionunda yerləşən Çeçenistan XV əsrdə Osmanlı türkləri də daxil olmaqla bir çox xarici qüvvələrə qarşı mübarizə aparmışdır. Azad kazaklar tərəfindən Volqa çayı sahilindən qovulan Terek kazakları 1577-ci ildə Çeçenistanın düzənlik ərazilərində məskunlaşmışlar. 1783-cü ildə Rusiya və gürcülər tərəfindən idarə olunan Kartli-Kaxeti çarlığı arasında Georgiyevsk müqaviləsi imzalanmış, nəticədə Kartli-Kaxeti çarlığı Rusiyanın protektoratı elan olunmuşdur. Gürcüstan və digər Cənubi Qafqaz dövlətləri ilə əlaqlərini nizama salan Rusiya İmperiyası Qafqaz regionunda öz təsir dairəsini genişləndirmək məqsədilə 1817-ci ildə Qafqaz müharibəsinə başlamışdır. Rus qoşunları ilk dəfə 1830-cu ildə Çeçenistan dağlarına daxil olmuşdur. Bu münaqişə 1859-cu ilə qədər davam etmişdir. Güclü müqavimətə baxmayaraq, 1859-cu ildə 250,000 nəfərlik rus ordusu general Aleksandr Baryatinskinin rəhbərliyi altında dağlı xalqların müqavimətini qıra bilmişdir. 1877-78-ci illərdə baş vermiş Rusiya-Osmanlı müharibəsi ərzində də Qafqazda tez-tez ruslara qarşı üsyanlar baş vermişdir.

Sovet İttifaqı[redaktə | mənbəni redaktə et]

1917-ci ildə Rusiyada baş vermiş inqilabdan sonra Çeçenistan, Dağıstanİnquşetiya ərazilərində çeçenlər tərəfindən qısa ömürlü Qafqaz İmamlığının əsası qoyuldu. Bu dövlət Rusiya vətəndaş müharibəsi ərzində hakimiyyət uğrunda mübarizə aparan hər iki tərəfə qarşı gəlmişdir. Çeçenlərin müqavimət hərəkatı 1922-ci ildə Bolşevik qoşunları tərəfindən boğuldu. Sovet İttifaqının əsasının qoyulmasından aylar əvvəldən Çeçen Muxtar Vilayəti Rusiya SFSR-nın tərkibinə daxil edilmişdi. 1936-cı ildə Çeçenistan və qonşu dövlət olan İnquşetiyanın ərazisində Çeçen-İnquş Muxtar Sovet Sosialist Respublikası yaradıldı. İkinci dünya müharibəsi dövründə, 1941-ci ildə Həsən İsrailovun başçılığı altında çeçen inqilabı başladı. Müharibə ərzində İosif Stalin çeçenləri Nasist Almaniyasına kömək etməkdə günahlandırdı. 1944-cü ilin fevralında Stalinin əmri ilə bütün çeçenlər və inquşlar QazaxıstanQırğızıstan SSR-ə deportasiya olundu. Bu köç zamanı yaşayış yerini məcburən dəyişən insanların dörddə biri həlak oldu. 1957-ci ildə Stalinin ölümündən sonra hakimiyyətə gələn Nikita Xruşşov çeçenlərə öz ölkələrinə qayıtmağa icazə verdi və 1958-ci ildə Çeçen SSR-nin əsası qoyuldu.

Birinci çeçen müharibəsi[redaktə | mənbəni redaktə et]

1991-ci ildə Sovet İttifaqının süqutundan sonra digər respublikalar kimi Çeçenistan da öz müstəqilliyini elan etdi. 1992-ci ildə çeçen və inquş liderlər birləşmiş Çeçen-İnquş Respublikasının yaradılması barədə razılığa gəldilər. Bu razılaşmaya əsasən İnquşetiya Rusiya Federasiyasının tərkibinə qatılmalı, Çeçenistan isə müstəqil olmalı idi. Müstəqillik məsələsində danışıqlar sonradan 1992-ci ildə kiçik miqyaslı vətəndaş müharibəsinə çevrildi. Bu münaqişədə ruslar müstəqillik tərəfdarı olan Cövhər Dudayevə qarşı olan qüvvələrə dəstək verirdi. Çeçenistanda sənaye sahəsində çalışanların əksəriyyətini təşkil edən rusların ölkəni tərk etməsindən sonra ölkənin iqtisadiyyatında eniş baş verdi. 1994-cü ildə Rusiya qoşunlarının "konstitusional hüquqları bərpa etmək" məqsədilə Çeçenistan ərazisinə daxil olması nəticəsində Birinci çeçen müharibəsi başladı. İki illik aramsız döyüşlərdən sonra, 1996-cı ildə Xasavyurt müqaviləsi imzalandı. Müqavilənin şərtlərinə əsasən Rusiya qoşunları Çeçenistanı tərk etdi.

Həmçinin bax[redaktə | mənbəni redaktə et]

İstinadlar[redaktə | mənbəni redaktə et]

  1. "В Чечне снят режим контртеррористической операции" (rus). rbc.ru. 16 aprel 2009. 2012-02-18 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 13 noyabr 2017.
  2. "Turkish Volunteers in Chechnya". The Jamestown Foundation. 2016-03-03 tarixində arxivləşdirilib. İstifadə tarixi: 13 noyabr 2017.
  3. Кандидат военных наук Г. Ф. Кривошеев «Антитеррористическая операция на Северном Кавказе» Arxivləşdirilib 2009-04-14 at the Wayback Machine
  4. "Police in southern Russia have prevented 30 planned terrorist attacks since the start of the year, the country's deputy prosecutor general said Thursday". 2016-03-20 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2017-11-13.
  5. Independent Newspapers Online. "Thousands of Russians killed in Chechnya". Independent Online. 2 avqust 2012 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 13 noyabr.
  6. "S. Russia police foiled 30 terrorist acts since Jan. -prosecutor | Russia | RIA Novosti". En.rian.ru. 21 iyun 2007. 2007-06-26 tarixində arxivləşdirilib. İstifadə tarixi: 13 noyabr 2017.
  7. "More than 1,000 Chechen police died in anti-terrorist operations – Chechen Interior Ministry". Groups.yahoo.com. 2020-01-28 tarixində arxivləşdirilib. İstifadə tarixi: 13 noyabr 2017.
  8. "The Second Chechen War". historyguy.com. 2022-04-01 tarixində arxivləşdirilib. İstifadə tarixi: 13 noyabr 2017.
  9. "Russia: December 25, 2002". Strategypage.com. April 1, 2022 tarixində arxivləşdirilib. İstifadə tarixi: 13 noyabr 2017.
  10. "Russia put 750 militants out of action in 2009 – Interior Ministry | Russia | RIA Novosti". En.rian.ru. 1 oktyabr 2009. 2012-03-05 tarixində arxivləşdirilib. İstifadə tarixi: 13 noyabr 2017.
  11. ""Russia 'ends Chechnya operation'"". 2017-10-12 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2017-11-13.
  12. Sakwa, Richard. Introduction: Why Chechnya? // Richard Sakwa (redaktor ). Chechnya: From Past to Future (1st). London: Anthem Press. 2005. 1–42. ISBN 978-1-84331-164-5.
  13. "CIA – The World Factbook – Russia". Cia.gov. 2015-07-03 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 13 noyabr 2017.
  14. Defense and Security Arxivləşdirilib 2016-01-04 at the Wayback Machine // Media Monitoring Agency WPS
  15. "Arxivlənmiş surət". 2013-10-05 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2017-11-13.

Xarici keçidlər[redaktə | mənbəni redaktə et]