Ümumdünya Teatr Günü — Vikipediya

Ümumdünya Teatr Günü
Qeyd olunmağa başlayıb 1961[2]
Həsr olunub teatr[2]
Tarix 27 mart
world-theatre-day.org
world-theatre-day.org/es…
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Ümumdünya Teatr Günü (ing. World Theatre Day) — hər il martın 27-də bütün dünyada qeyd olunan bütün teatr işçilərinin beynəlxalq peşə bayramı. Bu bayram ənənəvi olaraq "Teatr xalqlar arasında qarşılıqlı anlaşma və sülhün möhkəmləndirilməsi vasitəsi kimi" devizi altında keçirilir.

Ümumdünya Teatr Günü 1962-ci ildə Beynəlxalq Teatr İnstitutu tərəfindən təsis edilib.[3] Hər il martın 27-də Beynəlxalq Teatr İnstitut Mərkəzləri və beynəlxalq teatr ictimaiyyəti tərəfindən qeyd olunur. Bu münasibətlə müxtəlif milli və beynəlxalq teatr tədbirləri təşkil olunur. Bunlardan ən mühümlərindən biri Ümumdünya Teatr Günü Beynəlxalq Mesajının tirajlanmasıdır ki, Beynəlxalq Teatr İnstitutunun dəvəti ilə dünya şöhrətli bir şəxs Teatr və Sülh Mədəniyyəti mövzusunda öz fikirlərini bölüşür. İlk Ümumdünya Teatr Günü Beynəlxalq Mesajı 1962-ci ildə Jan Kokto (Fransa) tərəfindən yazılmışdır. 1961-ci ilin iyununda Beynəlxalq Teatr İnstitutunun 9-cu Ümumdünya Konqresində əvvəlcə Helsinkidə, sonra Vyanada Finlandiya Mərkəzi adından Prezident Arvi Kivimaa təklif etmişdir. Beynəlxalq Teatr İnstitutu Ümumdünya Teatr Gününün təsis edilməsi haqqında qərar qəbul edib. Skandinaviya mərkəzləri tərəfindən dəstəklənən təklif alqışlarla qarşılandı.[4]

İstinadlar[redaktə | mənbəni redaktə et]

  1. About the World Theatre Day.
  2. 2,0 2,1 https://www.world-theatre-day.org/index.html.
  3. "World Theatre Day". WpLINEQuotes. 14 August 2022 tarixində arxivləşdirilib. İstifadə tarixi: 27 March 2020.
  4. Chambers, Colin. Continuum Companion to Twentieth Century Theatre. Continuum International Publishing Group. 2006. səh. 849. ISBN 9781847140012.