Ürkün — Vikipediya

Ürkün (qırğ. Үркүн) — 1916-cı ilin iyulun 30-da Qırğızıstan ilə Çin sərhədinin yanında yerləşən Bedel aşırımında baş verən hadisə. Bəziləri onu qırğız xalqına qarşı törədilən soyqırım olduğunu hesab edir.

Həlak olanların sayı ilə bağlı ziddiyyətli fikirlər mövcuddur. Bəziləri iddia edir ki, ölkənin şimalında yaşayan əhalinin təxminən yarısı öldürülüb. Brüs Pannyer ehtimal edir ki, ölənlərin sayı 100000-dan çoxdur. Rusiyanın bəzi mənbələri iddia edir ki, hadisənin nəticəsində 3000-ə yaxın adam ölüb.[1]

Ürkün haqqında kitabın müəllifi olan tarix professoru, Tınçtıkbek Çoroteqinin fikirinə görə, üsyanın səbəbi Boris Stürmer buraxdığı hərbi xidmətə çağırış idi:

Axırda, artıq Rusiya və Ukraynadan yeni gələnlərin tərəfindən ən yaxşı torpağlarından qovulmuş əhali 1916-cı ildə üsyan eləyib. Bunun əsas səbəbi Rusiyanın Mərkəzi Asiya koloniyalardaki kişilərin Tsarist orduda Rusiya bayrağın altında Birinci Dünya Müharibəsində döyüşmək üçün çağırış idi. Avropadaki müharibə yeri [Mərkəzi Asiyalı] millətlərin üçün qəribə və lazımsız idi. Mərkəzi Asiya ətrafında qiyam başlayıb və qəddar şəkildə basdırılmış.

[2]

Fərman 1916-cı ilin iyunun 25-də verilib. O, əvvəl hərbi xidmətdən azad olan qeyri-rus əhalisi olan bir sıra vilayətlərdən 19-43 yaş arasında olan kişiləri xidmətə çağırıb.[3]

Rusiya imperiyasının hissəsi olan Qərbi Türkistandan sağ qala bilən on minlərlə qırğız və qazax Çinə qaçmağa məcbur oldular. Tyan-Şan dağlarda 3 kilometr uca olan dağ keçidlərində onlar minlərcə həlak oldular.[2]

Tarixi qiymət verilməməsi[redaktə | mənbəni redaktə et]

Ürkün Sovet vaxtı dərsliklərində qeyd olunmamış, məsələ ilə bağlı monoqrafiyalar Sovet çap evlərindən götürülmüş. Sovet İttifaqı 1991-ci ildə dağılarkən, ürkünə marağ böyüməyə başladı. Sağ qalanların bəziləri olayları "qətliam" və ya "soyqırım" kimi adlandırmağa başladı.

Bəzi qırğız tarixçilərin fikirincə, bunda Rusiyaya qarşı bir şey yox, çünki Aleksandr Kerenski kimi rus liberal və bəzi tarixçiləri bu hadisələrə diqqət gətirənlərdən ilk idilər.[2]

2016-cı ildə ürkünün 100 illiyi ilə əlaqədər film çəkdiyi prodüser Muxtar Atanliyev fikirinə görə, Qırğızıstan hakimiyyəti, bu filmi Moskvanı incidə biləcəyinə görə, onu kinoteatrlarda nümayiş etmək üçün təsdiq verməyə tərəddüd edirdilər:

Düşünürəm ki, filmin Rusiya ilə Qırğızıstan arasında fikir ayrılığına yol açacağından qorxurlar.

[4]

Axırda icazə verilib və film ilk dəfə Bişkek Kino Evində 2016-cı ilin sentyabrın 16-da nümayiş olunub.

Həmin ilin aprelində Rusiyanın Dövlət Dumasının Sədri, Sergey Narışkin "soyqırım" intihamları inkar edib, "100 il əvvəl bütün xalqlar əcrini çəkirdi" dedi.[5]

İstinadlar[redaktə | mənbəni redaktə et]

  1. Krugosvet Encyclopaedia. Article on Sturmer Arxivləşdirilib 2007-11-11 at the Wayback Machine.
  2. 1 2 3 Sitat səhvi: Yanlış <ref> teqi; rferl adlı istinad üçün mətn göstərilməyib
  3. “The Time of Ordeal”: a story of the 1916 revolt in Central Asia by Zifa Auezova (The Newsletter, No.74, Summer 2016)[ölü keçid]
  4. "Arxivlənmiş surət". 2021-04-19 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2016-11-26.
  5. "Arxivlənmiş surət". 2022-04-04 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2016-11-26.