İşkyol gölü — Vikipediya

İşkyol gölü
BTMB kateqoriyası — II (Milli park)
Sahəsi
  • 12.600 ha
Yaradılma tarixi 18 dekabr 1980
Yerləşməsi
37°10′00″ şm. e. 9°40′00″ ş. u.
Ölkə
İşkyol gölü xəritədə
İşkyol gölü
İşkyol gölü
Rəsmi adıIchkeul National Park
TipiTəbii
Kriteriya(x)
Tarixi1980 (4-cü sessiya)
İstinad nöm.8
ÖlkəTunis Tunis
RegionAfrika
Təhlükədə1996-2006
Rəsmi adıIchkeul
Tarixi24 noyabr 1980
İstinad nöm.213[1]
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

İşkyol ( ərəb. بحيرة اشكل‎ ) — Tunisin şimalında, Afrikanın Aralıq dənizindəki ən şimal şəhəri olan Bizertadan 20 kilometr (12 mil) məsafədə yerləşən göl. İşkyol Milli Parkının göl və bataqlıq əraziləri hər il yüz minlərlə köçəri quş üçün vacib bir dayanma nöqtəsidir. Göl ziyarətçiləri arasında ördəklər, qazlar, leyləklərqızılqazlar var. Gölün qidalandırıcı çaylarında bəndlərin qurulması gölün və bataqlıqların ekoloji tarazlığına böyük dəyişikliklər gətirmişdir.

Tarix[redaktə | mənbəni redaktə et]

Bəndlər göllərə və bataqlıqlara şirin su axınını kəskin şəkildə azaltdığından, qamışlıqlar, cilkimilər və digər şirin su bitkiləri duzlu su bitkiləri ilə əvəzlənmişdir. Bu dəyişikliklər, əvvəllər mövcud olan bitkilərin qarışıqlığından asılı olan köçəri quş populyasiyalarında kəskin azalma yaradıb.

UNESCO-nun verdiyi məlumata görə, Tunis hökuməti şirin suyun qorunması və duzluluğun azaldılması üçün bəzi addımlar atmış və göl 2006-cı ildə UNESCO-nun Təhlükədə olan Ümumdünya irsi siyahısından çıxarılmışdır.

Lakin Beynəlxalq Təbiətin və Təbii Sərvətlərin Mühafizəsi Birliyinin bəzi hesabatlarına görə, duzluluq həddən artıq yüksək səviyyəyə çatmışdır və bərpa ehtimalı sürətlə yoxa çıxa bilər.[3]

İşkyol Milli Parkı[redaktə | mənbəni redaktə et]

İşkyol Milli Parkı Tunisin şimalında, Bizertadan 25 km cənub-qərbdə yerləşən Ümumdünya irsidir.[4] Milli park 1980-ci ildən bəri UNESCO-nun Ümumdünya irsi siyahısındadır və 1996-2006-cı illər arasında Təhlükədə olan Ümumdünya irsi siyahısında yer almışdı. Park, Tunisin Kənd Təsərrüfatı Nazirliyi tərəfindən idarə olunur.

Qalereya[redaktə | mənbəni redaktə et]

İstinadlar[redaktə | mənbəni redaktə et]

  1. "Ichkeul". Ramsar Sites Information Service. 24 July 2022 tarixində arxivləşdirilib. İstifadə tarixi: 25 April 2018.
  2. 2,0 2,1 http://www.unesco.org/mabdb/br/brdir/directory/biores.asp?code=TUN+03&mode=all.
  3. "Ichkeul Lake, Tunisia : Image of the Day". earthobservatory.nasa.gov (ingilis). 2017-04-18 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2017-07-01.
  4. "Ichkeul National Park 8" (PDF). UNESCO: World Heritage. 21 August 2016 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 31 May 2015.