Ülvi Mehdiyev — Vikipediya

Ülvi Mehdiyev
Vəzifədədir
27 aprel 2018-ci ildən
Prezidentİlham Əliyev
Əvvəlkiİnam Kərimov
Şəxsi məlumatlar
Doğum tarixi 30 yanvar 1985(1985-01-30) (39 yaş)
Doğum yeri
Təhsili Bakı Dövlət Universiteti

Təltifləri 3-cü dərəcəli "Vətənə xidmətə görə" ordeni "Dövlət qulluğunda fərqlənməyə görə" medalı

Ülvi Ramiz oğlu Mehdiyev (30 yanvar 1985, Bakı) — Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin sədri[1].

Həyatı[redaktə | mənbəni redaktə et]

Ülvi Mehdiyev 1985-ci il yanvarın 30-da Bakı şəhərində anadan olub. Bakı Dövlət Universitetinin hüquq fakültəsinin bakalavr və magistratura pilləsini bitirib. Həmçinin ABŞ-nin Duke Universitetinin Adaptiv strateji idarəetmə proqramı üzrə təhsil alıb. 2005–2006-cı illərdə hərbi xidmət keçib[2]. 2006–2009-cu illərdə Ədliyyə Nazirliyinin Qanunvericilik baş idarəsinin məsləhətçisi, aparıcı məsləhətçisi vəzifələrində çalışıb[3].

Ailəsi[redaktə | mənbəni redaktə et]

Ailəlidir, 3 uşağı var.

Fəaliyyəti[redaktə | mənbəni redaktə et]

Ülvi Mehdiyev 2009–2012-ci illərdə Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının Hüquq mühafizə orqanları ilə iş şöbəsində məsləhətçi vəzifəsində işləyib[4]. 2012-ci ildən Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının Hüquq mühafizə orqanları ilə iş şöbəsində sektor müdiri vəzifəsində çalışıb[5].

Azərbaycan Respublikası Prezidentinin 2014-cü il 13 fevral tarixli sərəncamı ilə Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin sədr müavini vəzifəsinə təyin edilib.[6]

Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 27 aprel tarixli sərəncamı ilə Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin sədri vəzifəsinə təyin edilib.[7]

Mükafatları[redaktə | mənbəni redaktə et]

27 dekabr 2018-ci ildə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev "ASAN xidmət" işçilərinin peşə bayramı günü münasibətilə və dövlət xidmətlərinin göstərilməsinin təkmilləşdirilməsində səmərəli fəaliyyətinə görə Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin "Dövlət qulluğunda fərqlənməyə görə" medalı ilə Ülvi Mehdiyevi təltif etmişdir[8].

27 dekabr 2022-ci ildə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Ülvi Mehdiyevi 3-cü dərəcəli "Vətənə xidmətə görə" ordeni ilə təltif etmişdir.[9]

İstinadlar[redaktə | mənbəni redaktə et]

  1. "Sophia, Robot Pertama yang Peroleh Visa Perjalanan- Republika.co.id (Indonesia)". republika.co. 2020-07-21 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2020-07-18.
  2. ""ASAN Xidmət"in fəaliyyəti Fransa mətbuatında" (az.). asan.gov.az. 2020-03-27. 2022-07-12 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2020-07-18.
  3. "AI Humanoid 'Sophia' Is Granted First Ever Robot Visa, Speaks With President- Forbes" (ingilis). forbes.com. 2020-03-27. 2021-10-25 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2020-07-18.
  4. "Innovative programs to be realized in the field of Children`s Rights- UNICEF" (ingilis). unicef.org. 2020-03-27. 2021-02-28 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2020-07-18.
  5. "Foreigners to be able to obtain visa at Baku airport via self-service terminals- Post Online Media". poandpo.com. 2020-07-21 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2020-07-18.
  6. "Prezidentin yüksək vəzifə verdiyi Ülvi Mehdiyev kimdir? - BİOQRAFİYA". 2021-09-26 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2018-04-29.
  7. "Arxivlənmiş surət". 2020-08-10 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2018-05-03.
  8. "Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin əməkdaşlarının təltif edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı" (az.). president.az. 2018-12-27. 2021-05-11 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2019-01-24.
  9. "Arxivlənmiş surət". 2022-12-27 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2022-12-27.

Xarici keçidlər[redaktə | mənbəni redaktə et]