İkili ittifaq — Vikipediya

İkili İttifaqAlmaniya imperiyasıAvstriya-Macarıstanın 1879-cu ildə yaratdığı ittifaq.

Tarixi[redaktə | mənbəni redaktə et]

Berlin konqresinin sabahı günü Bismark gözləyirdi ki, Rusiya Berlin traktatının həyata keçirilməsinə mane olacaq adddımlar atacaq. Şərq böhranı zamanı Bismarkın tutduğu mövqe rus-alman münasibətlərinin pisləşməsinə səbəb oldu. Rus mətbuatı alman imperiyasının ünvanına tənqid və məzəmmətlərlə dolu idi. İki dövlət arasında münasibətlər kəskinləşmişdi. Slavyanları qızışdırmaqla Rusiya Habsburqlar imperiyasında onsuz da mövcud olan daxili narahatlığın daha da güclənməsinə səbəb olmuşdu. Avstriya bundan ciddi narahatlıq keçirirdi. Bundan istifadə edən Bismark Andraşini inandırmağa çalışırdı ki, Almaniya ilə sıx ittifaq Avstriya-Macarıstanı onu hədələyən bütün təhlükələrdən xilas edə bilər. Avstriya-Macarıstanla ittifaq haqda danışıqları davam etdirən Bismark Rusiyanın "yaxşılığı bilmədiyi " haqda versiya barədə mətbuatda geniş kampaniyaya başladı. Onu da qeyd edək ki, Almaniyanın ünvanına mətbuatda tənqidi çıxışlara baxmayaraq nə Qorçakov, nə də II Aleksandr Bismarka qarşı açıqdan-açığa düşmənçilik mövqeyi tutmurdular. İlk düşmənçilik addımını Bismark atdı. 1878-ci ilin oktyabrında Balkanların yeni sərhədlərini müəyyən etmək üçün yaradılmış komissiyadakı alman nümayəndələrinə Rusiya əleyhinə mövqe tutmaq haqda göstəriş verdi. Alman siyasətindəki bu dönüşü Rusiya hökuməti bərk ürək ağrısı ilə qarşıladı. Rus-alman münasibətinin soyumasının II səbəbi iqtisadi ziddiyyətlər idi. Almaniya rus xammalı üçün ən mühüm bazar idi. 1879-cu ildə Rusiya ixracatının 30%-ı Almaniyanın payına düşürdü. 1879. Həştərxan quberniyasında yayılmış taunla əlaqədar karantin tədbirləri adı altında Rusiyadan mal-qara gətirilməsini qadağan etdi. Karantin tədbirlərinin həyata keçirilməsindən sonra 1879, yanvarın 31-də təkcə müxtəlif slavyanafil mətbuatı deyil, Peterburqun " Qolos" qəzeti də Bismark əleyhinə kompaniyaya başladı. Alman kansleri də döyüşdən kənarda qalmadı. Almaniya taxıl üzərinə də rüsum qoydu. Bu mal-qara haqda tədbirdən də daha çox Rusiyaya zərbə vurdu. Alman siyasətinin rəhbərləri Rusiya ilə münasibətlərin pisləşməsindən Avstriya ilə münasibətlərin yaxşılaşdırılması üçün istifadə etdilər. Baxmayaraq ki, II Vilhelm Rusiyaya qarşı ittifaqın əleyhinə idi, Bismark Berlin konqresindən sonra Rusiyanın Almaniyaya qarşı düşmənçilik mövqeyində olmasına onu inandırmağa çalışırdı. O, bunun üçün II Aleksandrın 1879, avqustun 15-də Vilhelmə yazdığı məktubdan istifadə etmişdi. Həmin məktubda çar Berlin traktatının həyata keçirilməsində Allmaniyanın tutduğu mövqedən şikayətlənirdi. II Vilhelm çarın məzəmmətindən incimişdi. Lakin bu onun heç də Almaniya-Avstriya ittifaqına mənfi münasibətini dəyişməmişdi. İmperatorun razılığı olmadığına baxmayaraq, Bismark Andraşi ilə danışıqları davam etdirirdi. Sentyabrın 21-də kansler Vyanaya gəldi. O, Avstriya-Macarıstan naziri ilə ittifaq müqaviləsinin mətni barədə şərtləşdi. Bismark bu müqavilənin həm Rusiya, həm də Fransaya qarşı olmasına çalışırdı. Lakin Andraşi bundan imtina etməli oldu. Bismark geri çəkilməli oldu. Müqavilə Andraşinin təklif etdiyi kimi qəbul edildi. Müqavilənin I maddəsində deyilirdi :

... Əgər razılığa gəlmiş yüksək tərəflər iki imperatordan birinin üzərinə Rusiya tərəfindən hücum olunarsa, özlərinin ixtiyarlarında olan bütün hərbi qüvvələrlə bir-birlərinə kömək etməlidirlər və buna uyğun olaraq ümumi və hər iki tərəfin qarşılıqlı razılığı ilə sülh bağlamalıdırlar. Əgər Rusiya yox, başqa dövlət hücum edərsə, hər iki tərəf bir-birinə xeyirxah bitərəflik saxlayacaqlar. Əgər Rusiya təcavüzkara qoşularsa, dərhal I maddə qüvvəyə minir.."

Müqavilə gizli saxlanmalı idi. Andraşi parlamentdə ciddi müxalifətin olacağından ehtiyat edirdi. Müqavilə həm Rusiya, həm də Fransa əleyhinə yönəldilmişdi. Vilhelm dərhal müqaviləni imzalamaq istəmədi. Lakin kansler istefa verəcəyi ilə onu hədələdi. Nəhayət, kayzer güzəştə getməli oldu. 1879, oktyabrın 7-də müqavilə Vyanada qraf Andraşi və alman səfiri knyaz Reys tərəfindən imzalandı. Oktyabrın 15-də imperator onu təsdiq etdi. Almaniya-Avstriya arasında ittifaqın gizli bağlanmasına baxmayaraq tezliklə digər dövlətlər ondan xəbər tutdular. 3 dövlətin – Fransa, İngiltərə, Rusiyanın Almaniyaya qarşı geniş miqyasda intriqa, fitnə, fəsad başladacaqları gözlənilirdi.