İbrahim Mirzəyev (dövlət xadimi) — Vikipediya

İbrahim Mirzəyev
1936 – 1938
ƏvvəlkiVəliyev
SonrakıƏləkbər Eminov

İbrahim MirzəyevAzərbaycan Kommunist Partiyası Ağdam Rayon Komitəsinin birinci katibi[1], Ceyhun Mirzəyevin əmisi.

Həyatı[redaktə | mənbəni redaktə et]

Əslən Gülablı kəndindəndir. 1938-ci ilin may ayının 15–18-i aralığında rayonda keçirilən Ağdam RPK-nın V konfransı partiya komitəsinin birinci katibi işləmiş İbrahim Mirzəyevin fəaliyyətinin təftiş edilməsi ilə başlamışdı. İ. Mirzəyev 2 il ərzində partiyaya cəmi 30 nəfərin qəbul edilməsində, sıralarında 2500 nəfər olan komsomol təşkilatından lazımı şəkildə yararlanmamasında ittiham olunmuşdu. Konfransdan sonra keçrilən plenumda Ələkbər Eminov birinci katib seçilir.

İstinadlar[redaktə | mənbəni redaktə et]

  1. "Arxivlənmiş surət". 2022-01-17 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2017-08-14.