İbrahimqulu şah — Vikipediya

Qütbşah İbrahimqulu
tel. ఇబ్రాహీం కులీ కుతుబ్ షా
bayraq
Qütbşahların IV sultanı
iyul, 1550 – 1580
ƏvvəlkiSübhanqulu şah
SonrakıMəhəmmədqulu şah
Şəxsi məlumatlar
Doğum tarixi
Doğum yeri Heydərabad
Vəfat tarixi
Fəaliyyəti Sultan
Atası Sultanqulu bəy Baharlı
Uşağı
Ailəsi Qütbşahlar

İbrahimqulu şah Vali — Qolkonda hökmdarı, ilk dəfə Sultan titulundan istifadə etmişdir.[1]

Həyatı[redaktə | mənbəni redaktə et]

Sultanqulu şahın üçüncü oğlu idi. 1518-ci ildə doğulmuş, qardaşı Cəmşidquludan qorxduğu üçün 1543-cü ildə Vicayanaqara qaçmışdır. O, burada Teluqu dilini də mükəmməl öyrənmişdi. Onun dövründə şiələrdən əlavə hindular da dövlət vəzifələrinə gətirilirdi.[2]

Talikota döyüşü

Talikota döyüşü[redaktə | mənbəni redaktə et]

Vicayanaqar imperiyasının böyüməsindən qorxuya düşən Əhmədnaqar, Bicapur, BerarBidar sultanları ittifaqa tələsdilər. Əhmədnaqar sultanı I Hüseyn Nizamşah İbrahimqulu ilə dost idi. Beləliklə Qütbşahlar da bu ittifaqa qoşuldular. 29 dekabr 1564-cü ildə ilk toqquşmalar baş verdi. Bu toqquşmalarda Nizamşah və Qütbşah məğlub olsalar da, Adilşahların da döyüşə qoşulmasından sonra 23 yanvar 1565-ci ildə Rakşasi və Tanqadi kəndləri yaxınlığında döyüş baş verdi.[3] Bəzi mənbələrə görə 1 milyondan çox əsgərin iştirak etdiyi bu döyüşdə birdən-birə 140.000 müsəlman Vicayanaqar əsgərinin sultanların tərəfinə keçməsi həlledici oldu. Nazir Ramaraya öz filindən yıxıldı və Nizamşah tərəfindən həbs olundu.

Hakimiyyətinin son illəri[redaktə | mənbəni redaktə et]

Vicayanaqar imperiyasını yıxan İbrahimqulu və Nizamşah bu dəfə yenidən birləşərək Adilşahlara qarşı mübarizə aparmağa başladılar. Hindulara qarşı hücuma keçən Adilşahlara kömək etməyən İbrahimqulu, hətta Murari Rao adlı hindu sərkərdəni də ordusuna qəbul etmişdi. 1579-cu ildə Ahobilam məbədini yağmalayan Murari saf qızıldan hazırlanmış Vişnu bütünü sultana göndərmişdi. 1580-ci ildə İbrahim şah öz ordusu ilə birlikdə Kondavidunu işğal etdi və Udayagiri yağmalandı. Böyük qalibiyyətdən sonra Qolkondaya qayıdan İbrahim 1580-ci ildə vəfat etdi. Yerinə oğlu Məhəmmədqulu şah keçdi.

Ailəsi[redaktə | mənbəni redaktə et]

Əhmədnaqar sultanı I Hüseyn Nizamşahın qızı ilə evlənmiş, 30 övladı olmuşdu. Bunlardan təkcə 6 oğul və 13 qız sağ qalmışdır:

  1. Əbülqadir şah Sahib (1544 - 1565) - 21 yaşında hakimi olduğu Devrkonda qalasında ölmüşdür.
  2. Mirzə Hüseynqulu (1560-1586) - boğularaq ölmüşdür.
  3. Məhəmmədqulu şah - atasını əvəz etmişdi.
  4. Mirzə Əbdülfəttah (1577-1605)
  5. Mirzə Məhəmməd Xüdabəndə (1571-1611) - Məhəmmədqulu şahın ata-bir ana bir qardaşı, 1609-cu ildə qardaşına üsyan etmiş, 1611-ci ildə Qolkonda həbsxanasında öldürülmüşdür.
  6. Mirzə Məhəmməd Amin (1571-1596) - cavan yaşında ölmüşdür.

İstinadlar[redaktə | mənbəni redaktə et]

  1. Masʻūd Ḥusain K̲h̲ān̲, Mohammad Quli Qutb Shah, Volume 216, (Sahitya Akademi, 1996), 2.
  2. Satish Chandra, Medieval India: From Sultanat to the Mughals, Part II, (Har-Anand, 2009), 189.
  3. Sen, Sailendra (2013). A Textbook of Medieval Indian History. Primus Books. səh. 110. ISBN 978-9-38060-734-4