İbrahim İbrahimli — Vikipediya

İbrahim İbrahimli
bayraq
Müsavat Partiyasının başqan müavini
bayraq2
2001 – ?
Sədrİsa Qəmbər
ƏvvəlkiVəzifə təsis edildi.
bayraq
Müsavat Partiyasının humanitar məsələlər üzrə katibi
bayraq2
? – 2001
Sədrİsa Qəmbər
SonrakıVəzifə ləğv edildi.
Şəxsi məlumatlar
Doğum tarixi 1952
Doğum yeri
Vəfat tarixi 16 iyun 2021(2021-06-16)[1]
Vəfat səbəbi beyin xərçəngi[d]
Partiya
Təhsili
Fəaliyyəti siyasətçi

İbrahim İbrahimli və ya İbrahim İbrahimov (1952, Zeynəddin, Naxçıvan rayonu16 iyun 2021[1]) — Azərbaycan SSR Ali Sovetinin XII çağırış deputatı[2].

Haqqında[redaktə | mənbəni redaktə et]

Azərbaycan Xalq Cəbhəsi Naxçıvan Vilayət Təşkilat şöbəsinin müdiri vəzifəsində işləmişdir[3].

Daha sonra Müsavat Partiyasına üzv olmuşdur. Bir müddət partiyanın Mərkəzi Nəzarət-Təftiş Komissiyasının sədri olmuşdur.

2000-ci il parlament seçkilərində İbrahim İbrahimli Müsavat Partiyasının proporsional seçki üzrə vahid namizədlər siyahısında partiya daxili keçirilmiş praymerizə əsasən 6-cı sırada olmuşdur.[4] Müsavat Partiyası proporsional seçkilər üzrə 140 546 səs (ümumi səslərin 4.85%-i) toplamış, lakin 6%-lik seçki həddini keçə bilmədiyi üçün mandat qazana bilməmişdir. Beləliklə, İbrahim İbrahimli deputat seçilə bilməmişdir.[5][6]

5 may 2015-ci ildə Müsavat Partiyası sıralarından istefa vermişdir.[7] Daha sonra Demokratik Qüvvələrin Milli Şurasında fəaliyyət göstərməyə davam etmişdir.

16 iyun 2021-ci ildə uzun sürən xəstəlik-beyin xərçəngi səbəbi ilə vəfat etdi.

Parlamentdə[redaktə | mənbəni redaktə et]

İbrahim İbrahimli Azərbaycan SSR Ali Sovetinin XII çağırışında Naxçıvan MSSR-in Babək rayonundan – 341 nömrəli Leninabad seçki dairəsindən deputat seçilmişdir[2]. 5 fevral 1991-ci ildə Azərbaycan SSR Ali Soveti birinci sessiyasının Katibliyi tərkibinə seçilmişdir[2].

O, 26 noyabr 1991-ci ildə təşkil edilən Azərbaycan Respublikası Ali Soveti Milli Şurasının tərkibinə daxil edilmişdir[3].

O, 6 dekabr 1993-cü il tarixində Azərbaycan Respublikasının ilk milli Konstitusiyası layihəsini hazırlayan komissiyanın tərkibinə Azərbaycan Xalq Cəbhəsi İcraiyyə Komitəsinin sədri oladaq daxil edilmişdir.[8]

İstinadlar[redaktə | mənbəni redaktə et]

  1. 1 2 https://modern.az/az/news/294541/.
  2. 1 2 3 "Azərbaycan SSR Ali Soveti birinci sessiyasının Katibliyi haqqında" Arxivləşdirilib 2019-01-17 at the Wayback Machine Azərbaycan SSR Ali Sovetinin 5 fevral 1991-ci il tarixli, 5—XII nömrəli Qərarı. e-qanun.az  (az.)
  3. 1 2 "Azərbaycan Respublikası Ali Soveti Milli Şurasının təşkil edilməsi haqqında" Arxivləşdirilib 2019-03-10 at the Wayback Machine Azərbaycan Respublikası Ali Sovetinin 26 noyabr 1991-ci il tarixli, 276-XP nömrəli Qərarı. e-qanun.az  (az.)
  4. "2000-ci ilin və bu günün Müsavat Partiyası - deputatlığa namizədləri müqayisə etsək... (FOTOLAR)". musavat.com. 2023-04-29 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2024-01-08.
  5. "2000-ci il parlament seçkilərinin nəticəsi". 2011-07-26 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2022-05-30.
  6. "2000-2001-ci illər parlament seçkiləri haqqında yekun hesabat" (PDF). 2021-08-01 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2022-05-30.
  7. "Arxivlənmiş surət". 2021-06-04 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2021-06-03.
  8. "Arxivlənmiş surət". 2022-04-17 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2022-04-17.